Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Musiqilərdə islami, inqilabi və milli mövzular seçilməlidir

Həzrət Ayətullah Xamenei Fəcr Milli və Beynəlxlaq Musiqi Festivalının bağlanış tədbirinə ünvanladığı müraciətdə musiqilərdə daha gözəl şeir, səs və ahənglərin, islami, inqilabi və milli mövzuların seçilməsinin zəruriliyini vurğuladı.

İslam İnqilabının Rəhbərinin bu gün (çərşənbə) günortadan sonra Fəcr Musiqi Festivalının yekun tədbirində oxunan müraciətinin mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Musiqi epistemik və əməli dəyərlərin təbliği istiqamətində qiymətli incəsənət imkanlarından biridir. Xorla oxunan milli və dini musiqilərin bütün dünyada müstəsna təsirə malik olmasının sirri kollektiv şəkildə ifa edilən şeir, səs və ahəngin vəhdətindədir. Allaha həmd olsun ki, iranlı zövqü, stili və istedadı bu sahədə də əziz ölkəmizi liderlər sırasında qərarlaşdıra bilmişdir.

Musiqinin təbliği işinin təşkilatçılarına təşəkkürümü bildirərək onlara qeyd edilən hər üç sahədə ən gözəl nümunələri seçməyi, ziyanlı təqlidlərdən çəkinməyi, habelə islami, inqilabi və milli mövzular seçməyi tövsiyə edirəm.

Allahın salam və rəhməti üzərinizə olsun

Seyid Əli Xamenei
12 iyul 2022

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /