Ramazan ayının birinci günü İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə bu gün günortadan sonra “Quranla ünsiyyət məclisi” təşkil edildi.
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər Xubriqan Məclisinin sədri və üzvləri ilə görüşdə İslam Respublikasının imperializm cəbhəsi qarşısındakı dini, rasional və insani məntiqi və dəlilləri ilə bağlı açıqlama verdi.
İslam İnqilabının Ali Rəhbərinin 5 esfənd 1402-ci il (24 fevral 2024) tarixində şənbə günü keçirilmiş “Xuzistanın 24 min şəhidi” konqresinin təşkilatçıları ilə görüşdə verdiyi bəyanatın tam mətni bu gün Əhvazda konqresin keçirildiyi məkanda yayımlandı.
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra ağac əkimi günü münasibətilə 3 ağac əkdikdən sonra İran xalqına 11 isfənd tarixində seçki məntəqələrinə getdiyi üçün təşəkkür etdi: “İran xalqının seçkilərdəki iştirakı sosial və mədəni vəzifənin yerinə yetirilməsi və bir cihad idi”.
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün Cümə günü 12-ci çağırış İslami Şura Məclisinə və 6-cı çağırış Xubriqan Məclisinə seçkilərin başladığı ilk dəqiqələrdə İmam Xomeyni (r.ə) adına hüseyniyədə yerli və xarici media vasitələrinin yüzdən artıq müxbir və operatoru qarşısında 110 saylı səyyar seçki qutusuna yaxınlaşaraq səs verdi.
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər seçkilərdə ilk dəfə iştirak edəcək minlərlə vətəndaş və möhtərəm şəhid ailələrindən bir qrupu ilə görüşdə xalqın seçkilərdəki güclü və izdihamlı iştirakının milli gücün təzahürü, milli təhlükəsizliyin təminatçısı və İrana göz dikmiş düşmənlərin məyusedicisi olduğunu dedi.
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günörtadan qabaq “Xuzistan əyalətinin 24 min şəhidi” konqresinin təşkilatçıları ilə görüşdə qeyd etdi ki, Xuzisatan əhalisinin Müqəddəs Müdafiə dövründəki qəhrəmanlığı və möcüzəsi xalqın qətiyyəti və İslam inancının vəhdətinin nəticəsidir.
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər Qurani-Kərimin qiraəti və hifzi üzrə 40-cı Quran Müsabiqəsinin iştirakçıları ilə görüşdə Quran maarifinə əməl edilməsinin insan cəmiyyətinin və hər bir fərdin ehtiyaclarının təminatçısı olduğunu dedi.
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər Şərqi Azərbaycan əhalisinin minlərlə nümayəndəsi ilə görüşdə “zəif cəhətləri gücləndirmək, uğur əldə etmək, zəif cəhətləri ortadan qaldırmaq məqsədilə özünə baxış”; “düşmənə olan ayıq və təsirdən kənar baxış”ın iki mühüm və əsaslı vəzifə olduğunu dedi.
Sonuncu peyğəmbər həzrət Muhəmməd Mustafanın (s) peyğəmbərliyə təyin edildiyi mübarək “Məbəs” günü münasibətilə İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei dövlət işçiləri və rəhbər heyəti, İslam ölkələrinin nümayəndələri, habelə müxtəlif təbəqələrdən olan bir qrup insanla görüşdə qeyd etdi ki, Peyğəmbərin (s) dəvəti və besətini qəbul etmək dünya və axirət xoşbəxtliyinə səbəb olur.
İslam İnqilabının Rəhbəri bu gün səhər Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin şəxsi heyəti və komandanlarından bir qrupu ilə görüşdə Humafəranın bir qrup təmsilçisinin İmam Xomeyni ilə olan 19 bəhmən 1357-ci il tarixli beyətinin inqilabı sürətləndirdiyini dedi.
İslam İnqilabının Qələbəsinin Fəcr ongünlüyü ərəfəsində İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər İmam Xomeyninin (r.ə) qəbrini və Şəhidlər Xiyabanını ziyarət etdi.
İslam İnqilabının Ali Rəhbərinin 03 bəhmən 1402-ci il tarixində təşkil edilmiş “Böyük Tehranın 24 Min Şəhidi” adlı konqresin təşkilatçıları ilə görüşdə verdiyi bəyanatın mətni bu gün Tehranın şəhərində adıçəkilən toplantının keçirildiyi məkanda yayımlandı.
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər minə yaxın iqtisadi fəal və istehsalçı ilə görüşdə özəl sektorun makroiqtisadi məqsədlərin reallaşdırılması istiqamətində effektiv potensial və imkanlara malik olduğunu bildirərək dövlətin dəstəyi, xüsusilə biznes mühitindəki maneələrin ortadan qaldırılması və özəl sektorun məsuliyyətliliyi prinsiplərinin ölkənin vəziyyəti və inkişafına zəmin yaradan iki mühüm zərurət olduğunu dedi.
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər “Böyük Tehranın Min Şəhidi” adlı 24-cü konqresin təşkilatçıları ilə görüşdə İslam ölkələrinin rəhbərlərinin çox mühüm əhəmiyyət kəsb edən Qəzza məsələsində göstərdikləri fəaliyyətləri tənqid etdi: “Bəzən İslam ölkələrinin məsul şəxslərinin nümayiş etdirdikləri mövqelər və verdikləri açıqlamalar səhvdir.