Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Dövlət başçısı Çinə səfəri ərəfəsində İslam İnqilabının Rəhbəri ilə görüşdü

Dövlətimizin başçısı Höccətül-İslam vəl-müslimin cənab Rəisi Çinə rəsmi səfəri ərəfəsində bu gün İslam İnqilabının Rəhbəri ilə görüşdü.

Dövlət başçısı bu görüşdə səfər çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan iş planları, toplantılar və görüşlər barəsində məlumat verdi.

Həzrət Ayətullah Xamenei həyata keçirilmiş proqramlardan məmnun qaldığını bildirərək cənab prezidentə müvəffəqiyyət arzuladı.

 

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /