Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Cəbhələşmələri tanımaq və düzgün mövqe seçmək lazımdır

Həzrət Ayətullah Xamenei Avropadakı Müsəlman Tələbə Təşkilatları Alyansının əlli altıncı qurultayına ünvanladığı müraciətdə son günlərdə baş verən siyasi və hərbi hadisələrə işarə edərək cəbhələşmələrin tanınması, düzgün mövqe seçilməsi, proseslərdə haqq cəbhəsinin xeyrinə həlledici rol oynamaq üçün hazırlıqlı olmanın vacibliyini vurğuladı.

İslam İnqilabının Rəhbərinin müraicətinin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Əziz gənclər!

Bu günlərdə baş verən siyasi və hərbi proseslər dünyanın güman edilən tarixi dönüşünün bir hissəsini təşkil edir. Bu mərhələdə böyük xalqımızın elitası və seçkin nümayəndələrinin üzərinə xüsusi vəzifələr düşür. Cəbhələşmələri və düzülüşləri tanınmaq, habelə düzgün mövqe seçmək qısamüddətli vəzifə, proseslərdə haqq cəbhəsinin xeyrinə həlledici rol oynamaq üçün hazırlıqlı olmaq ortamüddətli vəzifədir.

Siz əziz gənclər hər iki sahədə özünüzü daha yaxşı göstərə və mübarək İslam adı ilə bəzənən təşkilatlarınıza olan ümidi doğrulda bilərsiniz.

Qüdrətli və həkim olan Allahdan sizə bol müvəffəqiyyətlər diləyirəm.

Seyid Əli Xamenei
11 mart 2022

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /