Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

İnqilabın Rəhbəri 110 saylı səyyar qutuda səs verdikdən sonra İran xalqına müraciət etdi
İnqilabın Rəhbəri 110 saylı səyyar qutuda səs verdikdən sonra İran xalqına müraciət etdi
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün Cümə günü 12-ci çağırış İslami Şura Məclisinə və 6-cı çağırış Xubriqan Məclisinə seçkilərin başladığı ilk dəqiqələrdə İmam Xomeyni (r.ə) adına hüseyniyədə yerli və xarici media vasitələrinin yüzdən artıq müxbir və operatoru qarşısında 110 saylı səyyar seçki qutusuna yaxınlaşaraq səs verdi.
İnqilabın Rəhbəri ilk səsverməsi olan minlərlə gənc və bir qrup şəhid ailəsi ilə görüşdü
İnqilabın Rəhbəri ilk səsverməsi olan minlərlə gənc və bir qrup şəhid ailəsi ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər seçkilərdə ilk dəfə iştirak edəcək minlərlə vətəndaş və möhtərəm şəhid ailələrindən bir qrupu ilə görüşdə xalqın seçkilərdəki güclü və izdihamlı iştirakının milli gücün təzahürü, milli təhlükəsizliyin təminatçısı və İrana göz dikmiş düşmənlərin məyusedicisi olduğunu dedi.
İnqilabın Rəhbəri dövlət işçiləri və İslam ölkələrinin nümayəndələri ilə görüşdü
İnqilabın Rəhbəri dövlət işçiləri və İslam ölkələrinin nümayəndələri ilə görüşdü
Sonuncu peyğəmbər həzrət Muhəmməd Mustafanın (s) peyğəmbərliyə təyin edildiyi mübarək “Məbəs” günü münasibətilə İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei dövlət işçiləri və rəhbər heyəti, İslam ölkələrinin nümayəndələri, habelə müxtəlif təbəqələrdən olan bir qrup insanla görüşdə qeyd etdi ki, Peyğəmbərin (s) dəvəti və besətini qəbul etmək dünya və axirət xoşbəxtliyinə səbəb olur.
İslam İnqilabının Rəhbəri iqtisadi fəallar və istehsaçılarla görüşdü
İslam İnqilabının Rəhbəri iqtisadi fəallar və istehsaçılarla görüşdü
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər minə yaxın iqtisadi fəal və istehsalçı ilə görüşdə özəl sektorun makroiqtisadi məqsədlərin reallaşdırılması istiqamətində effektiv potensial və imkanlara malik olduğunu bildirərək dövlətin dəstəyi, xüsusilə biznes mühitindəki maneələrin ortadan qaldırılması və özəl sektorun məsuliyyətliliyi prinsiplərinin ölkənin vəziyyəti və inkişafına zəmin yaradan iki mühüm zərurət olduğunu dedi.
İslam İnqilabının Rəhbəri İslam ölkələrinin rəhbərlərinə səsləndi
İslam İnqilabının Rəhbəri İslam ölkələrinin rəhbərlərinə səsləndi
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər “Böyük Tehranın Min Şəhidi” adlı 24-cü konqresin təşkilatçıları ilə görüşdə İslam ölkələrinin rəhbərlərinin çox mühüm əhəmiyyət kəsb edən Qəzza məsələsində göstərdikləri fəaliyyətləri tənqid etdi: “Bəzən İslam ölkələrinin məsul şəxslərinin nümayiş etdirdikləri mövqelər və verdikləri açıqlamalar səhvdir.
Respublikanın imam cümələri ilə görüş
Respublikanın imam cümələri ilə görüş
İslam İnqilabının Rəhbəri bu gün səhər respublikanın imam cümələri ilə görüşdə xalqın iştirakı, istəyi və fəaliyyətinin İslamda bir əsas prinsip olduğunu dedi. O, İran xalqının sədaqəti, səbri, sevgisi, zəkası və fədakarlığının tərifəlayiq olduğunu vurğuladı: “Bu xalq hətta zahiri cəhətdən bir-birilərindən fərqlənsə də, mömindir, qəlbləri Allahladır. Sözün həqiqi mənasında qədri bilinməli və sevilməlidir”.

Seçilmiş ünvanlar