Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Ukrayna böhranı ABŞ-ın mafioz rejiminin siyasətlərindən qaynaqlanır

Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) səhər mübarək “Məbəs” bayramı münasibətilə çıxış edərkən qeyd etdi ki, İslam dini və Peyğəmbərin (s) göndərilməsinin bəşəriyyətə ən mühüm hədiyyəsi cahiliyyətlə mübarizə istiqamətində təfəkkür və rasionallığa, nəfsi təmizləmə və əxlaqi məzmunlara dəvətdir. O, Qərbdə modern cahiliyyətin geniş və mütəşəkkil şəkildə formalaşmasına işarə edərək dedi: “Bu gün modern cahiliyyətin kamil və aşkar nümunəsi ABŞ-ın, əsasən, böhran yaradan və böhran yaşayan mafioz rejimidir”.

İslam İnqilabının Rəhbəri Ukraynada baş verən hadisələrə və bu hadisələrin ibrətlik dərslərinə işarə edərək bu faktın ABŞ-ın böhrançı siyasətinin aşkar bir nümunəsi olduğunu dedi: “Qərblilərin ikili mövqelərindən fərqli olaraq İran İslam Respublikasının sabit mövqeyi hər zaman dünyanın bütün regionlarında müharibə və dağıdıcılığa qarşı olmuşdur. Ukrayna böhranının çarəsi və bu barədə hökm verilməsi onun həqiqi köklərinin öyrənilməsi ilə şərtlənir”.

Həzrət Ayətullah Xamenei İran xalqını və bütün dünya müsəlmanlarını mübarək “Məbəs” bayramı münasibətilə təbrik edərək rasionallığın inkişaf etdirilməsi və əxlaqi məzmunların aşılanması və yayılmasının islami dəyərlər silsiləsinin iki üstün komponenti olduğunu qeyd edərək bildirdi ki, bu iki ali dəyər İslam və besətin (Sonuncu peyğəmbərin peyğəmbərliyə seçilməsi) bəşəriyyətə ən böyük hədiyyəsidir: “İslam Peyğəmbərinin (s) peyğəmbərliyə seçilməsi ilə Ərəbistan yarımadasının əhalisi cahiliyyət, azğınlıq, nadanlıq, böyük fitnələr, kor-koranə təəssübkeşliklər, zorakılıq və idankarlıq, təkəbbür və haqqı qəbul etməmək, əxlaqi çirkinliklər və cinsi anormallıqlar içərisində itib batan bir xalqdan vahid, fədakar, fəzilətli, ən üstün dəyərlərə malik bir xalqa çevrildi”.

O vurğuladı ki, İslam və Besət üzdə qeyri-mümkün görünən bu işin gerçəkləşməsinə zəmin yaratdı: “Besətin ən mühüm dərsi budur ki, əgər insanların iradəsi Allahın iradəsinin ierarxiyasında qərarlaşsa, insanların hesablamalarına əsasən, həyata keçməsi mümkün görünməyən məqsədlər və işlər reallaşar”.

İslam İnqilabının Rəhbəri İranda monarxiyanın kökünün kəsilməsi və İslam dövlətinin formalaşmasının peyğəmbərlik təcrübəsinin təkrarlanmasının bir nümunəsi olduğunu dedi: “Böyük İmamın xalisanə rəhbərliyi və İran xalqının qətiyyəti üzdə mümkün görünməyən bir işin gerçəkləşməsinə və bütün dünya güclərinin himayə etdiyi zülmkar bir monarxiyanın məhv olmasına və İslam İnqilabının İran xalqına əzəmət bəxş etməsinə səbəb oldu”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, peyğəmbərlik hərəkatının zirvə nöqtəsi İslam hökuməti təşkil etməkdir: “Dinin siyasətdən və hökumətdən ayrı olduğunu iddia edən bir qrup insanın düşüncələrindən fərqli olaraq dövlət qurmaq peyğəmbərlik hərəkatının ən həyəcanverici hissəsidir. İslam Peyğəmbəri (s) dövlət yaratmaqla kifayətlənməyib, ondan sonra düşmənlərlə hərtərəfli mübarizəyə qalxdı”.

İslam Peyğəmbərinin (s) peyğəmbərlik fəaliyyəti çərçivəsindəki ən mühüm istiqamətinin cahiliyyətlə mübarizə olduğunu deyən Ali Rəhbər bu cahiliyyətin müxtəlif yönlərinə işarə edərək dedi: “Bu gün İslamdan əvvəlki cahiliyyətin eyni yönləri hərislik və tamah üzərində qurulmuş “Sivil Qərb” dünyasında geniş miqyasda və mütəşəkkil şəkildə mövcuddur”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Hərislik, tamah, pul, ayrıseçkilik, insanları öldürmək üçün elm və texnologiyadan istifadə, zəif dövlətlərin qarət edilməsi, ifrat əxlaqi pozğunluq, cinsi hərc-mərclik Qərb mədəniyyətinin əsas sütunlarıdır. Bunlar, əslində,  İslamdan əvvəlki cahiliyyətin modernləşmiş formasıdır”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, modern cahiliyyətlə mübarizə aparmaq üçün besət dərslərindən istifadə edilməsi zəruridir: “Dini inancın gücləndirilməsi, bütün dünyada mömin və müqavimətçi qruplara vüsət verilməsi, İslam dövlətinin gücləndirilməsi və möhkəmləndirilməsi, müdrik və hikmətli proqram, modern cahiliyyətin xüsusiyyətlərinin geniş şəkildə öyrənilməsi bu cahiliyyətlə mübarizə aparılmasına zəmin yaradan amillərdir”.

O vurğuladı ki, İslam dövləti modern cahiliyyətlə mübarizə aparmaq üçün bir nümunədir: “İslam dövləti hələ yolun yarısında olmasına, böyük hədəflərdən hələ çox uzaqda olmasına baxmayaraq, müsəlmanlar və dünya əhalisi üçün cəlbedici bir modeldir”.

İslam İnqilabının Rəhbəri ölkələrin birində polisin Sərdar Süleymaninin şəklinə qarşı hörmətsizlik etməsi nəticəsində xalqın ayağa qalxması və polisin üzr istəmək məcburiyyətində qalması hadisəsinə işarə edərək dedi: “Bu fakt göstərir ki, İslam İnqilabının hələ yolun yarısında olan nümunəsi cazibədardır. Əgər yol yaxşı şəkildə davam etdirilsə, işlər qətiyyətli şəkildə yerinə yetirilsə, mütləq çox cəlbedici bir nümunə meydana çıxacaqdır”.

Həzrət Ayətullah Xamenei müasir dünyanın modern cahiliyyətinin ən kamil və aşkar nümunəsinin ABŞ rejimi olduğunu dedi və vurğuladı ki, böhran yaratmaq ABŞ-a xas olan əsas xüsusiyyətlərdəndir: “ABŞ böhran yaradan və böhran içərisində yaşayan bir mafioz rejimdir. Bu rejimin daxilindəki siyasi, iqtisadi və silah istehsal edən mafioz şəbəkələr dünyada böhran yaymaqla qidalanır və qazanc əldə edirlər”.

O, mafioz şəbəkələrin ABŞ-ın siyasətlərinin yönləndirilməsi və kontrol edilməsindəki effektiv roluna işarə edərək dedi: “Hətta ABŞ prezidentlərinin də dövlət başına gətirilməsi və vəzifədən kənarlaşdırılmasına tam nəzarət edən bu mafiyaların öz mövcudluqlarını qorumaları üçün dünyanın ayrı-ayrı regionlarında böhran və böhran mərkəzlərini yaratmağa ehtiyacları var”.

İnqilabın Rəhbəri keçən illər ərzində yaradılmış İŞİD kimi böhranların ABŞ-ın mafioz rejiminin böhran yaradan fəaliyyətlərindən olduğunu dedi: “Özlərinin də yaratdıqlarını etiraf etdikləri təlim görmüş itləri olan İŞİD hər kəsin gözü önündə günahsız insanların başını kəsir, diri-diri yandırır və ya su da boğurdular ki, ABŞ-ın silah düzəldən zavodları bu böhranlardan maksimum dərəcədə isitfadə etsin”.

Həzrət Ayətullah Xamenei Ukrayna böhranının da ABŞ-ın siyasətlərinin nəticəsi olduğunu dedi: “Bu gün Ukrayna ABŞ-ın böhran yaradan siyasətinin qurbanıdır. Çünki ABŞ Ukraynanın daxili məsələlərinə müdaxilə etməklə, icmalar, məxməri və rəngli çevrilişlər yaratmaqla, ABŞ senatorları etirazçı birliklərdə yer almaqla, hökumətləri dəyişməklə Ukrayna bu nöqtəyə gəldi”.

O, İran İslam Respulikasının müharibə əleyhinə olan sabit mövqeyini vurğulayaraq dedi: “Biz müharibəyə, insanların qətlə yetirilməsinə, dünyanın bütün yerlərində xalqlara məxsus olan infrastrukturların dağıdılmasına qarşıyıq. Bu, İslam Respublikasının sabit və dəyişməz sözüdür. Bizim siyasətimiz qərblilərin siyasətləri kimi ikili deyil. Onlar Əqfanıstanda toy kartejinin üzərinə bombalar yağdırılmasını, İraq xalqının qətlə yetirilməsini terrorizmlə mübarizə adlandırırlar”.

Həzrət Ayətullah Xamenei ABŞ-ın böhran yaradan fəaliyyətlərindən bir neçəsinə işarə edərək dedi: “ABŞ Suriyanın şərqində nə edir? Nə üçün Suriya neftini oğurlayır? Nə üçün Əfqanıstanda xalqın milli sərvətini qəsb edib talayır? Nə üçün Qərbi-Asiyada sionistlərin gecə-gündüz bilmədən törətdikləri cinayətləri müdafiə edir və bütün bu böhranları insan hüqulqarının müdafiəsi adı altında həyata keçirir?”

O, Yəmən xlqına qarşı törədilən cinayətin Qərbin və ABŞ-ın ziddiyyətli davranışının bir nümunəsi olduğunu dedi: “Səkkiz ildir ki, Yəmən xalqının başına bombalar yağdırılır. Ancaq qərblilər bunu qınamamaqla yanaşı, xalqa qarşı törədilən cinayətləri media və təbliğat vasitələri ilə himayə edir, sözdə dəstək verməklə kifayətlənməyib, hətta əməldə də dəstək verirlər”.

İslam İnqilabının Rəhbəri Ukraynada müharibənin dayandırılması və sona çatırılmasının tərəfdarı olduqlarını dedi: “Çarə bir halda mümkündür ki, onun kökləri müəyyən edilsin. Ukarinadakı böhranıın kökləri ABŞ və Qərbin siyasətlərindən qaynaqlanır. Bu köklər öyrənilib müəyyən edilməli və onun əsasında hökm çıxarıb addım atılmalıdır”.

Həzrət Ayətullah Xamenei Ukrayna hadisələrindən alınacaq mühüm ibrət dərslərinə işarə edərək dedi: “Bütün dövlətlərin götürməli olduqları birinci ibrət budur ki, Qərb dövlətlərinin kuklası olan dövlətlər və hökumətlər bir ilğımdır və heç bir həqiqəti yoxdur”.

O qeyd etdi ki, bu günün Ukraynası və dünənin Əfqanıstanı ABŞ və Avropaya arxalanan dövlətlər üçün iki canlı şahiddir: “Həm Ukraynanın prezidenti, həm də Əfqanıstanın qaçmış prezidenti dedilər ki, biz ABŞ-a və Qərb dövlətlərinə güvəndik, ancaq onlar bizi tək qoydular”.

İnqilabın Rəhbəri bildirdi ki, xalqın dövlətlərin ən böyük dayağı olması ikinci mühüm ibrətdir: “Əgər Ukraynada xalq küçələrə axışsaydı, hökumətin vəziyyəti belə olmazdı. Ancaq xalq hökuməti qəbul etmədiyi üçün meydana atılmadı. ABŞ Səddamın zamanında İraqa hücum edəndə də xalq küçələrə tökülməmişdi. Ancaq məhz elə həmin xalq İŞİD-in hücumu zamanı küçələrə axışdı və bu böyük təhlükəni əzərək İŞİD-i geri qovdu”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, xalq dövlətlərin müstəqilliyinin əsas faktorudur. O, İran xalqının bütün dünya güclərinin dəstəyinə arxalanan düşmən BƏƏS üzərindəki şirin qələbəsinə işarə edərək dedi: “Açıq göz, düzgün düşüncə və əməl vasitəsilə böyük ibrətlərdən faydalanmaq olar”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /