Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İdarəetmə sahələirində inqilabi yenidənqurma aparılması lazımdır

İslam İnqilabının Ali Rəhbəri bu gün (şənbə) səhər prezident və yeni hökumətin təmsilçiləri ilə görüşdə hökumətin xalqa xidmət fürsətinin hər keçən saatından tam şəkildə istifadə etməsinin vacibliyini vurğuladı. Ölkənin bütün idarəetmə sahələrində inqilabi, rasional və ağıllı yenidənqurma işlərinin aparılmasına təmərküzləşmənin zəruriliyini vurğulayan Ali Rəhbər iqtisadi məsələlərin prioritetiliyinə işarə edərək xalqla olmaq, ədalətlilik, korrupsiya ilə mübarizə, xalqın ümid və etimadının dirçəldilməsi, dövlətin möhkəmliyi, iqtidarı və şərəfi ilə bağlı mühüm tövsiyələr verdi.

O, diplomatiya səhnəsində ABŞ-ın yırtıcı və vəhşi bir canavar olduğunu qeyd edərək Əfqanıstanda mövcud olan çox məyusedici vəziyyətinə toxundu: “İslam Respublikası bütün hallarda Əfqanıstanın müsəlman və məzlum xalqının tərəfindədir. Bizim dövlətlərə münasibətimiz onların İrana olan münasibətləri və davranışlarından asılıdır”.

Həzrət Ayətullah Xamenei çıxışının əvvəlində hökumətin bütün təmsilçilərinə xidmət uğurunun dərindən qədrini bilməyi tövsiyə etdi və parlamentə təklif edilən nazirlərin səlahiyyətinin araşdırılmasına sürətli və vaxtında baxdığı üçün təşəkkürünü bildirərək yeni hökumətin xalq və dövlət üçün mübarək bir başlanğıc olacağına ümidvar olduğunu dedi.

O, şəhid Rəcai və şəhid Bahünərin xatirəsini əziz tutaraq dedi: “O iki böyük şəxsiyyətin xidmət müddəti az oldu. Amma elə o az müddətdə göstərdilər ki, ixlas və xidmət niyyəti ilə meydana atılmış, xalqa xidməti rəhbər tutan mücahid metodlardan istifadə etmişlər. Bu, bütün məsullar üçün böyük bir dərsdir”.

İnqilabın Rəhbəri ölkənin şəraitinin mürəkkəb olduğunu vurğuladı: “Əgər gecə-gündüz bilmədən, yorulmadan və mücahidcəsinə səylərinizi Allaha təvəkkül və təvəssüllə birlikdə sərmayəniz etsəniz, problemlərə mütləq qalib gələcəksiniz”.

İnqilabın Rəhbəri əlavə etdi: “Keçmiş məsulların hamısına dediyim kimi, dörd illik xidmət fürsəti sürətlə bitir. Xalqa və İslama aid olan bu fürsətin hətta bir saatının da hədər getməsinə imkan vermək olmaz. Təbii ki, çox işləməklə və əzmkarlıq göstərməklə yanaşı, ailəyə də diqqətsizlik göstərmək olmaz”.

O, inqilab relsi üzərində hərəkət etməyin, iqtisadi idarəetmə, quruculuq, xidmət, xarici siyasət, mədəniyyət, təhsil və digər idarəetmə sahələrində inqilabçı hərəkətin yaradılmasının zəruriliyini vurğuladı: “İnqilabçı olmaq mütləq rasionallıq, düşüncə və ağılla müşayiət olunmalıdır. İslam Respublikasının bu üsulu lap başlanğıcdan olmuşdur”.

İnqilabın Rəhbəri hökumət təmsilçilərinə birinci mühüm tövsiyəsini bəyan edərkən xalqla olmanın müxtəlif yönlərinə işarə etdi: “Xalqın arasında olmaq, onlarla birbaşa ünsiyyət qurmaq xalqla olmağın çox yaxşı tərəflərindəndir. Cənab Rəisi dünən Xuzistana səfər etməklə bunu göstərdi”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, xalqın həyat tərzinə xas olan dəbdəbəsiz həyat tərzinin seçilməsi, aristokrat həyat tərzindən uzaq durmaq və xalqa yuxarıdan aşağı baxmaqdan çəkinmək xalqla olmağın digər cəhətlərindəndir: “Problemlər və həll yollarını xalqla bölüşmək, gerçək olmayan, xalqda ümidsizlik yaradan sözlər danışmaqdan çəkinməklə yanaşı, onlardan fikri və əməli kömək istəmək lazımdır”.

Səhv baş verdikdə xalqdan tez bir zamanda üzr istəmək, görülən işlərlə bağlı xalqa düzgün və mübaliğəsiz məlumat vermək İnqilabın Rəhbərinin xalqla olmağın müxtəlif yönləri ilə bağlı qeyd etdiyi metodlardan oldu.

O, prezident və hökumət təmsilçilərinə Əmirül-mömininin Malik Əştərə yazdığı çox mühüm fərmanı diqqətlə oxumağı tövsiyə etdi: “Bu tarixi fərmanda müxtəlif yönlərə aydınlıq gətirilmişdir. İslama əsasən, hakimiyyətlə xalqın əlaqələri qardaşcasına və dostcasına olmalıdır”.

Həzrət Ayətullah Xamenei hökumət təmsilçilərinə ünvanladığı ikinci əsas tövsiyəsi olan ədalətli olmağı izah edərkən bildirdi ki, ilahi dinlərin və dövlət təşkilinin əsasında ədalətin bərqərar edilməsi dayanır: “Bu sahədə biz geriyik, çox çalışmalıyıq”.

O vurğuladı: “Dövlətin hər bir qanunu, layihəsi və qərarı ədalətli olmalıdır. Tamamilə diqqətli olmaq lazımdır ki, qəbul edilmiş qanun və ya qərar məhrum təbəqəyə və ədalətə zərbə vurmasın”.

Həzrət Ayətullah Xamenei geniş yayılmış idarəetmə üsullarının bəzisinin ədalətə zidd olduğunu dedi: “Subsidlərin paylanması və digər məsələlərdə elə davranmaq lazımdır ki, məhrum təbəqələrlə yararlanan təbəqlərin fasiləsi az olsun. Hər nə qədər mümkündürsə, imkanlar ədalətli şəkildə paylansın”.

Korrupsiya ilə dəqiq və ciddi mübarizə aparılması İnqilabın Rəhbərinin prezident və yeni hökumətə verdiyi digər mühüm tövsiyə oldu.

O dedi: “Korrupsiya ilə mübarizə ədaləti təkmilləşdirir. Çünki korrupsiya və onun təzahürləri, o cümlədən xüsusiləşdirmə, yersiz istifadələr və səbəbsiz əzizləmələr ədalətə zidd olan böyük bəlalardandır”.

Həzrət Ayətullah Xamenei cənab Rəisinin məhkəmə sisteminin sədri olarkən korrupsiyaya qarşı apardığı mübarizəsinə işarə edərək dedi: “Bu yaxşı iş xalqın ona qarşı ümidini və sevgisi artırdı. Ancaq nəzərə almaq lazımdır ki, korrupsiyanın şəraitinin ortadan qalxması üçün korrupsiya ilə əsl mübarizə meydanı icraedici orqandır. Əgər bu nəzarətlərin olduğu halda, hər hansı hallar baş verərsə, məhkəmə sistemi dövriyəyə girməli və lazımi tədbirləri görməlidir”.

O, hökuməti bütün qurumlarda şəxsi və ümumi mənafelərin toqquşmalarını həll etməyə çağırdı: “Fəsadın təzahürlərindən biri 44-cü maddənin siyasətlərinin icrasındakı qanun pozuntularıdır. Bu maddənin düzgün icrası ölkə iqtisadiyyatını, həqiqətən, çiçəkləndirə bilər. Amma təəssüflər olsun ki, düzgün yerinə yetirilmədi və onun icrasında pozuntular baş verdi”.

İnqilabın Rəhbəri dedi ki, nəzarət və xidmət sistemləri dövlət qurumlarının fəaliyyəti və korrupsiya ilə mübarizəyə nəzarət sahəsindəki ayıqlığı artırmaq üçün yaxşı vasitələrdir: “Dəfələrlə tövsiyə etmişəm ki, bu sistemləri hazırlayıb birləşdirin. Lakin buna əməl edilməyib”.

İnqilabın rəhbərinin növbəti tövsiyəsi çox mühüm əhəmiyyət daşıyan xalqın etimad və ümidinin dirçəldilməsi məsələsi ilə bağlı oldu.

Həzrət Ayətullah Xamenei dedi: “Xalqın etimadı hökumətin ən böyük sərmayəsidir. Təəssüflər olsun ki, o qədər xəsarət alıb ki, onun bərpası üçün məsul şəxslərin sözü və əməlinin bir olması lazımdır”.

O əlavə etdi: “Danışarkən və vəd verərkən çox diqqətli olmaq lazımdır. Əgər vəd verildisə, ona mütləq əməl edilməlidir. Çünki vəd verib ona əməl etməmək xalqın etimadının itməsinə səbəb olur”.

İslam İnqilabının Rəhbəri prezidentin ötən gün Əhvaza səfəri zamanı verdiyi sözlərə və göstərişlərə işarə edərək dedi: “Bu sözlərin gerçəkləşməsi üçün diqqətli olmaq lazımdır”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Əgər vədlər verdinizsə və müəyyən problemlər səbəbindən həmin vədləri yerinə yetirmək mümkün olmadısa, bunu xalqa izah edin və onlardan üzr istəyin ki, xlaqın etimadı zədələnməsin”.

O, qanunların, layihələrin və proqramların çoxluğuna işarə edərək dedi: “Ölkənin problemlərindən biri ciddi nəzarətin olmamasıdır. Buna görə də vədlər üçün gün təyin edilməlidir ki, həmin vəd verilən məsələ verilən vaxta qədər həyata keçirilsin”.

İnqilabın Rəhbəri qeyd etdi ki, hökumətin möhkəmliyi, birliyi, iqtidarı və ayıqlığı digər mühüm məsələlərdəndir: “Hökumətin möhkəmliyi deyilərkən hökumətin daxilindən fərqli səslərin çıxmaması və əməldə də bütün qurumların möhkəm şəkildə addım atması nəzərdə tutulur. Çünki hökumətdə iqtidarın, hər hansı möhkəmlik və birliyin olmaması işlərin bir kənara qoyulması təəssüratını xalqa təlqin edir, dövlət proqramları və siyasətlərinin inkişafına mane olur”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, ayıqlıq deyilərkən dövlətin müxtəlif sahələri ilə bağlı dəqiq məlumatın olması nəzərdə tutulur. O, cənab Rəisinin icraedici qüvvədə dəyişiklik yaradılması ilə bağlı proqramlarına işarə edərək dedi: “Dəyişiklik və inkişafa doğru hərəkət üçün qanunun aliliyi, şəffaflıq, maliyyə nizam-intizamı, mənafe toqquşmalarının qarşısının alınması, qərarlar və qanunların həyata keçirilməsində ciddiyyətin olması lazımdır”.

O, hökumətin gəncləşdirilməsinin dəyişiklik üçün lazım olan şərtlərdən olduğunu dedi: “Hökumətin əsas gövdəsi və orta sahələrində gəncələşmə ölkədə maneçilik hissinin ortadan qalxmasına səbəb olacaq, habelə əsas və təcrübəli rəhbərlər üçün qiymətli bir ehtiyat olacaqdır”.

İnqilabın Rəhbəri bildirdi ki, dəyişmə sahəsində ən mühüm nüanslardan biri kollektiv ağıl və və rasionallıqdan istifadədir: “Dəyişmə məsələsində heç bir siyasi və cinah məsələləri nəzərə almadan hökumətdən xaric elitanın görüşlərindən isitfadə etmək lazımdır”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Bu tövsiyələr əməli proqrama çevrilməlidir ki, dəyişmə mümkün olsun. Əks təqdirdə, sırf nəsihət və qeyd aparılması ilə kifayətlənmənin heç bir faydası yoxdur”.

İnqilabın Rəhbəri daha sonra ölkənin iş prioritetlərini qeyd edərək dedi: “Ölkənin ən mühüm prioriteti əvvəlcə iqtisadiyyatdır. Ondan sonra mədəniyyət, media və elm gəlir. Təbii ki, təxirəsalınmaz bir məsələ də var ki, o da korona və xalqın sağlamlığıdır”.

O, keçən hökumətin sağlamlıq sahəsində göstərdiyi yaxşı fəaliyyətlərə, o cümlədən vaksin, onun idxalı, müalicə ilə bağlı məsələlər, profilaktika, nəzarət, xəstələrin müəyyən edilməsi testləri, ümumi vaksinasiya kimi çox mühüm məsələlərə işarə edərək dedi: “Zəruri məsələlərdən biri ağıllı karantin, sərhədlərlə bağlı sahəyə ciddi nəzarət, yeni xəstəlik növlərinin daxil olmasının qarşısının alınmasıdır”.

İslam İnqilabının Rəhbəri korona xəstəliyi ilə mübarizədə xalqın üzərinə düşən vəzifələrə işarə edərək dedi: “Xalq dörd vəzifəyə, yəni maska taxmaq, sosial məsafəyə riayət etmək, havalandırma və hava dövriyyəsinə, əllərin sabunla yuyulması qaydalarına əməl etməlidir. Bu cəhətlərə riayət edilməsi hal-hazırda mövcud olan ağır tələfatların azalmasında mütləq rol oynayacaqdır”.

Həzrət Ayətullah Xamenei ölkənin əsas prioritetlərindən biri olan iqtisadiyyatdan danışrkən yüksək inflyasiya, büdcə kəsri, əhalinin məişət problemləri, milli valyutanın qiymətinin azalması, əhalinin alıcılıq gücünün azalması, biznes mühiti və bank sistemi ilə bağlı problemlərin mühüm iqtisadi problemlərdən olduğunu dedi: “Bu problemlərin hər birini həll etmək üçün proqram işləyib hazırlanmalıdır. Növbəti mərhələdə hökumətin iqtisadi işlər üzrə məsul şəxsləri birlikdə əməl etməlidir. Qeyd olunan koordinasiya dövlətin möhkəmliyi və birliyinin nümunələrindən biridir”.

O dedi: “Cənab prezidentin birinci müavini ölkə iqtisadiyyatının koordinasiya məsələləri üzrə rəhbər təyin etməsi çox mühüm bir işdir. Bunun çox yaxşı şəkildə reallaşacağına ümid var. Ancaq fikir ayrılığı yaransa, bunu xalqın içərisinə çəkmək olmaz. Çünki bu, iqtisadi mühitə öz təsirini göstərəcəkdir”.

İslam İnqilabının Rəhbəri iqtisadi hərəkətvericilərə və onların mənzil, polad sənayesi, maşınqayırma, enerji sahələri və neftkimya sahəsini hərəkətə gətirməsinə diqqətin çox zəruri olduğunu dedi və bu sahələrin rəhbərlərinin qarşılıqlı əlaqəsinin zəruruiliyini vurğuladı.

Həzrət Ayətullah Xamenei bank sisteminin pul yaradılması və likvidikliyin yaradılmasına nəzarət məsələsinə işarə edərək dedi: “İqtisadi ekspertlər hesab edirlər ki, pul yaradılması istehsala nisbətdə həyata keçirilməlidir. Əgər bu nisbət olmasa, pul yaradılmasının qarşısı alınar. Əgər bu sahədə düzgün addım atılsa, infilyasiyanın qarşısı alınar, istehal və məşğulluq artar və milli valyuta güclənər”.

O, iqtisaidyyat sahəsində əzmkarlıq, tədbir və mücahid işinin vacibliyini vurğulayaraq iki mühüm nüansı qeyd etdi: “1. İqtisadi problemləri həll etmək üçün müvəqqəti və sakitləşdirici həll yolları axtarmayın, əsaslı həll yolları axtarın; 2. İqtisadi problemlərin həllini sanksiyaların aradan qaldırılması ilə şərtləndirməyin. Problemləri həll etmək üçün hazırladığınız proqramları sanksiyaların mövcudluğu ilə nəzərdə tutun”.

İslam İnqilabının Rəhbəri çıxışının davamında mədəniyyət və media məsəsləsinin əhəmiyyətini vurğulayaraq ölkənin mədəni strukturunun müxtəlif formalara malik olduğunu və inqilabi yenidənqurmaya ehtiyac olduğunu dedi: “İnqilabi hərəkət deyilərkən ölçülüb-biçilməmiş yox, fundamental, ağıllı, rasional, fikir və düşüncədən qaynaqlanan hərəkət nəzərdə tutulur”.

Həzrət Ayətullah Xamenei mədəniyyətin infrastruktur və proqram təminatı roluna işarə edərək bildirdi ki, israf, kor-koranə təqlid və dəbdəbəli həyat tərzi kimi bir çox səhvlərin mədəni köklərdən qaynaqlandığını dedi və vurğuladı ki, bu yalnışları düzəltmək üçün mədəni vasitələrdən isitfadə zəruridir: “Kino, tele-radio şirkətləri, mətbuat və kitab kimi mədəni və incəsənət vasitələrini, həqiqətən, çiçəkləndirin”.

O, həvəskar gənclər ordusunun mədəniyyət sahəsinə üz tutmasından məmnunluğunu ifadə edərək dövlətin mədəni sahələrinin bu gəncləri və onların irəli sürdükləri layihələri ağıllı şəkildə himayə etməsi vəzifəsi daşıdığını dedi: “Gənc istedadları kəşf edin, onların azadlıqlarını qanun çərçivəsində təmin edin. Təbii ki, mədəni sahədə fəsadla və əxlaq pozuntusu ilə də heç bir güzəştə getmədən mübarizə aparın”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Düşmənin yumşaq müharibəsinə qarşı müqavimət göstərilməsinin əsas yolu mədəniyyət sahəsində düzgün hərəkətlərin dəstəklənməsi və onların həvəsləndirilməsi, yanlış hərəkətlərin qarşısında dayanmaqdır. Çünki mədəniyyət və media sahəsi doğru ilə yanlışın, haqq ilə batilin mübarizə meydanı, dünyada fəsadı yayanlara qarşı mədəni müharibə cəbhəsidir”.

Həzrət Ayətullah Xamenei çıxışının başqa bir yerində mühüm və böyük təsirə malik olan xarici siyasətdən danışaraq xarici siyasətdə hərəkətliliyin bir neçə dəfə artırılmasının zəruriliyini vurğuladı: “Diplomatiyada iqtisadi yön gücləndirilməlidir. Bir çox ölkələrdə prezident şəxsən özü iqtisadi diplomatiyanı izlədiyi üçün ölkənin iqtisadi diplomatiyasını bu aspektdən gücləndirmək lazımdır”.

O, 15 qonşu ölkə ilə, habelə bir-iki ölkə istisna olmaqla digər dünya ölkələri ilə xarici ticarətin inkişaf etdirilməsinin zəruri və mümkün olduğunu dedi: “Diplomatiyanı nüvə problemi ilə şərtləndirməyin. Çünki nüvə problemi ayrıca bir mövzudur, ölkəyə layiqli və münasib şəkildə həll edilməlidir”.

İnqilabın Rəhbəri əlavə etdi: “Amerikalılar nüvə məsələsində, həqiqətən, ədəbsizlikdə həddi aşıblar. Hər kəsin gözləri önündə HBFP-dan çıxdıqları halda, indi elə söhbət edib tələblər irəli sürürlər ki, guya İslam Respublikası HBFP-dan çıxıb öhdəliklərindən boyun qaçırıb. Halbuki ABŞ xaric olduqdan uzun müddət sonra İran tərəfindən heç bir addım atılmadı. Bir müddət keçdikdən, elan edilib diqqətlərə çatdırıldıqdan sonra hamısı yox, bəzi öhdəliklər kənara qoyuldu”.

O qeyd etdi ki, əhd sındırmaqda və əxlaqsızlıqda ABŞ-la birlikdə hərəkət edən Avropa ölkələrinin əxlaqsızlıqları amerikalılarınkından az deyil: “Onlar da ABŞ kimidirlər. Ancaq danışığa gələndə tələbkar kimi danışırlar. Guya danışıqları uzun müddət İran məsxərəyə qoyub ayaqlar altına atıb”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Hazırki ABŞ hökumətinin əvvəlki ilə heç bir fərqi yoxdur. Çünki nüvə məsələsində İrandan tələb etdikləri başqa bir ifadə ilə Trampın tələb etdiyinin eynisidir. O vaxt hökumət rəsmiləri onun qeyri-rasional olduğunu əsas gətirərək qəbul edilməsinin mümkün olmadığını demişdilər”.

İnqilabın Rəhbəri bildirdi ki, amerikalılar diplomatiya səhnəsinin, təbəssümün və haqlı görünən danışıqların arxasında gizlənən vəhşi və yırtıcı canavardırlar: “Bəzən də tülkü kimi hiyləgərdirlər. Bunun ən bariz nümunəsi Əfqanıstanın bu günkü vəziyyətidir”.

Həzrət Ayətullah Xamenei Əfqanıstanın eyni dil, eyni din və mədəniyyətə malik qardaş bir ölkə olduğunu dedi və əhalinin mövcud problemlərindən, o cümlədən Kabil aeraportunda baş verən hadisədən dərin təəssüf hissi keçirdiyini dedi: “Bu problem və çətinliklər 20 il ölkənin işğal etmiş və oranın əhalisinə müxtəlif zülmlər etmiş amerikalıların işidir”.

İnqilabın Rəhbəri dedi ki, toy və yas mərasimlərinin bombardman edilməsi, gənclərin qətlə yetirilməsi, əhalinin çoxunun səbəbsiz yerə həbs edilməsi, onlarla dəfə çox narkotik maddə istehsalı amerikalıların Əfqanıstanda olmasının mənfi təsirlərinin bir hissəsidir: “ABŞ Əfqanıstanın inkişafı üçün bir addım da atmadı. İndiki Əfqanıstan mədəni inkişaf və bərpa cəhətdən 20 il bundan əvvəlki vaxtdakından geri olmasa da, qabaq deyil”.

O, amerikalılar biabırçı vəziyyətdə çıxmasına və əfqanıstanlı həmkarlarını Əfqanıstandan daha pis vəziyyətdə olan regionlara köçürməsinə işarə edərək İran İslam Respublikasının mövqeyindən danışdı: “Biz Əfqanıstan xalqının tərəfindəyik. Çünki hökumətlər keçmişdəki kimi gəlib gedirlər. Ancaq Əfqanıstan xalqı qalır. İranın hökumətlərlə münasibəti onların İrana olan münasibətləri ilə şərtlənir. Allahdan Əfqanıstan xalqına xeyir və bu vəziyyətdən xilas olmağı diləyirik”.

Həzrət Ayətullah Xamenei çıxışının sonunda İran xalqı və yeni hökumətin uğuru üçün dua etdi: “Ümidvarıq ki, dediklərinizə əməl etməklə xalqı problemlərdən xilas edəcək və onları özünüzdən razı salacaqsınız”.

İslam İnqilabının Rəhbərindən əvəvl çıxış edən prezident təklif edilən nazirlərin səlahiyyətlərinin araşdırılması məsələsində hökumətlə əməkdaşlıq etdiyinə görə İslami Şura Məclisinə təşəkkürünü bildirərək korona ilə məşğul olmağın, iqitsadi və məişət problemlərinin həllinin on üçüncü hökumətin prioritetlərindən olduğunu dedi.

Höccətül-İslam vəl-müslimin Rəisi ümumi vaksinasiyanın sürətləndirilməsi, xalqın ehtiyac duyulan dərmanla təmin edilməsinin hökumətin mühüm proqramı olduğunu dedi və dövlətin iqtisadi problemlərinin çoxluğuna, o cümlədən büdcə kəsrinin çox yüksək olmasına işarə edərək dedi: “İnflyasiya probleminin həlli və ehtiyac duyulan əsas məhsulların təmin edilməsi ölkənin iqtisadi problemlər sahəsindəki iki digər prioritetidir”.

Prezident keçmiş hökumətlərin təcrübəsinə işarə edərək əvvəlki hökumətlərin zəif cəhətlərinin öyrənilməsi və onlardan ibrət götürülməsinin zəruriliyini, o cümlədən yadlara meyllənmədən çəkinmənin vacibliyini, habelə əvvəlki hökumətlərin müsbət və mənfi təcrübələrindən isitfadə edilməsinin vacibliyini vurğuladı.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /