Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Nəsil artımı üçün çalışmaq və ailəyə dəstək ən zəruri vaciblərdəndir

İslam İnqilabının Rəhbəri əhali və sosial sahə üzrə fəaliyyət göstərən mehriban fəallara ünvanladığı müraciətdə onlara öz təşkkürünü bildirərək nəsil artımı və ölkənin işçi qüvvəsinin gəncləşdirilməsi üçün səy göstərilməsinin, ölkəni əhalinin qocalığı kimi qorxulu gələcəkdən xilas etmək üçün həll yolu axtarılmasının həyat əhəmiyyətli siyasət və ən zəruri vaciblərdən olduğunu dedi.

Bu gün Əhalinin Milli Qərargahının iclasında doktor Forutən tərəfindən oxunan müraciətin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Əhali və cəmiyyət üçün şəfqət və uzaqgörənliklə çalışan insanları salamlayır, ölkəni əhalinin qocalığı kimi qorxulu gələcəkdən xilas etmək üçün çıxış yolu axtaran parlamentarilərə və hökumət işçilərinə təşəkkür edir, bir daha vurğulayıram ki, ölkənin işçi qüvvəsinin gəncləşdirilməsi üçün çalışmaq, ölkəni əhalinin qocalığı kimi qorxulu gələcəkdən xilas etmək üçün çıxış yolu axtarmaq və ailəyə dəstək vermək məsul şəxslərin və ölkə əhalisinin hər bir fərdinin ən zəruri vacib vəzifələrindəndir.

Bu vacib vəzifə nüfuzlu və mədəni şəxslər və mərkəzlər üçün daha böyük məsuliyyət yaradır. Bu, əziz ölkəmizin uzunmüddətli gələcəyi üçün həyati bir siyasətdir. Düzgün elmi araşdırmalar göstərir ki, bu siyasəti ehtimal və ya güman edilən xəsarətlərdən qorunmaqla həyata keçirmək və ölkənin gələcəyi üçün ondan faydalanmaq olar. Bu əbədi və gözəl işin təşkilatçılarına tövsiyəm budur ki, qanuni və bu kimi tədbirlərlə yanaşı, ictimai mühitdə və səhiyyə sistemində kulturizasiyaya əhəmiyyət versinlər.

Hamınıza Allah-taaladan uğurlar diləyirəm.
Seyid Əli Xamenei

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /