Ali Məqamlı Rəhbərin informasiya bloku

İş səfəri və vətənin hökmləri

 
İş səfərinin hökmləri
 
Sual 1: İş səfərində namazın tamam olmasının meyarı nədir? Səfərin çoxsaylı olmağı lazımdırmı?
Cavab: Namazın tamam olması və orucun düzgünlüyü üçün ürfi baxımdan səfər onun iş və ya işin gərəyi sayılsın; istər bir neçə səfər olsun, istərsə də bir uzun səfər: işindən ötrü dənizdə uzun yol gedən şəxsin səfəri kimi.
 
Sual 2: Hansı səfər iş səfəri sayılır və bunun meyarı nədir?
Cavab: Ürfi baxımdan hər hansı səfərin iş səfəri sayılmasından ötrü üç şey lazımdır:
a) İş səfərinə çıxmaq qəsdi.
b) İş səfərinə başlamaq.
c) İş səfərini davam etdirmək qəsdi.
 
Sual 3: Əgər bir nəfər ürfün dəlalətinə şübhə etsə, yəni ürfi baxımdan “işi səfər olan kəs” hesab olub-olmadığına şəkk etsə, iş səfərlərində namaz və orucunun hökmü nədir?
Cavab: Sualın fərzinə əsasən, namazı qəsr qılmalıdır, orucu da səhih deyil.
 
Sual 4: Hər il işlərindən ötrü səfərlərə çıxmalı olacaq işçilərin sırf icmali elmi kifayət edir, iki və ya üç səfərdən artıq olmasa belə, yoxsa ki, bu hökmə şamil olması üçün səfərlərin müəyyən sayı (məsələn on səfər) olmalıdır, yaxud müəyyən sayılı günləri (məsələn iyirmi gün, yaxud bir ay, ya da iki ay) səfərdə keçirməlidir?
Cavab: Xüsusi ədəd nəzərdə tutulmamışdır, amma davamlı səfər qəsdi etməlidir. Belə ki, səfər sayları ürfi baxımdan iş səfəri, yaxud iş gərəyi səfəri sayılacaq həddə olsun.
 
Sual 5: İş səfərində namazın tamam qılınması üçün səfərin miqdarı nə qədər olmalıdır (fərz etsək ki, gələcək illərdə davamlı səfər etmək niyyəti yoxdur)?
Cavab: Əgər uzun müddət, məsələn ən azından üç ay buna məşğul olsa, iş səfərlərində namazı tamamdır. Yox, əgər uzun müddət olmasa, iş səfəri hökmündə deyil, namazı da qəsrdir.
 
Sual 6: Bu üç ayın iş səfəri sayılması üçün hər gün səfərə çıxması vacibdirmi? Yoxsa qeyri-tətil günlərində, yaxud həftədə üç-dörd gün səfər etməlidir? Yaxud da bir yerdə on gün qalmaq qəsdi olmadan hər on gündə bir dəfə iş səfərinə çıxsa yetərlidirmi?
Cavab: Bu məsələ ürfi təsdiqə bağlıdır və zahirən bu təsdiqin yəqin həddi budur ki, həmin müddət ərzində adəti üzrə işə məşğul olsun, yəni daim səfərdə olsun və işi səfərinə məşğul olan şəxslərin adətən tətil etdiyi qədər (rəsmi tətil, bayram və əzadarlıq günləri kimi) tətil etsin.
 
Sual 7: İl boyu işi ilə əlaqədar həftədə bir dəfə səfər edənin bu səfərdə namazı bütövdürmü?
Cavab: Sualın fərzinə əsasən, namazı bütövdür.
 
Sual 8: Səfəri həmişə şəri məsafədən az olan işçi, əgər gözlənilmədən şəri məsafə qədərində səfərə çıxsa, bu səfərdə vəzifəsi nədir?
Cavab: Deyilən fərzə əsasən, namazı qəsrdir və orucu səhih və düzgün deyil.
 
Sual 9: Vətənində və ya vətənindən ayrı yerdə on gün qalan və hər hansı şəkildə səfərə çıxmayan işçinin bundan sonra yenə də iş səfərində namazı tamdırmı?
Cavab: Sualın fərzinə görə, ilk səfərində namazı qəsr, ondan sonra isə tamdır.
 
Sual 10: Əgər işçi on gün qalmaq qəsdi etdikdən sonra bir şəxsi səfərə çıxıb sonra iş səfərinə məşğul olsa, ilk iş səfərində namazı tamdır, ya qəsr?
Cavab: Namazı tamdır, amma ehtiyatən tam və qəsri birləşdirsin (həm tam qılsın, həm də qəsr).
 
Soru 11: İş yolculuğundan önce on gün bir yerde ikametin gerçekleşmemesinde, iş yolculuğuna çıkmış olması mı gereklidir ya da her yolculuğu kapsamakta mıdır?
Cevap: Her yolculuğu kapsamaktadır.
 
Sual 12: İşçi işi ilə əlaqədar on gün və ya daha çox ezam olunduğu yerdə qalıbsa, qayıdış zamanı yoldakı namazının hökmü nədir?
Cavab: Sualın fərzinə əsasən, namazı qəsrdir.
 
Sual 13: İşçi ezamiyyəti bitdikdən sonra şəxsi işlərindən sarı ezam olunduğu yerdə bir həftə və ya daha çox qalmış olarsa, qayıdış zamanı yoldakı namazının hökmü nədir?
Cavab: Həmin şəhərdə on gün qalmayıbsa, qayıtdığı yolda ehtiyata əsasən, namazlarını cəm (tam və qəsr) qılmalıdır.
 
Sual 14: Əgər işçi iş səfərindən ötrü əyalətin mərkəzinə gedib, yenə də iş səfəri olaraq, əyalətin digər şəhərlərinə ezam olunarsa (məsələn, hər gün bir şəhərə gedib, gecələr əyalətin mərkəzinə qayıtsa), bütün bu səfərlər bir səfər sayılır, yoxsa hər biri ayrıca səfərdir?
Cavab: Əgər şəri məsafə həddinə çatarsa, hər biri ayrıca səfər sayılır.
 
Sual 15: Əgər iş səfərindən öncə və ya sonra şəxsi işindən ötrü bir neçə gün tez gələrsə, yaxud bir neçə gün artıq qalarsa, həmin günlərdən namazının hökmü nədir?
Cavab: Hər iki halda namazı tamdır.
 
Sual 16: Bir nəfər işinin gərəyi olan digər çoxsaylı iş səfərləri olan bir işə düzəlib. Elə ilk səfərində namazı tamdır, yoxsa, bir neçə səfər etdikdən sonra namazı tam olur?
Cavab: İkinci sualın cavabında deyildiyi kimi, əgər getdiyi səfər ürfi baxımdan işin gərəyi sayılırsa, ilk səfəri olmasına rəğmən, namazı tamdır.
 
Sual 17: “İşi səfər olanlar” katerqoriyasından bir işçi əgər il boyu başqa iş səfərləri edirsə - hansı ki, sabit və həmişəki işi deyil, məsələn təlim görməkdən ötrü səfərə çıxır – o səfərlərdə də namazı tamdırmı?
Cavab: Bəli, o səfərlərdə də namazı tamdır.

 

Sual 18: İşçilər adətən, iş səfərlərində ailələrini də özləri ilə aparırlar. Bu halda ailələrinin namazı, onların namazına tabe və tamdırmı?
Cavab: Onların namazına tabe deyil.
 
Sual 19: Şəri məsafəni təyin etmək üçün o məntəqənin ürfi nəzərinə kifayət etmək olarmı, hərçənd qeyri-dəqiq olsun? Yoxsa mükəlləf özü dəqiq şəkildə məsafəni hesablamalıdır?
Cavab: Arxayınlıq hasil olacaq formada hesablama aparmalıdır.
 
Sual 20: Müsafirin məqsədə çatmağının meyarı ilk şəhərə, ilk mənzilə və ya ilk yerə çatmağıdır, yoxsa ki, hədəf qərar verib çatmaq istədiyi müəyyən nöqtə?
Cavab: Əgər məqsədi müəyyən nöqtə və o nöqtəyə çatmağın yolu şəhərdən keçməkdirsə, hesablamasında həmin nöqtəni nəzərə almalıdır. Yox, əgər müəyyən məqsədi olmasına rəğmən, şəhərdə də işi varsa, bu mənada ki, şəhərə çatması bir növ məqsədə çatmaq sayılarsa, ilk şəhər meyardır.
 
Sual 21: Ezamiyyət zamanı şəxsi işindən dolayı vəzifəsini buraxıb geri dönən işçinin yoldakı namazı nə hökmündədir?
Cavab: Bu səfərdə namazı qəsrdir.
 
Sual 22: İşçinin gediş-gəlişli işi var, əgər işindən ayrı (şəxsi) səfərə çıxıb, səfərdən dönüşündə iş yerinə qayıdarsa, dönüşdən də məqsədi işə qayıdış olarsa, bu səfər iş səfəri sayılır, yoxsa qeyri-iş?
Cavab: İş səfəri sayılır; namazı tam, orucu da səhihdir.
 
Sual 23: Səfərdə namazını tam qılmalı olan kəs qəsr qılıbsa, qıldığı namazların hökmü nədir?
Cavab: (Əgər vaxt genişdirsə, həmin namazın vaxtı çıxmayıbsa) yenidən qılmalı, yaxud qəzasını yerinə yetirməlidir.
 
