Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İnqilabın Rəhbəri İmam Xomeyninin (r.ə) məqbərəsini ziyarət etdi

Həzrət Ayətullah Xamenei “Fəcr ongünlüyü”nün başlanması və İslam İnqilabının əzəmətli qələbəsinin qarşıdan gələn qırx ikinci ildönümü münasibətilə bu gün (bazar günü) səhər saatlarında İslam İnqilabının böyük qurucusunun ziyarətgahına gedərək namaz qılıb Quran oxudu; İran xalqının şanlı imamının xatirəsini əziz tutdu. İslam İnqilabının Rəhbəri habelə ali dərəcələrə yüksəlmiş şəhid Behişti, şəhid Rəcai, şəhid Bahünər, 1360-cı ilin 17 tir faciəsinin şəhidlərinin məzarlarını ziyarət edərək onlara Allah-taaladan yüksək dərəcələr dilədi.

Həzrət Ayətullah Xamenei daha sonra uca şəhidlər xiyabanını ziyarət edib İslam və İranın müdafiəçilərinin pak ruhlarına salam göndərdi.

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /