Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Sizin çempionluq mesajınız mümkün görünməyən işlərin mümkünlüyü mesajıdır

İslam İnqilabının Ali Rəhbəri bu gün (şənbə) səhər Tokio olimpiya və paraolimpiya oyunlarının medalçıları ilə görüşdə ölkəmizin qəhərmanlarına səmimi qəlbdən təşəkkür etdi: “Beynəlxalq arenalarda ölkəyə başıucalıq gətirən idmançıların ən mühüm çempionluq mesajı üzdə mümkün görünməyən işlərin mümkün ola biləcəyi mesajı, əzmkalıq, ümid və sevincin cəmiyyətə və gənclərə ötürülməsidir”.

Həzrət Ayətullah Xamenei bu mesajın cəmiyyət üçün çox mühüm bir töhfə olduğunu dedi: “Halbuki bir çox qurumlar cəmiyyəti, xüsusilə gəncləri ümiddən və sevincdən məhrum etmək üçün proqram hazırlamaqla məşğuldur. İranlı idmançıların qəhrəmanlığı ümid mesajını bütün cəmiyyətə inyeksiya etdi və bu məsələ çox qiymətlidir”.

O, idmançıların qələbəsindən sonra özünün səsləndirdiyi kiçik təşəkkür mesajlarına işarə edərək dedi: “Bilin ki, bu mesajlar qəlbimin dərinliklərindən gəlir, biz sizin gördüyünüz işin əhəmiyyətini və qədrini bilirik”.

İnqilabın Rəhbəri bəzi məhdudiyyətlərin olmasına baxmayaraq, idmançıların göstərdikləri qəhərmanlığa işarə edərək dedi: “Bu məhdudiyyətlərin olmasına baxmayaraq, dövlətin bayrağının yüksəklərə qaldırılması və beynəlxalq kürsülərin fəth edilməsi güclü iradə və möhkəm əzmkarlıqdan xəbər verir. Bu əzm, iradə, qəhrəmanlıq və ümidverici hərəkətlər təkcə idmanda yox, elm, texnologiya, incəsənət və ədəbiyyat sahəsində də mövcuddur. Məsul şəxslərin mühüm vəzifələrindən biri bu başıucalıq gətirən addımları səmimi və dürüst şəkildə təqdim etməkdir”.

O, çıxışının davamında beynəlxalq idman yarışlarında mövcud olan qeyri-sağlam çempionluq və mükafatlandırılma hallarına işarə edərək dedi: “Hakimlərin qərəzli qərarları, rüşvət, siyasi oyunlar və gücləndirici maddələrədən istifadənin olması ilə yanaşı, vətənini və özünü sataraq medal qazanmaq da qeyri-sağlam qəhrəmanlıq nümunələrindəndir”.

Həzrət Ayətullah Xamenei çempionluqla yanaşı, insani, dini və mənəvi dəyərlərin təzahür etməsinin çox mühüm əhəmiyyət daşıdığını dedi. O, daha sonra olimpiya və paraolimpiya yarışlarında bu halların diqqət çəkən nümunələrinə işarə edərək dedi: “İdman karvanının adının şəhidlərin, xüsusilə şəhid Süleymaninin adı ilə adlandırılması, bir neçə qəhərmanın öz medalını xüsusi şəhidlərə hədiyyə etməsi, fədakarlıq və müqavimət rəmzi sayılan çəfihdən istifadə və üzərinə səcdə edilməsi, hicaba və örtüyə riayət edilməsi, xüsusilə karvanın bayraqla hərəkəti zamanı çadradan istifadə, İran bayrağına qarşı göstərilən sevgi və məhəbbət, namaz səhnələri, məğlub olmuş rəqibi qucaqlamaq, paraolimpiya voleybol komandasının şəhid Babayinin anasına göstərdiyi hörmət səhnəsi İslam dəyərlərinin nümayişi və İranın milli kimliyinin tanıtdırılmasıdır”.

O vurğuladı: “İranın idmançı xanımları bu yarışlarda sübut etdilər ki, İslam hicabı idman səhnəsində parlamaq üçün maneə deyil. Eyni şəkildə bunu siyasət, elm və idarəetmə sahələrində də sübut ediblər”.

İslam İnqilabının Rəhbəri dedi: “İranın qadın idmançılarının hicabı yolu İslam ölkələrinin idmançı qadınları üçün də hamarlaşdırmışdır. Belə ki, ondan artıq İslam ölkəsinin idmançı qadınları hal-hazırda hicaba riayət edərək idman meydanlarına çıxırılar”.

Həzrət Ayətullah Xamenei idman meydanlarında cinayətkar sionist rejimin rəsmi şəkildə tanınmamasının çox mühüm bir məsələ olduğunu bildirdi: “Qaniçən, genosidçi və qeyri-qanuni sionist rejim çalışır ki, beynəlxalq idman arenalarına çıxmaqla qanunilik qazanmağa çalışır. Dünya imperialistləri də ona kömək edir. Amma möhtərəm idman məsulları və idmançılar heç bir vəchlə bu məsələdə passiv olmamalıdırlar”.

O, sionist rejim və onun himayədarlarının idmançıları diskalifikasiya etmək üçün atdıqları əks addımlara işarə edərək dedi: “İdman və xarici işlər nazirlikləri, habelə hüquqların müdafiəsi qurumları bu məsələni hüquqi yollarla izləməli, ölkə idmançılarının, hətta digər ölkələrin müsəlman idmançılarının, o cümlədən son dövrlərdə diskalifikasiya edilmiş əlcəzairli idmançının hüquqlarını müdafiə etməlidirlər”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, İranın məğrur idmançısı bir medaldan ötürü cinayətkar rejimin nümayəndəsi ilə əl görüşə və əməli şəkildə onu rəsmən tanıya bilməz: “Bu məsələnin keçmişi var. Keçmişdə də dövlətlərin idmançıları Cənubi Afrikanın aparteid rejiminin nümayəndələri ilə yarışmaqdan imtina etmiş, bir müddətdən sonra da adıçəkilən rejim dağılıb məhv olmuşdur. Sionist rejim də məhv olacaq”.

Həzrət Ayətullah Xamenei idman məsullarına bir neçə tövsiyə də verdi.

Beynəlxalq idmanın keyfiyyətinin yaxşılaşdırılması, medal gətirən idman sahələrində idmançı transferinə əhəmiyyət verilməsi, olimpiya yarışlarında İranın mövqeyini daha da artırmaq üçün proqram hazırlanması, olimpiadada bir iranlı geyim loqotipinin parlamasının yüksək qiymətləndirilməsi, daxildə idman təchizatları istehsalçılarına dəstək verilməsi, İranın çövkan oyunu kimi ənənəvi idman növlərinə daha çox diqqət ayrılması, xarici turistlərin diqqətini cəlb etmək üçün bu mövqedən isitfadə, mümkün olduğu qədər iranlı trenerlərdən istifadə, qəhərmanların iş və məişət problemləri ilə ciddi məşğul olmaq, idman ədalətinin daha da yaxşılaşdırılması İnqilabın Rəhbərinin ölkənin idman məsullarına verdiyi tövsiyələrdən oldu.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən gənclər və idman naziri cənab Səccadi İranın olimpiya və paraolimpiya yarışlarına ezam edilmiş karvanı, qazanılmış medallar və ölkəmizin bu yarışlarda tutduğu yer haqqında məlumat verdi. Nizə atmaq üzrə paraolimpiya çempionu xanım Haşimə Müttəqiyan, ox atmaq üzrə paraolimpiya çempionu cənab Cavad Füruği çempionlara dəstək verilməsi, idman sahəsində mədəni fəaliyyətlərin inkişaf etdirilməsi və regionlar üzrə idman çempionatlarının lokallaşdırılması ilə bağlı təkliflər verdilər.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /