Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Dini düşüncə istehsalı sahəsindəki xidmətləri misilsizdir

Həzrət Ayətullah Xamenei Ayətullah Misbah Yəzdinin vəfatı münasibətilə başsağlığı verdi.

İslam İnqilabının Rəhbərinin müraciətinin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Böyük təəssüf və kədər hissi ilə Allah adamı olan alim, fəqih, mücahid filosof Ayətullah Hacı Şeyx Məhəmmədtəqi Misbah Yəzdinin vəfat xəbərini aldım. Bu, İslam maarifi və elmi hövzəsi üçün bir itgidir. O, üstün bir mütəfəkkir, layiqli müdir, haqqı çəkinmədən deyən, düz yolda möhkəm və qətiyyətlə irəliləyən bir adam idi.

Dini düşüncənin istehsalı, bələdçi kitabların yazılışı, üstün və nüfuzlu tələbələrin yetişdirilməsi, iştirakına ehtiyac duyulan bütün inqilab meydanlarındakı iştirakı baxımından, həqiqətən və insafən, nadir adam idi. Dindarlıq və təqva gənclik dövründən ömrünün sonuna qədər onun daimi xüsusiyyəti oldu. Allahtanıma yolunda addımlaması Allahın bu uzunmüddətli səylərinə görə ona verdiyi böyük bir hədiyyədir.

Bu qədim və əziz qardaşımın vəfatı mənim özüm üçün matəm olması ilə yanaşı, onun möhtərəm ailəsi, alim, saleh övladları və digər yaxınlarına, habelə bu böyük müəllimin tələbələri və sevdiklərinə, elmi-dini hövzəyə başsağlığı verir, Allahdan ona yüksək dərəcələr, bağışlanma və rəhmət diləyirəm.

Seyid Əli Xamenei
02 yanvar 2021

İslam İnqilabının Rəhbəri bu gün (şənbə) səhər mərhum Ayətullah Misbah Yəzdinin cənazəsinin yanına gələrək onunla vidalaşdı. Mücahid filosof və fəqihin nəşinə namaz qıldı.

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /