Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

İslam İnqilabının Rəhbəri İslami Cihad Hərəkatının baş katibinin məktuuna cavab verdi
İslam İnqilabının Rəhbəri İslami Cihad Hərəkatının baş katibinin məktuuna cavab verdi
Həzrət Ayətullah Xamenei Fələstin İslami Cihad Hərəkatının baş katibi cənab Ziyad ən-Nəxalənin məktubuna göndərdiyi cavabında İslami Cihadın şücaətli müqavimətinin bu hərəkatın müqavimət sahəsindəki mövqeyinin daha da yüksəlməsinə, sionist rejiminin hiyləsinin puça çıxmasına və onun burnunun yerə sürtülməsinə səbəb oduğunu yazmışdır.
İnqilabın Rəhbəri Rusiyanın prezidenti və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdü
İnqilabın Rəhbəri Rusiyanın prezidenti və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) günortadan sonra Rusiyanın prezidenti cənab Vladimir Putin və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə iki ölkə arasında əldə edilmiş anlaşmalar və bağlanmış müqavilələrin həyata keçirilməsinin zəruriliyini vurğulayaraq Qərbin hiyləgər siyasətlərinə qarşı ayıq olmağın vacibliyini dedi: “İran və Rusiyanın uzunmüddətli əməkdaşlıqları hər iki dövlətin dərindən xeyrinədir”.
İnqilabın Rəhbəri məhkəmənin sədri, məsul şəxsləri və bir qrup işçisi ilə görüşdü
İnqilabın Rəhbəri məhkəmənin sədri, məsul şəxsləri və bir qrup işçisi ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri bu gün (çərşənbə) səhər məhkəmə hakimiyyətinin sədri, bir qrup yüksək vəzifəli rəsmisi və işçiləri ilə görüşdə Allahın cəmiyyətlərlə bağlı dəyişməz qanunlarından söz açaraq dedi: “İran xalqı və İslam Respublikasının 1360-cı ilin böyük və acı hadisələrindən başıuca çıxması və heyrətamiz qələbəsinin səbəbi müqaviməti, əzmkarlığı və düşmənlərdən qorxmaması olmuşdur.
İslam İnqilabının Rəhbəri Qazaxıstanın prezidenti və nümayəndə heyəti ilə görüşdü
İslam İnqilabının Rəhbəri Qazaxıstanın prezidenti və nümayəndə heyəti ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar) günortadan sonra Qazaxıstanın prezidenti Qasım-Jomart Tokaev və onu müşayiət edən nümyəndə heyəti ilə görüşdə İranla Qazaxıstan arasında dərin tarixi və mədəni bağların olduğuna işarə edərək iki dövlətin müxtəlif sahələrdə, xüsusilə regional əməkdaşlıqlar sahəsindəki əməkdaşlqlarının əvvəlkindən daha çox inkişaf etdirilməli olduğunu vurğuladı.
İslam İnqilabının Rəhbəri Türkmənistanın prezidenti və nümayəndə heyəti ilə görüşdü
İslam İnqilabının Rəhbəri Türkmənistanın prezidenti və nümayəndə heyəti ilə görüşdü
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) günörtadan əvvəl Türkmənistanın prezidenti Sərdar Berdiməhəmmədov və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə əlaqələrin daha da inkişaf etdirilib dərinləşdirilməsinin tamamilə iki ölkənin xeyrinə olduğunu dedi: “İran İslam Respublikasının siyasəti qonşu ölkələrlə əlaqələri genişləndirməkdir. Bu, tamamilə düzgün bir siyasətdir”.
İnqilabın Rəhbəri Venesuelanın prezidenti və nümayəndə heyəti ilə görüşdü
İnqilabın Rəhbəri Venesuelanın prezidenti və nümayəndə heyəti ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (şənbə) günortadan sonra Venesuelanın prezidenti cənab Nikolas Maduro və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə İran və Venesuelanın ABŞ-ın ağır təzyiqləri və qarışıq müharibəsinə qarşı müqavimətinə işarə edərək dedi: “İki ölkənin uğurlu təcrübəsi göstərdi ki, bu təzyiqlərə qarşı yeganə mübarizə yolu müqavimətdir”.
İslam İnqilabının Rəhbəri Həcc mərasiminin təşkilatçılarından bir qrupu ilə görüşdü
İslam İnqilabının Rəhbəri Həcc mərasiminin təşkilatçılarından bir qrupu ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri bu gün (çərşənbə) səhər builki Həcc mərasimi təşkilatçıları ilə görüşdə Həccin insan həyatının sütunu, fərdi və sosial həyatın ayrı-ayrı yönləri ilə bağlı mühüm dərslərə və mesajlara malik olduğunu qeyd edərək bütün zəvvarların, xüsusilə iranlı zəvvarların təhlükəsizliyinin təmin edilməsinin vacibliyinin İslam Respublikasının evsahibliyi edən hökumətdən ciddi tələbi olduğunu vurğuladı.

Seçilmiş ünvanlar