Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Sanksiyanın qəti əlacı daxili imkanlara əsaslanmaqdır

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei Mübarək Qurban bayramı münasabətilə etdiyi canlı teleçıxışında əziz İran xalqını zərər görmüş insanlara və səhiyyə sahəsinin mücahidlərinə mömincəsinə yardım mənəvi müsabiqəsində daha geniş miqyasda və yüksək əhval ruhiyyə ilə iştirak etməyə çağırdı. O, ABŞ-ın İran xalqına qarşı həyata keçirdiyi qısa, orta və uzunmüddətli sanksiya cinayətinin məqsədlərini izah edərkən vurğuladı: “Düşmən sanksiya tətbiqi ilə yanaşı həqiqətləri təhrif etməklə də məşğuldur. Ancaq Allahın lütfü və İran xaqlının ayıqlığı, zirəkliyi və dərin dərrakəsi sayəsində ABŞ məqsədlərinin heç birinə nail ola bilməmişdir. Əziz İran məsul şəxslərin xalqın iqtisadi və məişət problemlərinin həlli üçün göstərdikləri səy, səbr və səbat sayəsində, daha çox daxili potensiallardan istifadə etməklə öz parlaq yoluna davam edəcək”.

O, məhərrəm ayının mərasimlərinə də toxunaraq dedi: “İmam Hüseyn matəminin bütün iştirakçıları, heyətlər və məddahlar Korona ilə Milli Mübarizə Qərargahının bütün göstərişlərinə əməl etməlidirlər. Çünki məsələ çox ciddidir”.

İnqilabın Rəhbəri əziz İran xalqını, dünya müsəlmanlarını və İbrahimi dinlərin davamçılarını Mübarək Qurban bayramı münasibətilə təbrik edərək zilhiccənin birinci ongünlüyünün əzəmətli və yönləndirici xatirələr ongünlüyü olmaqla yanaşı, təvəssül və yalvarış ongünlüyü də olduğunu dedi: “Bu bərəkətli ayın ikinci ongünlüyü Mübarək Qədir bayramına görə vilayət ongünlüyü hesab edilir. Bu məsələ bütün ilahi hökmlərdən yüksəkdə dayanır, çünki vilayət Allahın bütün hökmlərinin icra zəmanətidir”.

O əlavə etdi: “Zilhiccənin üçüncü ongünlüyü də mübahilə kimi əlamətdar günlər münasibətilə mühüm bir ongünlükdür. Xalqın birinci ongünlüyü bərəkətlə başa vurduğu kimi, sonrakı iki ongünlüyü də Allahın razılığı və xalqın xoşbəxtliyinə səbəb olacaq şəkildə başa vuracağına ümidvarıq”.

Həzrət Ayətullah Xamenei xalqla görüşlərin məmnun qaldığı və sevdiyi işlərdən olduğunu dedi: “Kiçik, ancaq çox təhlükəli olan karona bu sevinci əlimizdən alıb”.

O əlavə etdi: “Bu görüş səhiyyə işçiləri və mömincəsinə yardım qruplarının nümayəndələri ilə virtual şəkildə keçirilməli idi. Lakin Korona ilə Milli Mübarizə Qərargahı on nəfərdən artıq adamın bir yerdə toplaşmasını qadağan etdiyi üçün, təəssüflər olsun ki, bu virtual görüş də mümkün olmadı”.

O, fədakarlığın İran xalqının bariz xüsusiyyətlərindən olduğunu dedi: “Bu gün həkimlər, şəfqət bacıları, tibb işçiləri və bütün müalicə kompleksləri var gücləri ilə korona xəstələrinə xidmət göstərirlər. Könüllülər ümumi və qeyri-ixtisas sahələrində onların köməyinə tələssinlər”.

İnqilabın Rəhbəri pandemiya dövründə əhalinin əksər hissəsinin iqtisadi cəhətdən zərər gösməsinə işarə edərək dedi: “Bu müddətdə bir qrup insan ciddi xəsarətlər və problemlərlə qarşılaşıb. Xalqa mömincəsinə yardım hərəkatını daha da genişləndirərək bu təbəqələrin köməyinə tələsmək lazımdır”.

Həzrət Ayətullah Xamenei Quran ayələrinə istinad edərək xalqı bu mənəvi müsabiqədə daha fəal və yüksək əhval ruhiyyə ilə iştirak etməyə çağırdı: “Xeyir işdə qabağa düşmək Allah-taalanın Quranda təkidlə və təkrar-təkrar qeyd etdiyi göstərişlərdəndir, başqalarının da yaxşı işlərə həvəs və meyl göstərməsinə səbəb olur”.

İnqilabın Rəhbəri bu cür işlərin sözün əsl mənasında inqilabçı işlər olduğunu dedi: “Məhərrəm ayında yeməkləri gigiyena qaydalarına tam riayət etməklə mömincəsinə yardım şəklində ailələrə çatdırmaq olar”.

Həzrət Ayətullah Xamenei korona virusun öyrənilməsi, onunla mübarizə və müalicəsinin tapılması istiqamətində ölkədə aparılan ciddi elmi işlərə işarə edərək dedi: “Bu cür səylər bütün yönlərdən artırılmalıdır”.

İnqilabın Rəhbəri çıxışının ikinci hissəsində ABŞ-ın sanksiyalarının İran xalqına qarşı böyük bir cinayət olduğunu dedi: “Mənfur düşmən bütün xalqı hədəfə almış bu sanksiyalarda ayrı-ayrı məqsədlər güdür”.

O, xalqı bezdirib usandırmağı sanksiyaların qısamüddətli məqsədi olduğunu dedi: “Düşmən xalqda çaşqınlıq yaratmaq, bununla da onun hökumətə qarşı çıxmaq üçün küçələrə axışmasını istəyir. Bu səbəbdən də həmişə qızmar yaydan danışmış və danışmaqdadırlar. Lakin indi özləri qızmar yaya düçar olublar”.

Məhdudiyyət yaratmaq, xüsusilə elmi sahədə ölkənin inkişafının qarşısını almaq ABŞ-ın ortamüddətli məqsədidir. İnqilabın Rəhbəri bu məsələyə aydınlıq gətirərək dedi: “Düşmən uzunmüddətli məqsədində də İranın iqtisadiyyatını çökdürüb tənəzzülə uğratmaq niyyəti güdür. Çünki belə olan halda həyatını davam etdirmək bir ölkə üçün mümkünsüz olacaq”.

Həzrət Ayətullah Xamenei İslam Respublikası ilə regiondakı müqavimət mərkəzləri və cərəyanlarının əlaqələrinin kəsilməsinin amerikalıların İrana qarşı sanksiyasının periferik məqsədlərindən olduğunu dedi.

O, çıxışının bu hissəsini yekunlaşdırarkən dedi: “Allahın lütfü və xalqın ayıqlığı sayəsində düşmənin bütün bu məqsədləri puça çıxacaq. Biz iranlılar demişkən, dəvə yuxusunda çiyid görər (ac toyuq yuxusunda darı görər)”.

İnqilabın Rəhbəri əlavə etdi: “Əlbəttə, ölkənin problemləri var və onların bir hissəsi sanksiyalar, bir hissəsi idarəetmənin zəifliyi, bir hissəsi də korona ilə əlaqədardır. Ancaq Qərbin bir qrup alimi və fəalı da açıq şəkildə etiraf edir ki, düşmən bütün kəskin fəaliyyətlərinə baxmayaraq, sanksiya cinayətindəki məqsədinə çata bilməmişdir”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, sanksiya cərəyanı ilə paralel olaraq həqiqətlərin təhrif edilməsi və gerçəklərin əks göstərilməsi cərəyanı da mövcuddur: “Bu cərəyanın məqsədi xalqın ruhiyyəsinə zərbə endirmək və sanksiyanın əlacı ilə bağlı yanlış ünvan göstərməkdir”.

Həzrət Ayətullah Xamenei ABŞ rəsmiləri və onlardan asılı olan medianın İranın gerçəklərini əks göstərmək üçün etdikləri təbliğatlara işarə edərək dedi: “Düşmənin məqsədi xalqda ümidsizlik və ruh düşkünlüyü yaratmaq, bununla da ölkənin dalana dirəndiyini və problemlərini həll edə bilmədiyini göstrəməkdir”.

O, gerçəklərin təhrif edilməsinin Qərbin media qurumlarının qırx bir illik müddət ərzindəki təbliğatlarının sabit xətti olduğunu dedi: “Bu təbliğat xəttində güclü nöqtələr tamamilə inkar edilir, ya da onlar haqqında heç nə deyilmir. Ancaq bir zəif nöqtə varsa, onlarla və yüzlərlə dəfə şişirdilir”.

İslam İnqilabının Rəhbəri sanksiyaların aradan qaldırılması üçün yanlış ünvan göstərilməsi məsələsinə də aydınlıq gətirərək dedi: “Bu təbliğat xəttində deyilir ki, əgər sanksiyaların aradan qalxmasını istəyirsinizsə, güzəştə gedin, dirəniş göstərməyin. Təəssüflər olsun ki, bəziləri də daxildə bu yanlış ünvanı təkrar edirlər. Lakin bu xəttin düşməni tanıyan və onun məqsədindən xəbərdar olan İran xalqının əksəriyyəti üzərində təsiri yoxdur”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, həqiqətlərin təhrif edilməsi cərəyanı öz məqsədlərinə çatmamışdır: “Əgər təhrif cərəyanı iflasa uğrayıbsa, sanksiya cərəyanı da iflasa uğrayacaq. Çünki indiki meydan iradələrin müharibəsidir. Əgər İran xalqının iradəsi möhkəmliyində qalsa, düşmənin iradəsinə qalıb gələcək”.

İslam İnqilabının Rəhbərinin toxunduğu digər məsələ zirək İran xalqının ölkənin elmi cəhətdən çiçəklənməsi üçün sanksiyadan istifadə etməsi məsələsi oldu.

Həzrət Ayətullah Xamenei dedi: “Sanksiya böyük bir cinayət olsa da, xalqımız, xüsusilə gənclər, məsul şəxslər, alimlər və siyasi fəallar bu məsələdən milli özünə güvənin artırılması üçün istifadə etdilər”.

İslam İnqilabının Rəhbəri bu barədə açıqlama verərək dedi: “Sınaq jeti, həssas və incə detalların istehsalı, elm əsaslı bir neçə min şirkətin təsis edilməsi, Fars körfəzində Sepah tərəfindən Ulduz Neftayırma Zavodunun tikilməsi, Cənubi-Parsda böyük tədbirlərin həyata keçirilməsi, Energetika Nazirliyinin su və enerji sahəsi ilə bağlı layihələri, Yol Nazirliyinin layihələri və heyrətamiz hərbi istehsallar, hamısı sanksiya dövründə gerçəkləşdi”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, sanksiya dövrünün nəticələrindən biri ölkə iqtisadiyyatının neftdən ayrılması təcrübəsi oldu: “Ölkə nefti az satıldığı üçün iqtisadiyyatın xam neftdən ayrılması prosesi təbii şəkildə reallaşmaqdadır. Bu məsələ hökumət və parlamentin nəzarəti altında başa çatdırılmalıdır”.

İslam İnqilabının Rəhbəri “Sanksiyalara əlac oluna bilərmi?” sualına belə cavab verdi: “Sanksiyalara təbii ki, əlac var. Ancaq onun əlacı ABŞ qarşısında geri çəkilmək və güzəştə getmək deyil. Çünki geri çəkilmək təcavüzkarın irəliləməsinə səbəb olur”.

O əlavə etdi: “ABŞ-ın bu gün İrandan istədiyi budur ki, nüvə sənayesindən tamamilə əl çəksin, müdafiə imkanını xeyli miqdarda azaltsın və regiondakı qüdrətindən imtina etsin. Bu istəklərin qəbul edilməsi təbii ki, ABŞ-ın geri çəkilməsinə səbəb olmayacaq. Təcavüzkarın dayanması üçün onun istəklərinə boyun əyməyimizi ağıl da qəbul etmir”.

İslam İnqilabının Rəhbəri ölkə daxilində düşmənin vəkilliyini edərək nüvə sənayesinin faydasız olduğunu deyənlərin sözlərinin təkrarlanmasından təəssüf hissi keçirdiyini vurğuladı: “Nüvə sənayesi enerji istehsal etmək üçün ölkənin sabah mütləq ehtiyac duyacağı bir sahədir. Bu gün sabahın fikrində olmalıyıq”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, BHFP-nın vurduğu çoxsaylı ziyanlaırn olmasına baxmayaraq nüvə sənayesinin əsası qorunub saxlanmışdır. O, amerikalıların İranla danışqılar aparılması məsələsi ilə bağlı iddialarına işarə edərək dedi: “Mən amerikalılarla müzakirə aparılmamasının səbəbini dəfələrlə qeyd etmişəm. Ancaq bəziləri ya fərqində deyillər, ya da özlərini elə aparırlar ki, sanki, fərqində olmayıblar”.

O vurğuladı: “Amerikalıların müzakirə iddiasının əsl məqsədi həyati imkanlarını İran xalqından almaqdır. Əlbəttə, ABŞ-ın hazırki prezidenti də öz şəxsi və seçki maraqlarını güdür. Şimali Koreya ilə danışıqlardan təbliğat məqsədilə istifadə də buna aiddir”.

O vurğuladı ki, İran İslam Respublikası ABŞ və qondarma sionist rejimindən başqa bütün dövlətlərlə müzakirə aparır: “Sanksiyaların əlacı geri çəkilmək və düşmənlə danışıqlar aparılması deyil. Onun əsl çarəsi milli imkanlara arxalanmaq, gənclərin meydana atılması, ölkənin zəngin potensiallarının dirildilməsidir, bir sözlə, müqavimət iqtisadiyyatının endogen və ekstroversiya əsaslarına əməl etməkdir”.

İslam İnqilabının Rəhbəri dedi: “Bizim zəngin daxili və beynəlxalq imkan və potensiallarımız var. Bu imkan və potensiallar cihadçı idarəetmə və real tədbirlərlə aktivləşdirilməlidir”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, İran İslam Respublikasının dünyada nüfuzlu dostları vardır, ancaq İslam dövlətinin həqiqi söykənəcəyi Allah və xalqdır: “Daxili müstəqillik və imkanlara əsaslanmağımızı istəməyən həm xarici düşmənlər var, həm də daxili bədxahlar. Öz mənafeyindən ötrü daxildə istehsal edilən cinsi xaricdən idxal edən adam həqiqətən, xəyanət edir. Təkrar-təkrar vurğulasaq da, daxildə istehsal edilən cinsin eynisinin idxalı davam edir”.

İslam İnqilabının Rəhbərinin sanksiyalarla bağlı toxunduğu sonuncu məsələ başqalarının içiboş vədlərinə ümidlənməməklə bağlı oldu.

Həzrət Ayətullah Xamenei dedi: “1397-ci ildə, ABŞ BHFP-dan çıxdıqdan sonra təəssüflər olsun ki, ölkə aylarla avropalıların vədlərinə ümid bağladı, ölkənin iqtisadiyyatı şərti xarakter aldı. Halbuki iqtisadiyyatın başqalarının vədləri ilə şərtləndirilməsi çox zərərlidir”.

O əlavə etdi: “Avropalılar ABŞ-ın sanksiyaları ilə mübarizə aparmaq üçün heç nə etmədilər və İNSTEX adı ilə təqdim etdikləri də gerçəkləşməyən bir oyuncaq idi”.

İslam İnqilabının Rəhbəri çıxışının bu hissəsini yekunlaşdırarkən dedi: “Sanksiyaların əlacı ciddi cəhdlə çalışmaya ehtiyacı olan daxili potensialların aktivləşdirilməsidir”.

Həzrət Ayətullah Xamenei çıxışının başqa bir yerində bahalıq və ailələrin dolanışıqlarının təminində qarşılaşdıqları ciddi problemlərə işarə edərək dedi: “Bu problemlərin aradan qaldırılması üçün lazım olan işləri məsul şəxslərlə, xüsusilə prezidentlə birlikdə təşkil edilən toplantılarda müzakirə etmişik. Bu məsələnin zəruriliyini bir daha məsul şəxslərə çatdırırıq”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, iqtisadiyyat sahəsinin təcili işi qiymət dəyişkənliyinə nəzrət, bazarda stabillik yaratmaq və milli pulun qiymətini qorumaqdır: “Məhsulların üzərinə hər gün bir qiymət qoymaq, valyuta qiymətinin nəzarətdən çıxması ölkə üçün zərərlidir. İcra idarəçiliyindən xəbəri olanlar hesab edirlər ki, bu məsələ icra orqanlarının ciddi nəzarəti və lazım olduqda məhkəmənin müdaxiləsi ilə tənzimlənə bilər”.

O əlavə etdi: “Mərkəzi bank çox çalışır. Allahın izni ilə uğur qazanacaq. Valyutanın qiymətinin artımında siyasi-təhükəsizlik səbəblərinin iqtisadi səbəblərdən təsirli olması ilə bağlı etibarlı məlumatlar var. Belə olan surətdə, bu oda körük verənlərlə ciddi mübarizə aparmaq lazımdır”.

Həzrət Ayətullah Xamenei likvidliyin istehsala yönəldilməsi, habelə istehsal sıçrayışına mane olan amillərin aradan qaldırılmasının ölkə iqtisadiyyatının digər prioritetlərindən olduğunu dedi: “Bir qrup ekspert təklif edir ki, üç qüvvənin rəhbərləri istehsal maneələrinin öyrənilməsi və aradan qaldırılması üçün işçi qrupları təyin etsinlər”.

İslam İnqilabının Rəhbəri ölkə iqtisadiyyatının əsas islahatlarının büdcə strukturunun islahı, bank sisteminin islahı, investisiya və məşğulluğun artırılması və biznes mühitinin sağlamlaşdırılmasından ibratə olduğunu dedi: “Bu məsələlər iki il bundan qabaq İqtisadi Koordinasiya Ali Şurasının iclasının təşkil edildiyi vaxt üç qüvvənin rəhbərlərinə çatdırıldı. Qeyd edim ki, səylərə baxmayaraq, elə də böyük irəliləyiş olmamışdır. Əlbəttə, mühüm olan budur ki, biz nə istədiyimizi və hansı proqramı axtardığımızı bilirik”.

O, səbr və sabitliyin ölkənin gələcəyinin iki əsas ehtiyacı olduğunu dedi və vurğuladı ki, dini inanc və xalqın dövlətə etimadı nəticəsində xalqın sabitliyi yaxşıdır: “Məsul şəxslər də cihad işi ilə öz səbr və sabitliklərini göstərməli, zərərli tərəddüd və narahatlıqlardan qorunmalıdırlar”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, əsas düşmən olan ABŞ-ın problemləri İranın problemləri ilə müqayisə edilməyəcək qədər böyükdür. O, nümunə üçün bu gün ABŞ-da mövcud olan çox böyük sinfi fasilə, irqi ayrıseçkilik, iqtisadi problemlər, iri miqyasda işsizlik, korona hadisəsində idarəetmədəki problemlər, ABŞ polisi tərəfindən rəhmsizlik, qətl və işgəncə ilə nəticələnən zəif sosial idarəetmə kimi problemlərdən bir neçəsini qeyd edərək dedi: “Bu gün dünyada ABŞ-a nifrət edilir və ondan uzaqlaşırlar”.

O vurğuladı: “ABŞ-da cərəyan edən hadisələr kül altından şölələnən oddur. Onu söndürsələr də, yenidən şölələnir və ABŞ-ın mövcud sistemini sona yaxınlaşdırır. Çünki bu dövlətin iqtisadi və siyasi fəlsəfəsi səhv və məhvə məhkumdur”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, ABŞ rəsmilərinin dəfələrlə İran əleyhinə səsləndirdikləri fikirlərin onların başlarını itirməsindən xəbər verir: “ABŞ rəhbərliyi başını itirib və çaşqınlıq işərisindədir. Amerikalılar düşmən axtarışındadırlar. Buna görə də gah İranın adını çəkirlər, gah Rusiyanın, gah da Çinin. Ancaq bu gün ABŞ rejiminin öz xalqından böyük düşməni yoxdur. Bu düşmən sözügedən rejimi diz çökdürəcək”.

Həzrət Ayətullah Xamenei səbr, sabitlik və cihad işini yenidən vurğulayaraq dedi: “Hökumət üzərinə düşən vəzifənin son mərhələsindədir. Əlbəttə, bu yeddi il ərzində bacardığı qədər çalışıb və bəzi sahələrdə də həqiqətən, yaxşı işlər reallaşdırılıb. Bu hökumətdən sonra da yeni nəfəsli hökumət gələcək və işləri daha böyük ciddiyyətlə həyata keçirəcək”.

İslam İnqilabının Rəhbəri çıxışının sonunda Məhərrəmlik mərasimləri məsələsinə işarə edərək dedi: “Mərasimlərlə bağlı meyarı Korona ilə Milli Mübarizə Qərargahı elan edir. Onlar nəyi lazım bilsələr, mən ona riayət edəcəyəm. Mənim bütün mərasim iştirakçılarına, heyətlərə, xütbə oxuyanlara və məddahlara tövsiyəm və onlardan israrla istəyim budur ki, Korona ilə Milli Mübarizə Qərargahının qaydalarına riayət etsinlər. Çünki nəzarət və ehtiyat miqdarı zəifləsə, böyük bir faciə baş verəcək”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /