Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Qərbi qəzəbləndirən İslam Respubilkasının nailiyyətləridir

Bu gün (şənbə) səhər İsfahan əhalisinin yüzlərlə nümayəndəsi ilə görüşdə İsfahanın tərifəlayiq elm, iman, incəsənət və cihad şəhəri olduğunu deyən Həzrət Ayətullah Xamenei qeyd etdi ki, günümüzün əsas problemi durğunluq, hərəkətsizlik və mürtəcelik qarşısında inkişafdır: “İmperializm iranofobiyanı daha da gücləndirərək İran xalqı qarşısında tutduğu mövqedə bütün imkanlarını xalqın, xüsusilə gənclərin beyninə ümidsizlik və çıxılmazlıq düşüncəsini yeritmək üçün səfərbər etmişdir. Bu gün hər bir fərdin İransevərliyinin ən mühüm sübutu məyusluq və imidsizlik yaratmaqdan çəkinmək, iş, səy və ümid ruhiyyəsini yaymaqdır”.

İnqilabın Rəhbəri bildirdi ki, iqtisadi problemlərin həlli üçün məsul şəxslər öz səylərini daha da artırması lazımdır: “Son iğtişaşların xalqı səhnəyə gətirməyi bacarmayan əsas rejissorları öz cinayətlərini davam etdirməklə ölkə rəhbərliyini yorub usandırmaq niyyətindədirlər. Amma iğtişaşlar yekunlaşacaq, xalq onlara qarşı günbəgün artan nifrətlə, daha böyük qüvvə və yeni ruhiyyə ilə öz işini, səylərini və inkişafını davam etdirəcək”.

İslam İnqilabının Rəhbəri öz çıxışında imperializm dünyasının İran İslam dövləti ilə olan əsas probleminin təhlilini verərək dedi: “İmperializmin İslam Respublikası ilə əsas problemi budur ki, əgər bu sistem inkişaf edib dünya tərəfindən müşahidə edilsə, Qərb dünyasının liberal demokratiya məntiqi puç olacaq”.

Həzrət Ayətullah Xamenei Qərb dünyasının liberal demokratiya məntiqi ilə ayrı-ayrı ölkələr üzərindəki hegemonluğuna işarə edərək bildirdi: “Son üç əsrdə azadlığın və ya demokratiyanın olmaması bəhanəsi ilə ölkələrin sərvətlərini qarət etdilər, yoxsul Avropa varlı ölkələrin bir çoxunun durğunluğu hesabına varlandı”.

O, qərblilərin azadlıq və demokratiya adı altında ölkələrin azadlığı və demokratiyasına qarşı əl atdıqları hiylədən söz açaraq əlavə etdi: “Əfqanıstan bunun yaxın və bariz bir nümunəsidir. Belə ki, amerikalılar hökumətin qeyri-demokrat olduğunu bəhanə edərək oraya hərbi hücum etdi. Amma 20 illik cinayət və qarətlərdən sonra üzərinə hücum çəkdiyi hökumət dövlət başına gəldi və amerikalılar biabırçı vəziyyətdə Əfqanıstanı tərk etdilər”.

İnqilabın Rəhbəri dedi: “Hal-hazırda İranda bir sistem din və həqiqi demokratiya əsasında xalqa şəxsiyyət bəxş etmiş, ona həyat bəxş etmiş, əsl həqiqətdə Qərbin liberal demokratiya məntiqini puça çıxarmışdır”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bir qrup adam ölkədə Qərb təbliğatlarına əsaslanaraq İslam dövlətində azadlıq və demokratiyanın olmadığını deyir. Halbuki bu sözlərin deyilməsi elə azadlığın göstəricisidir. Siyasi düşüncə baxımından bir-birinə bənzəməyən hökumətlərin dövlət başına keçməsi də xalqın seçim hüququnun və İslam dövlətinin demokratik olduğunu göstərir”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, əgər İslam Respublikası ABŞ və imperializmin qarşısında kompramisə getsəydi, onların quldurluğu və hegemoniyasına boyun əysəydi, onlar təyziqləri azaldacaqdılar, amma ölkəyə ağalıq edəcəkdilər: “Bu illər ərzində İslam Respublikasının qüdrət səsi hər dəfə ucalanda düşmənin İslam dövlətinə hücum çəkmə səyləri daha da artmışdır”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Ölkəmizin bu günkü və əsas problemi inkişaf, durğunluq, hərəkətsizlik və mürtəcelik problemidir. Biz inkişaf etməkdəyik, amma imperialist qüvvələr İran İslam Respublikasının inkişafından narahat olur və qəzəblənirlər”.

O əlavə etdi: “Bu narahatlıq və qəzəb səbəbindən amerikalılar və avropalılar bütün imkanları ilə meydana atılırlar. Ancaq heç bir qələt edə bilməzlər. Necə ki, bundan əvvəl də edə bilməmişdilər. Heç gələcəkdə də edə bilməyəcəklər”.

İslam İnqilabının Rəhbəri İranla imperializmin əsas mübarizə meydanına işarə edərək ABŞ-ın ön xətdə, Avropanın isə onun arxasında dayandığını dedi: “İslam İnqilabının qələbəsindən sonrakı illər ərzində İran xalqını xilas etmək istəyən demokrat Karter, Klinton, Obama, respublikaçı Reyqan, Buş və əvvəlki axmaq prezidentindən tutmuş indiki huşsuz prezidentinə qədər, hamısı İran İslam Respublikasına qarşı mübarizə apardı, bacardıqları hər kəsdən, o cümlədən sionist rejimdən özlərinin quduz və zəncirə vurulmuş itləri kimi, habelə bəzi region dövlətlərindən istifadə etdilər”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bütün bu səylərə baxmayaraq, xalqın düşmənləri ümumilikdə arzularına çata bilmədilər. Təbii ki, sanksiya, nüvə alimlərinin terror edilməsi, müxtəlif siyasi və təhlükəsizlik hiylələrindən istifadə edilməsi, İslam Respublikasına qarşı danışmaq üçün ölkə daxilində bir qrup adama rüşvət verilməsi kimi problemlər yaratdılar, amma İran xalqının hərəkətini dayandıra bilmədilər”.

O vurğuladı: “Belə bir mübarizədə və problemlə qarşı-qarşıya olduğumuz şəraitdə xalqın hər bir fərdinin, ölkə rəhbərlərinin, habelə ziyalıların, elitlərin, gənclərin, universitet və dini mərkəzlərin elmi cəmiyyətlərinin vəzifəsi bütün elmi, incəsənət, iqtisadi, siyasi, əxlaqi və mənəvi sahələrdə inkişafa çalışmaqdır”.

İnqilabın Rəhbəri nailiyyətlərin dövlətin möhkəmlənməsi və iqtidarına zəmin yaratdığını dedi: “Düşmənin hədəfi dövlətin iqtidarının sütunlarını laxlatmaqdır. Buna görə də hamı inkişaf mövzusunu ciddi şəkildə izləməlidir”.

Həzrət Ayətullah Xamenei çıxışının davamında: “Necə inkişaf edək?” – deyə bir sual ünvanlayıb onu belə cavablandırdı: “İnkişafın müxtəlif vasitələrə ehtiyacı var. Amma inkişafın ən mühüm vasitəsi ümiddir. Buna görə də düşmən bütün gücünü ümidsizliyi və çarəsizliyi təqlin etmək üzərində mərkəzləşdirmişdir”.

O, düşmənin ümidləri öldürmək üçün medianın peyk kanalları, virtual məkan və muzdur telekanallar kimi geniş imkanlarından istifadəsinə işarə edərək dedi: “Bütün bu səylərə baxmayaraq, xoşbəxtlikdən, ölkədə inkişafa ümid və ona doğru hərəkət yaşamaqdadır”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Düşmən xalqla və gənclərlə yanaşı, hətta məsul şəxslərin də ümmidlərini itirməsinə çalışır. Təəssüflər olsun ki, düşmənin ölkə daxilində qəzetlər və virtual məkandan istifadə edərək məyusluq və ümidsizliyi təlqin edən daxili uzantısı var”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “İqtisadi problemimiz var və inşallah, həll olacaq. Amma digər sahələrdə inkişaf etməkdəyik. Əlbəttə, bütün səylər gənc nəslin bu inkişaf və nailiyyətlərdən xəbərsiz qalması üzərində mərkəzləşmişdir. Qeyd olunan səbəbdən də düşmən və onun daxili uzantısı bu inkişafları gizlətməyə və ya kiçik göstərməyə çalışır”.

O, son həftələrdə əldə edilmiş nailiyyətlərə və irəliyə doğru hərəkətlərə işarə edərək dedi: “İranlı alimlərin qan xərçənginin müalicəsi istiqamətində əldə etdikləri yeni metod, neft və qazın ixracı təchizatlarından birinin milliləşdirilməsi, şimal-cənub dəmir yolu xəttinin mühüm bir hissəsini təşkil edən Sistan və Bəluçistanın bir bölgəsində dəmir yolunun istifadəyə verilməsi, bir neçə müəssisənin açılması, ilk ekstraterritorial neft emalı zavodunun təsis edilməsi, 6 elektrik stansiyasından istifadə, dünyanın ən böyük teleskoplarından birinin təqdimatı, kosmik raketin buraxılması, yeni bir raketin təqdimatı, hamısı ölkənin irəliyə doğru hərəkətinin nümunələridir. Bütün bunlar düşmənin bəzi iğtişaşlar vasitəsilə bu hərəkətə mane olmağa çalışdığı bir vaxtda baş verir”.

İnqilabın Rəhbəri vurğuladı ki, iranlı gənc düşmənin cinayət törətdiyi bu günlərdə diri və motivasiyalıdır: “İransevərliyin əsas göstəricilərindən biri ümid yaratmaqdır. Buna görə də ümidsizlik və çarəsizlik təlqin edən adamlar İrana düşməndirlər və İranı sevdiklərini iddia edə bilməzlər”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “İranın düşmənlərinin milli maraqları müdafiə qəlibində məyusluğu təlqin etmələrinə imkan verməyin. Yazıçılar, şairlər, alimlər, ruhanilər və nüfuzlu şəxlər ümid yaratsınlar, cəmiyyətin ümid əlamətlərini və inkişaf göstəricilərini nəzarətə götürsünlər”.

İnqilabın Rəhbəri çıxışının başqa bir yerində qeyd etdi ki, son iğtişaşların ssenaristlərinin əsas məqsədi xalqı dartıb meydana çıxarmaqdır: “Xalqı meydana çıxara bilmədikləri üçün cinayətlər törədib məsul şəxsləri yormağa çalışırlar. Əlbəttə, səhv edirlər. Çünki bu cinayətlər və quldurluqlar xalqı yorur, onları daha da bezdirib nifrətlərinin artmasına səbəb olur”.

O, əlavə etdi: “Bu hadisələr, cinayətlər və təxribatlar əhali və insanların ticarətinə problemlər yaradır. Amma cinayətləri törədənlər və səhnə arxasında olanlar dövlətə zərər yetirə bilməyəcək qədər kiçikdirlər”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Cinayət və quldurluqlara, şübhəsiz ki, son qoyulacaq, İran xalqı daha böyük qüvvə və yeni bir ruhiyyə ilə ölkənin inkişaf meydanındakı hərəkətini davam etdirəcək”.

Təhdidləri fürsətə çevirmə bacarığının imanlı bir xalqın təbiətinə xas bir cəhət olduğunu deyən Həzrət Ayətullah Xamenei “Əhzab” döyüşü və Müqəddəs Müdafiə kimi tarixi nümunələrə işarə etdi: “Bütün müşriklərin meydana atıldığı “Əhzab” döyüşündə möminlərin qəlbləri titrəmədi, Allahın vədini xatırlamaqla imanları artdı. Onlar bu təhdidi fürsətə çevirdilər. Bizim xalqımız da Müqəddəs Müdafiədə, dünyanın təcavüzkara hərtərəfli dəstək verdiyi “Əhzab” döyüşündə təhdidi fürsətə çevirdi və dünyaya məğlub olmayacağını göstərdi”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “İran xalqının Müqəddəs Müdafiədə təhdidi fürsətə çevirmə təcrübəsi düşmənlərin hərbi vasitələrdən istifadə etmək fikrinə düşdükləri zaman İran xalqının məğlubedilməzliyini nəzərə almalarına səbəb oldu. İran xalqı dəfələrlə amerikalılara və öz müxaliflərinə: “Gəlişiniz öz əlinizdədir, amma gedişiniz yox”; “Təcavüz edəcəyiniz təqdirdə məhv olacaqsınız” demişdir”.

O, 25 aban 1361-ci il qəhrəmanlığının, İsfahanın cəsur gənclərinin yüksək əhval ruhiyyə ilə ayrı-ayrı cəbhələrə yollanmasının təhdidlərin fürsətlərə çevrilməsinin başqa bir nümunəsi olduğunu dedi: “Son iğtişaşlarda da xalq təhdidi fürsətə çevirdi, özünün həqiqətini və istiqamətini bütün əvvəlki illərdən fərqlənən əzəmətli 13 aban yürüşü ilə ABŞ əleyhinə şüar verərək göstərdi”.

Həzrət Ayətullah Xamenei xalqın təhdidi fürstə çevirməsinin başqa bir nümunəsinin son iğtişaşlarda şəhid olmuş sadə vətəndaşların, təhlükəszilik qüvvələri, Bəsic və polis işçilərinin dəfn mərasimindəki iştirakı olduğunu dedi: “Ruhullah Əcəmiyan kimi tanınmayan bir gənc şəhid olur, amma böyük bir xalq izdihamı düşmənin istəyinin əksinə olaraq meydana çıxır və - “Siz bizim gəncimizi şəhid etdiniz, amma biz hamımız o gəncin arxasındayıq”, - deyə səslənir”.

O qeyd etdi ki, iğtişaşların fonunda təhdidlərin fürsətə çevrilməsinin başqa bir nümunəsi İran xalqının tərəfində olduğunu iddai edən rejissor və ssenaristlərin əsl simasının ortaya çıxmasıdır: “İran xalqının bütün istəkləri və müqəddəs dəyərləri ilə düşmənçilik, yəni İslama qarşı ədavət, Quran və məscid yandırmaq, İrana qarşı düşmənçilik, bayrağı yandırmaq, himnə qarşı hörmətsizlik həqiqi ssenaristlərin əsl simasını açıb göstərdi”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “İran xalqının tərəfində olduqlarını iddia edirlər, halbuki İran xalqı Quran və İmam Hüseyn yolu gedən müsəlman xalqdır bir xalqdır. İmam Hüseynə, Ərbəinə və milyonlarla insanın ərbəin yürüşünə hörmətsizlik edən adamlar İran xalqının tərəfdarı ola bilərmi?”

O, iğtişaşlarla əlaqəsi olan insanlarla hansı şəkildə davranılmasına aydınlıq gətirərkən, ssenaristlərin, aldanmışların, cinayət törədənlərin və pul almış adamların bir-birlərindən fərqləndirilməsinin zəruri olduğunu vurğuladı: “Bu adamlar eyni deyil. Düşmənin əsl istəyini anlamadan onunla eyni cəbhədə yer almış, aldanmış amma cinayət törətməmiş tələbə və qeyri-tələbə, kim varsa, tənbeh edilsin, nəsihət verilsin, doğru yol göstərilsin və ayıldılsın. Ondan: “Bu hərəkət ölkənin inkişafına, yoxsa əksinə səbəb olur?” - deyə soruşulsun. Bununla o, düşünməyə vadar edilsin, düşmənlə səs-səsə verməməsi üçün ayıldılsın. Böyük İmamın təbiri ilə desək, kimin nə qədər səsi varsa, var gücü ilə Amerikanın başına çığırsın”.

Həzrət Ayətullah Xamenei son cinayətləri törədənlərlə bağlı veriləcək hökmlərin də fərqli olduğunu dedi: “Cinayət və qətl törədənlər, dağıntılara yol verənlər və ya ticarətçiləri və xalqı avtomobillərini və dükanlarını yandırmaqla hədələyənlər, təbliğatları ilə onları bu işə vadar edənlərin hər biri öz günahları miqdarında cəzalandırılmalıdır”.

O əlavə etdi: “Təbii ki, cəzalar qüdrətli, sağlam və motivasiyalı məhkəmə tərəfindən həyata keçirilməlidir, heç kəsin özbaşına və öz düşüncəsi ilə cəza verməyə haqqı yoxdur”.

 O, Əmirül-mömininin (ə) əziz Peyğəmbərimizi (s) həm dağı, həm də məlhəmi olan bir təbibə bənzətməsinə işarə edərək cəza və nəsihətdən yerində istifadə edilməsinin zəruriliyini vurğuladı: “Bu saata qədər, şükürlər olsun Allaha, düşmən məğlub olub, amma onun hər gün hiylə və məkri var. Bu gün məğlub olduqdan sonra cəmiyyətin fəhlələr və qadınlar kimi müxtəlif siniflərinə üz tuta bilər. Baxmayaraq ki, bizim şərəfli qadınlarımız və fəhlələrimiz bədxahlara təslim olub aldanmayacaq qədər ucadırlar”.

İnqilabın Rəhbəri məlumatsız və xəbərsiz insanlara təsir göstərmək məqsədilə anti-İran media vasitələrində yalançı ordu yaradılması və yalançı kütləviləşmə hiyləsindən istifadə edilməsinə işarə edərək dedi: “Gerçək olan xalq izdihamının ayrı-ayrı İnqilabı müdafiə meydanlarına axışması və bədxahların ağzının payını verməsidir”.

Həzrət Ayətullah Xamenei çıxışının başqa bir yerində iqtisadi problemlərin bir həqiqət olduğunu bildirdi: “Ayrı-ayrı illərin iqtisadi şüarlarla adlandırılması, məsul şəxslərdən bu problemlərin həllinin istənilməsi, iqtisadiyyatın əhəmiyyətinə əsasən, həyata keçirilir. Düzdür ki, 90-cı illər iqtisadi baxımdan yaxşı onillik olmamışdır. Əgər tövsiyələrə əməl edilsəydi və lazımi addımlar atılsaydı, bu gün ölkənin və əhalinin vəziyyəti fərqli olardı. Təbii ki, sanksiyaların da problemlərə təsiri var”.

İnqilabın Rəhbəri iqtisadi problemlərin həlli istiqamətində məsul şəxslərin ciddi və bəzi məqamlarda effektiv olan səylərinə işarə edərək dedi: “Dövlət qurumlarının daha böyük səyləri, xalqın və məsul şəxslərin əməkdaşlığı, birliyi və həmrəyliyi mövcud problemlərin həllinə zəmin yaradacaq. İnşallah, bu sahədə də düşmənin ağzına möhkəm bir yumruq vurulacaq”.

İnqilabın rəhbəri çıxışının əvvəlində İsfahan əhalisinin, həqiqətən, tərif və təqdirəlayiq olduğunu dedi: “İsfahan tam islami və iranlı kimliyinə malik bir canlı elm, iman, incəsənət və cihad şəhəridir”.

İsfahan əyalətinin alim yetişdirən bir əyalət olduğunu deyən Ali Rəhbər bu regionun çoxsaylı alimləri ilə bağlı yüksək firiklər səsləndirdi: “İsfahan imanı, Əhli-beytə məhəbbəti olan, İranın nadir və qiymətli incəsənət nümunələri və miraslarının olduğu bir şəhərdir”.

Həzrət Ayətullah Xamenei İsfahan əhalisinin inqilabçı kimliyinin dərin nümunələrindən bəhs edərkən dedi: “İsfahan zalım şah rejiminin hakimiyyətdə olduğu bir vaxtda hərbi hökumətin elan edildiyi ilk şəhər olmuşdur”.

O, İsfahanın İmam Hüseyn ordusu (ə) və Nəcəf ordusu adlı qəhrəmanlıqlara imza atmış iki döyüşkən ordusuna işarə edərək belə qeyd etdi: “24 min şəhid, on minlərlə veteran, minlərlə əsirlikdən azad edilmiş isfahanlı, İslama, İnqilaba və İrana 2-8 şəhid vermiş ailələr İsfahanın qürur mənbəyi, əyalətin inqilabçı və mücahid kimliyinin göstəriciləridir. Bu əzəmətli abidələri qorumaq hər bir vicdanlı insanın vəzifəsidir”.

İnqilabın Rəhbəri 25 aban 1361-ci il tarixində İsfahanda 360 şəhidin dəfn edilməsi mərasiminə işarə edərək dedi: “Qanlarına qəltan olmuş bu gənclər bir şəhəri dərddən və qəm-qüssədən iflic edə bilərdi. Amma isfahanlılar daha böyük ruhiyyə və imanla məhz elə həmin gün daha çox gənci cəbhəyə yola saldı, böyük yardım karvanını müharibə gedən bölgələrə yolladı”.

Həzrət Ayətullah Xamenei fitnələrlə mübarizənin İsfahan əhalisinin digər üstün xüsusiyyətlərindən olduğunu qeyd etdi: “Bu qırx il ərzində nə vaxt lazım oldusa, İsfahan əhalisi meydan atılıb sinəsini İslam və İnqilabın müdafiəsi yolunda sipər etdi”.

O, inqilabçı və mömin xüsusiyyətlərinə malik olmaqla yanaşı, İsfahan əhalisinin şikayətlərinin olduğunu da dedi: “İsfahanın su məsələsi çox mühüm məsələdir. Bu problemin həlli üçün yaxşı proqramları olan dövlət rəhbərliyi səylərini artırmalı və gec-gündüz bilmədən çalışmalıdır”.

İnqilabın Rəhbəri qeyd etdi ki, ölkənin digər şəhrələrinin cihadı və fədakarlığı İsfahan əhalisinin mübarizələri ilə birlikdə İranın Müqəddəs Müdafidəki tam və parlaq qələbəsinə səbəb oldu: “Gənclər o nadir sınağın həqiqətlərini - İranın heç bir dəstək və himayə olmadan bütün dünyanın, NATO, Varşava, ABŞ, keçmiş SSRİ və Avropanın Səddama hərtərəfli yardımları qarşısında necə dayanıb qalib gəldiyini bilmirlər”.

Bu görüşün əvvəlində Vəliyyi-fəqihin nümayəndəsi və İsfahanın İmam cüməsi İsfahan əhalisinin İnqilab və sosial xidmətlər istiqamətində göstərilən fədakarlıqlar meydanının öndəri olduğunu dedi: “İslam Respublikası da qarşılığında yolların çəkilməsi, əyalətin şəhər və kəndlərinin su, elektrik və qaz şəbəkələrinə birləşdirilməsi kimi infrastruktur sahələrində böyük xidmətlər göstərmişdir. Əlbəttə, İsfahanın su problemi, xüsusilə kənd təsərrüfatı sahəsinin su problemi hələ də aradan qaldırılmamışdır. Yeni hökumətin ciddi səyləri ilə bu problemin də həll ediləcəyinə ümidvarıq”.

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /