Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

İnqilabın Rəhbəri general Zahidi və onun döyüş yoldaşları ilə bağlı başsağlığı verdi
İnqilabın Rəhbəri general Zahidi və onun döyüş yoldaşları ilə bağlı başsağlığı verdi
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei qəsbkar və mənfur sionist rejim tərəfindən şəhid edilmiş İslamın yüksək dərəcəli generalı, Keşikçilər Korpusunun generallaırndan olan general-mayor Məhəmmədrza Zahidi və onun döyüş yoldaşları ilə bağlı verdiyi başsağlığı mesajında vurğuladı: “Allahın gücü və qüvvəsi sayəsində onları bu və bənzər cinayətlərinə görə peşman edəcəyik”.
İnqilabın Rəhbəri Fələstin İslami Cihad Hərəkatının baş katibi ilə görüşdü
İnqilabın Rəhbəri Fələstin İslami Cihad Hərəkatının baş katibi ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə axşamı) günortadan sonra Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad ən-Nəxalə və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə müqavimət qüvvələri və Qəzza əhalisinin bu ana qədər meydanın qalibi olduğunu dedi: “Qəzza və Fələstin əhalisinin müqaviməti və izzətinin zirvəsi, sionist rejimin bu altı aylıq müharibədəki uğursuzluqları ilahi bir hadisədir”.
İnqilabın Rəhbəri HƏMAS-ın Siyasi Bürosunun rəhbəri ilə görüşdü
İnqilabın Rəhbəri HƏMAS-ın Siyasi Bürosunun rəhbəri ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra HƏMAS-ın siyasi bürosunun rəhbəri cənab İsmail Həniyə və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə Fələstinin müqavimət qüvvələri və Qəzza əhalisinin misilsiz müqavimətini yüksək qiymətləndirərək dedi: “Qərbin tam dəstəyi ilə sionist rejim tərəfindən həyata keçirilən cinayətlər və vəhşiliklərə qarşı Qəzza əhalisinin göstərdiyi tarixi səbr İslamı, həqiqətən, şərəfləndirən və düşmənin istəyinə baxmayaraq, Fələstin məsələsini dünyanın birinci dərəcəli probleminə çevirən çox böyük bir hadisədir”.
İslam İnqilabının Rəhbəri Novruz çıxışında ilin şüarını açıqladı
İslam İnqilabının Rəhbəri Novruz çıxışında ilin şüarını açıqladı
İslam İnqilabının Ali Rəhbəri bu gün – yəni yeni ilin ilk günü günortadan sonra əhalinin müxtəlif təbəqələrindən olan insanlarla görüşdə qeyd etdi ki, məsul şəxslər xalqın əzimkarlıqları, sərmayələri və təşəbbüslərinin səfərbər edilməsi və iqtisadiyyat sahəsinə daxil etmək üçün plan işləyib hazırlayır və çox çalışırlar.
İnqilabın Rəhbəri 110 saylı səyyar qutuda səs verdikdən sonra İran xalqına müraciət etdi
İnqilabın Rəhbəri 110 saylı səyyar qutuda səs verdikdən sonra İran xalqına müraciət etdi
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün Cümə günü 12-ci çağırış İslami Şura Məclisinə və 6-cı çağırış Xubriqan Məclisinə seçkilərin başladığı ilk dəqiqələrdə İmam Xomeyni (r.ə) adına hüseyniyədə yerli və xarici media vasitələrinin yüzdən artıq müxbir və operatoru qarşısında 110 saylı səyyar seçki qutusuna yaxınlaşaraq səs verdi.
İnqilabın Rəhbəri ilk səsverməsi olan minlərlə gənc və bir qrup şəhid ailəsi ilə görüşdü
İnqilabın Rəhbəri ilk səsverməsi olan minlərlə gənc və bir qrup şəhid ailəsi ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər seçkilərdə ilk dəfə iştirak edəcək minlərlə vətəndaş və möhtərəm şəhid ailələrindən bir qrupu ilə görüşdə xalqın seçkilərdəki güclü və izdihamlı iştirakının milli gücün təzahürü, milli təhlükəsizliyin təminatçısı və İrana göz dikmiş düşmənlərin məyusedicisi olduğunu dedi.

Seçilmiş ünvanlar