Sual 24: Səfərdə namazını qəsr qılmalı olan şəxs mövzunu, yaxud məsələnin detallarını bilməmək səbəbindən namazını tam qılıbsa, hal-hazırda vəzifəsi nədir?
Cavab: Ehtiyata əsasən, yenidən qılmalı və ya qəzasını etməlidir.
 
Sual 25: Bir nəfər təhsilinə görə başqa şəhərə səfər edir və təhsilinin işi ilə əlaqəsi yoxdur. Bu halda təhsil aldığı şəhərdə namaz və oruclarının hökmü necədir?
Cavab: Vacib ehtiyata əsasən, təhsillə bağlı səfərində namazını tam və qəsr qılmalıdır. Orucunu tutmalı və sonradan qəzasını da yerinə yetirməlidir. Bu məsələdə şəraitə riayə edərək, udul edə, yəni başqa müctəhidə müraciət edə bilər.

 

Sual 26: Dini elmləri öyrənən tələbələrin təhsil səfərindəki hökmü nədir?
Cavab: Dini elmləri öyrənən və ya polis akademiyasında oxuyan tələbələrin təhsil üçün çıxdıqları və bunu yerinə yetirməklə xüsusi bir peşəyə yiyələndikləri səfərlər iş səfərləri sayılır; namazı tam və orucu səhihdir.
 
 
Vətənin hökmləri

 

Sual 27: Əsl vətənin meyarı nədir? Sırf bir yerdə dünyaya gəlmək, valideynin vətəni olmaq, yaxud orada böyüyüb boya-başa çatmaq?
Cavab: Bir yerdə sırf dünyaya gəlmək və ya valideynin vətəni olmaq kafi və vacib deyil, əsl vətənin meyarı insanın həyatın başından (uşaqlıq və yeniyetməlik dövrü) bir yerdə böyüyüb boya-başa çatmasıdır.
 
Sual 28: Əgər bir nəfər valideyninin müvəqqəti qaldığı yerdə - hansı ki, vətəni deyil – dünyaya gəlsə və orada bir neçə il qalsa, həmin yer əsl vətəni sayılırmı?
Cavab: Bu iş ürfə qayıdır və bunu müəyyənləşdirmək üçün ürfə müraciət etmək lazımdır. Əlbəttə hər iki tərəfin qəti nüansları var. Məsələn, on beş il, iyirmi il bir yerdə qalıbsa, sözsüz ki, vətənidir. Əgər iki il qalıbsa, vətəni deyil.
 
Sual 29: Vətən seçməyin meyarı nədir? Daimi qalmaq qəsdi şərtdirmi?
Cavab: Bir yerin insanın vətəni sayılması üçün orada (daimi və ya müddətsiz) qalmaq qərarına gəlməli və yaşamalıdır. Bəli, əgər müəyyən müddət, məsələn on il, on beş il bir yerdə yaşamaq qərarına gəlsə, ürfi cəhətdən vətənin ona şamil olması bəlli deyil, məgər ki, uzun müddət, məsələn qırx il, əlli il orada qalmış olsun. Bu halda həmin yer vətəni sayılır.
 
Sual 30: Bir nəfər hər hansı yerdə həmişəlik qalmaq istəyirsə, vətən hökmlərinin qüvvəyə minməsi üçün sırf niyyət yetərlidirmi? Yoxsa vətən hökmlərinin ona aid olması üçün əvvəldən müəyyən müddətə orada qalmalıdır?
Cavab: Vətən deyilməsi üçün sırf niyyət yetərli deyil, vətənin tələblərinə müvafiqlik də lazımdır. Məsələn, bəzi işlər görə bilər ki, adətən, insan öz vətənində o işləri görür (ev almaq, iş qurmaq, ticarətə başlamaq kimi). Bu halda uzun müddət qalmasa belə vətəni sayılır. Yox, əgər vətənə dair işlər görməsə, vətən sayılması üçün orada bir müddət qalmalıdır.
 
Sual 31: Bir nəfər həmişəlik və ya uzun illər boyu ildə üç-dörd ay olmaqla müəyyən yerdə yaşamaq istəyir, ora vətəni sayılırmı?
Cavab: Əgər vətən niyyəti edib həmin yerdə vətəndəki kimi ev və digər yaşam vasitələri tədarük görsə, ora ikinci vətənidir.
 
Sual 32: Namazın tam və orucun səhih olmasından ötrü ona vətən deyilməsi vacibdir, yoxsa məhz müsafir sayılmamağı buna kifayət edir?
Cavab: Ona müsafir deyilmədiyi yerdə namazı tam, orucu isə səhihdir.
 
Sual 33: Bir şəhərdə müəyyən müddət yaşamaq istəyən kəs, ona müsafir deyilməməsi üçün orada neçə il qalmalıdır?
Cavab: Bu ürfi məsələdir və zahirən bir-iki il də kifayətdir.
700 /

Şəri məsələlər

Şəri sual
Fiqh və şəri hökmlər