Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Milli iftixarı qorumaq və gənclərə təşəkkür etmək üçün İran vaksinini gözlədim

Həzrət Ayətullah Xamenei bu gün (cümə) səhər COVİran Barakat vaksininin birinci dozasını qəbul etdi. İranın gənc alimləri və tədqiqatçılarının səylərinin nəticəsi olan bu vaksin təzəlikcə yerli elmi qaynaqlara əsasən istehlak lisenziyası aldı və İran dünyada karona əleyhinə vaksin istehsal edən altıncı ölkəyə çevrildi.

İslam İnqilabının Rəhbəri vaksin vurdurduqdan sonra öz elmləri, təcrübələri, elmi və əməli fəaliyyətləri ilə ölkəyə bu milli qüruru və başıucalıq gətirən nailiyyəti bəxş edən bütün əməyi keçmiş insanlara təşəkkür edərək dedi: “Nazir və ölkənin bütün səhiyyə və müalicə mərkəzlərinə, cənab Müxbirə və onun digər işlərdə olduğu kimi, bu işdə də öz təşəbbüs və bacarıqları, sevgi və canıyananlıqları ilə iştırak edən həmkarlarına, mənim sağlamlığıma daim nəzarət edən doktor Mərəndi və doktor Səccadiyə səmimi qəlbdən təşəkkür edirəm”.

Həzrət Ayətullah Xamenei bir neçə ay bundan əvvəl ondan israrla vaksin vurdurmasının istənilməsinə işarə edərək dedi: “Birincisi, mən İran məhsulu olmayan vaksindən isitfadə etmək istəmirdim. Buna görə də dedim ki, İran vaksinini gözləyəcəyəm. Çünki bu milli iftixarı qorumalı idim. Əgər daxildə əlac və önləmə imkanı varsa, nə üçün ondan isitfadə etməyək?”

O əlavə etdi: “Əlbəttə, ehtiyac yaranarsa, İran vaksini ilə yanaşı, xarici vaksindən də istifadə edilməsinin heç bir problemi yoxdur. Amma İran vaksininə hörmət etməli, bu vaksinin istehsalında fəal iştirak edən bütün gənc və zəhmətkeş alimlərə, habelə ölkədə vaksin istehsalı ilə məşğul olan digər mərkəzlərə təşəkkür etməliyik”.

İslam İnqilabının Rəhbəri dedi: “İran vaksinindən istifadəyə israr göstərməklə yanaşı, vurğuladım ki, vaksin qəbulu təbii ardıcıllıqla həyata keçirilsin. Allaha həmd olsun ki, bu gün yaşı 80-dən yuxarı olan və mənim yaşıdlarım olan insanların çoxu vaksin vurdurublar”.

O, habelə elmi sənədlərin qeydiyyata alınması və vaksinlə bağlı məqalələrin çap etdirilməsinin də zəruri olduğunu dedi: “Vaksinin güclü, sürətli və zamanında istehsalı ilə yanaşı, dünyanı öz böyük işinizdən xəbərdar etmək üçün elmi məqalə və sənədlər tərtib edib yayımlayın”.

Ali Rəhbərdən sonra çıxış edən səhiyyə, müalicə və tibb təhsili naziri cənab doktor Nəməki göstərdiyi dəstəklərə görə İnqilabın Rəhbərinə təşəkkürünü bildirdi. Sonra o, digər ölkələrlə müqayisədə İranda dördüncü korona peykinin yaxşı idarə edilməsinə və İranın müalicə modelinin qeydə alınmasına işarə edərək dedi: “Başlanğıcda texniki biliklərin alınması və transferi istiqamətində yaxşı addımlar atıldı. Həzrət İmamın Fərmanının İcrası Fondu da vaksinlə yanaşı, maska və oksigen aparatlarının təmin edilməsində çox uyğun əməkdaşlıq fəaliyyəti həyata keçirdi”.

Doktor Nəməki təchizat və dərman pereparatlarının İrana transferi məsələsində məhdudiyyətlərin olmamasını iddia edən amerikalıların rüsvay olduqlarına işarə edərək dedi: “Biz vaksin lisenziyası aldıqdan sonra ABŞ-ın prezidenti elan etdi ki, vaksinin İrana transfer edilməsinə imkan var. Bu isə onların əvvəlki sözlərinin yalan olduğunu göstərdi”.

Səhiyyə naziri dedi: “Mordad ayının sonlarına qədər zərərgörmüş qruplar, vəziyyətləri çox ağır olan xəstələr və yaşları 60-dan yuxarı olan insanlara vaksin vurulacaq. Ondan sonra vaksinasiya növbəsi tələbələrin və orta məktəb işçilərinindir”.

Doktor Nəməki vaksinasiyadan sonra riayət edilməsi vacib olan məsələlərə toxunaraq dedi: “Əvvəl olduğu kimi, maskadan istifadə edilməlidir. Çünki vaksin ağır xəstəliyin olması ehtimalını azaldır, lakin yoluxma ehtimalı olduğu kimi qalır”.

Həzrət İmam Xomeyninin (r.ə) Fərmanını İcrası Fondunun sədri cənab Müxbir də İran vaksinin İslam İnqilabının Rəhbərinə vurulmasının özünəməxsus bir hadisə, habelə milli özgüvənin əməli tərcüməsi, orta hesabla yaşları 30-dan aşağı olan 200-dən çox gəncə və onların əməyinə olan etibarın göstəricisi olduğunu dedi.

Cənab Müxbir böyük həcmdə ventilator və remdesivir dərman pereparatlarının istehsalında elmi bazalı şirkətlərin tədqiqatçılarının göstərdikləri fəaliyyətlərə işarə edərək dedi: “Şəhrivər ayının sonuna qədər ölkənin vaksinə olan tələbatının əsas hissəsi təmin olunacaq”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /