Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Dənizin böyük imkanlarından istifadə ölkədə ümumi mədəniyyətə çevrilməlidir

Ali Baş Komandan Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) İran İslam Respublikasının Hərbi Dniz Qüvvələrinin komandirlərindən bir neçəsi ilə görüşdə vurğuladı: “Dənizdən və onun malik olduğu imkanlardan istifadə ölkədə ümumi bir mədəniyyətə çevrilməlidir”.

7 azər Hərbi Dəniz Qüvvələri günü münasibətilə təşkil edilmiş bu görüşdə Həzrət Ayətullah Xamenei Hərbi Dəniz Qüvvələrinin döyüş imkanı və müdafiə təchizatının hərtərəfli şəkildə inkişaf etdirilməsinin, uzaq və beynəlxalq sularda dənizçilik fəaliyyətlərin davamlılığının zəruriliyini qeyd etdi: “Silahlı Qüvvələrin hökumətlə və digər qüvvələrlə olan əlaqəsinin gücləndirilməsi qarşılıqlı anlaşmaya, əməkdaşlığa və işlərin inkişafına kömək edəcək”.

İslam İnqilabının Rəhbəri iranlıların İslam və İran mədəniyyətinin dünyanın digər ərazilərinə gedib çıxmasına səbəb olmuş dənizçilik keçmişinə işarə edərək dedi: “Bu tarixi keçmişin, habelə İranın şimalı, xüsusilə cənubundakı uzun dəniz sahillərinin olmasına baxmayaraq, ölkədə dənizin imkanlarından istifadə mədəniyyəti diqqətdən kənarda qalmışdır. Bu, xalqın ümumi mədəniyyətinə çevrilməlidir”.

O bu sahədə mədinəlişdirmə aparılması, habelə əsaslı bir infrastruktur kim dənizlə bağlı ümumi bir anlayış yaradılmasının zəruriliyini vurğuladı: “Keçən illərdə Məkran sahillərinin inkişaf etdirilməsi məsələsi gündəmə gətirildi, hökumətlər də bunu yaxşı qarşıladı. Amma bu sahədə ciddi inkişaf üçün mədəniləşdirmə aparılmasına ehtiyac var”.

Həzrət Ayətullah Xamenei incəsənətin, o cümlədən animasiyanın dənizə xas olan imkanların tanıtdırılmasında effektiv rola malik olduğunu dedi: “İncəsənət nümunələrindən istifadə edilməsi, ölkənin dənizlə bağlı olan həm hərbi, həm də inşaat sektorundakı inkişaf potensiallarının tanıtdırılması xalqın bu imkandan istifadə etməsinə stimul yaradacaq”.

Görüşdə çıxış edən Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Şəhram İrani bu qüvvənin müxtəlif sahələrdəki fəaliyyətləri və proqramları haqqında hesabat verdi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /