Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Rəhbər tərəfindən Sistan və Bəluçistana ezam edilmiş işçi qrupunun hesabatı

Baş vermiş son hadisələri araşdırmaq üçün Sistan və Bəluçistana ezam edilmiş işçi qrupu bu əyalətin əhalisinə ünvanladığı bəyanatda göstərdikləri lütfkarlığa görə əyalətin qeyrətli sakinlərinə təşəkkürünü bildirdi. Bir həftəlik səfər çərçivəsində böyük alimlər, tayfa başçıları, ziyalılar, gənclər və əhalinin ayrı-ayrı təbəqələrindən olan nümayəndələri ilə görüşdüyünü qeyd edən işçi qrupu səfərlə bağlı İslam İnqilabının Rəhbərinə hesabat verdiyini, Ali Rəhbərin dörd əsas istiqamət - ağır və ciddi cinayəti olmayan məhbusların azad edilməsi, xətaya yol vermiş insanlarla qətiyyətli və şəffaf davranılması, zərərçəkmişlərin vəziyyətini araşdırmaq və Şəhidlər Fondunun toplanmış sənədlərlə bağlı araşdırmasından sonra günahsız yerə canlarını itirmiş insanlara şəhidlik statusunun verilməsi istiqamətləri üzrə işlər görülməsi ilə bağlı xəbər verdi.

Bəyanatın tam mətni:

Əziz həmvətənlər, Sistan və Bəluçistanın cəngavər əhalisi!
Salam!

İslam İnqilabının Rəhbəri tərəfindən ezam edilmiş işçi qrupu göstərdiyi lütfkarlığa görə qeyrətli əhaliyə, səfər zamanı təşkil edilmiş iclas və tolantılarda iştirak etmiş gənclərə və xanımlara, göstərdiyi qonaqpərvərliyə və ezamiyyət çərçivəsində qarşıya qoyulmuş vəzifənin yerinə yetirlməsi, acı hadisələrin ayrı-ayrı yönlərinin dinlənilməsi, təhrikedicilərin, səbəbkarların və xətaya yol verən insanların təqsiri və qüsurları ilə bağlı məlumatların toplanılmasında işçi qrupuna yardım göstərmiş, onu müşayiət edən və onunla həmfikir olan əyalət rəhbərliyinə, böyük alimlərə, əhli-şiə və əhli-sünnə camaatının möhtərəm imam camaatları və imam cümələrinə, hörmətli şəxslərə, qəbilə və tayfa başçılarına, ağsaqqallara, universitet müəllimlərinə, ziyalılara, məktəb müəllimlərinə, şəhidlər və zərərçəkmişlərin möhtərəm ailələrinə səmimi qəlbdən təşəkkür etməyi özünə borc bilir.

21 aban şənbə gününün qürub vaxtından 27 aban cümə gününün sübhünə qədər olan müddət ərzində sizinlə olan səfalı görüşlərimizdə, İnqilabın Ali Rəhbərinin hərarət və sevgi dolu salamını çatdrarkən göstərdiyiniz şirin reaksiyalarınızda, giley-güzarınızı açıq şəkildə bildirərkən, dərdlərinizi danışarkən, müsibət və məzlumiyyətlərdən söz açarkən, İrana və İslam dövlətinə olan sevginiz, məhəbbətiniz və sədaqətinizin dillərə dastan ola biləcək məzmunlarından xəbər verən göz yaşlarınız və gülüşlərinizdə, ölkənin ərazi bütövlüyü və vəhdətin qorunması ilə bağlı göstərdiyiniz qətiyyətlərinizdə elə şeyləri görüb eşitdik ki, bütün bunlar yalnız həmin bölgənin istiqanlı əhalisinin və qeyrətli sərhədçilərinin qədim tarixindən qaynaqlanan spesifik xarakterinin dərki ilə təhlil edilə bilər.

Elə bu səbəbdən də baş vermiş acı hadisələrdən faydalanmaq, müsəlman ümmətinin vahid bədənində parçalanma yaratmaq, milli birliyi zəiflətmək kimi çirkin və mənfur məqsədi olan düşmənlərimiz, dinimiz, xalqımız və vətənimizin düşmənləri hesablamalarda səhvə yol verdilər. Fürsəti qənimət bilib bütün imkanlarını səfərbər etdilər, lakin əyalətin səbirli əhalisinin ayıqlığı və zəkası sayəsində gözlənilər nəticələri əldə edə bilmədilər.

İşçi qrupu üzərinə düşən ağıq əmanət yükünün tələbinə uyğun olaraq əylətdə olduğu müddət ərzində Vəliyyi-fəqihin hörmətli nümayəndəsinin iştirakı və yuxarıda qeyd edilən ayrı-ayrı təbəqələrin nümayəndələri ilə birlikdə 21 proqram tərtib etdi. Görüşlər, iclaslar, şuralar, meydan araşdırmaları, Zahidan, Zabol, Xaş, Səravan, İranşəhr, Dəlqan və Çahbar şəhərlərində əhali ilə görüşlər, təkbətək dinləmələr və dindirmələr sayəsində baş vermiş hadisəni gücləndirici amillər və zəminlərdən daha dərin və daha strateji qaydada araşdırmaq imkanı əldə etdi.

Səfər başa çatdıqdan və Tehrana döndükdən sonra əldə edilən məlumatların və qənaətlərin təhlili və ümumiləşdirmə aparılması, habelə təkliflər və əldə edilmiş nəticələrlə bağlı bir mündəricat hazırlanması məqsədilə müxtəlif toplantılar təşkil edildi, əldə edilən nəticələr yeddi səhifəlik xülasə və 60 səhifəlik geniş təfsilatlı hesabat formasında keçən gün İslam İnqilabının Ali Rəhbərinə təqdim edildi.

Ezam edilmiş işçi qrupu səfər çərçivəsində nə qədər imkanı çatdısa, alimləri, ziyalıları, tayfa başçılarını, məsul şəxsləri, əhli-sünnə və əhli-şiə əhalisini dinləməyə, sənədləşdirmə aparmağa, verilən rəyləri toplamağa, hadisə zamanı şəhid olmuş və yaralanmış vətəndaşların ailərinə təskinlik verməyə çalışdı. İşçi qrupu İnqilabın ali Rəhbərinin tədbirlərini tam şəkildə həyata keçirmək məqsədilə aşağıdakı istiqamətləri izlədi:

1. Ağır və ciddi cinayətlər törətməmiş məhbusların azad edilməsi;

2. Xətaya yol vermiş insanlarla qəti və şəfaf davranılması;

3. Zərərçəkmişlərin vəziyyətinin araşdırılması;

4. Şəhidlər Fondunun toplanmış sənədlərlə bağlı araşdırmasından sonra günahsız yerə canlarını itirmiş insanlara şəhidlik statusunun verilməsi

Sonda ezam edilmiş işçi qrupu İnqilabın Ali Rəhbərinə göstərdiyi etimada görə təşəkkürünü bildirdikdən sonra balanslasdırılmış inkişaf xəttinin daha böyük sürətlə, xidmətçi hökumət və dövlət rəhbərlərinin səyi və xalqın yardımı ilə əmina-aman və kənar müdaxilələrdən uzaq bir şəkildə davam edəcəyinə ümidvar olduğunu bildirərək, bu kiçik xidmət imkanını və uğurunu bəxş etdiyi üçün uca Allaha şükür etdi.

Ali Rəhbərlik tərəfindən Sistan və Bəluçistana ezam edilmiş işçi qrupu
9 azər 1401

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /