Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İnqilabın Rəhbərinin iştirakı ilə Aşura gecəsi mərasimi keçirildi

İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Aşura gecəsinə həsr edilmiş əzadarlıq mərasimi keçirildi.

Mərasimdə çıxış edən Höccətül-İslam vəl-müslimin Ali qeyd etdi ki, fərdi və ictimai səbr Qurani-Kərimin möminlərə verdiyi iki mühüm göstərişdir: “Fərdi səbr şəriətin hökmlərinə əməl etməkdən, ictimai səbr isə möminlərin İslam cəmiyyətinin daxildə və ya xaricdə yaranan problemləri qarşısında bir-birlərinə kömək etməsindən ibarətdir. Bu çətinliklərdən üzüağ və başıuca çıxmaq üçün Quranın təqdim etdiyi resept məhrum insanları himayə etmək, inkişaf və nailiyyətləri qeyd etməklə insanların bir-birlərinə ümid verməsidir”.

Mərasimdə Höccətül-İslam vəl-müslimin Vazehi Kərbəla şəhidlərinə həsr edilmiş zikri-müsibət və məqtəl oxudu.

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /