1 00:00:00,560 --> 00:00:03,280 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:03,920 --> 00:00:11,680 و الحمدلله ربّ العالمين و صلّي الله علي محمّد و آله الطّاهرين 3 00:00:12,240 --> 00:00:19,200 و صحبه المنتجبين و من تبعهم باحسان الي يوم الدّين 4 00:00:21,120 --> 00:00:29,680 Dünyanın hər yerindəki müsəlman qardaş və bacılarımı salamlayır, 5 00:00:30,640 --> 00:00:40,560 mübarək ramazan ayında etdikləri ibadətlərin Allah dərgahında qəbul olunmasını diləyir, 6 00:00:41,360 --> 00:00:52,240 artıq yetişməkdə olan mübarək Fitr bayramı münasibətilə hamısını təbrik edir, 7 00:00:53,680 --> 00:01:04,480 bu ilahi ziyafət ayını yaşamaq nemətini bizə nəsib etdiyinə görə Allaha şükürlər edirəm. 8 00:01:04,800 --> 00:01:20,320 Bu gün Qüds Günüdür; İmam Xomeyninin (r.ə) uzaqgörən təşəbbüsünün nəticəsi olan bu gün 9 00:01:21,120 --> 00:01:29,520 Qüdsi-Şərif və məzlum Fələstinlə bağlı müsəlman həmrəyliyini təmin etməkdə birləşdirici halqa olması məqsədilə təsis edilmiş, 10 00:01:30,960 --> 00:01:40,320 son onilliklər ərzində bu baxımdan mühüm rol oynamış və bundan sonra da oynayacaqdır, inşallah. 11 00:01:41,600 --> 00:02:01,200 Xalqlar Qüds Gününü böyük rəğbətlə qarşılamış və onu öz vacib prioritetləri kimi – yəni “Fələstinə azadlıq!” şüarını daim yaşatmaq üçün hər il coşğu ilə qeyd etmişlər. 12 00:02:02,480 --> 00:02:17,520 İmperializm və sionizmin ən başlıca siyasətlərindən biri müsəlman toplumların düşüncəsində Fələstin məsələsini arxa plana keçirib unutdurmaqdan ibarətdir. 13 00:02:18,160 --> 00:02:32,800 Düşmənin mədəni-siyasi muzdurlarının əli ilə müsəlman ölkələrinin öz daxilindəcə həyata keçirilən bu xəyanətə qarşı mübarizə aparmaq bizim təxirəsalınmaz vəzifələrimizdəndir. 14 00:02:34,640 --> 00:02:46,480 Və həqiqət budur ki, Amerika, digər imperialistlər və onların regiondakı əlbuyruqçuları hər nə qədər pul xərcləyib dəridən-qabıqdan çıxsalar da, 15 00:02:46,960 --> 00:02:55,360 müsəlman xalqlarının qeyrəti, özünəinamı və günbəgün artan sayıqlığı 16 00:02:56,160 --> 00:03:08,320 Fələstin məsələsi qədər böyük bir məsələnin unudulub getməsinə imkan verə bilməz. 17 00:03:09,120 --> 00:03:23,440 İlk olaraq, Fələstinin işğalının və yerində öldürücü xərçəng şişi olan İsrail rejiminin təşkil edilməsinin nə qədər böyük bir faciə olduğunu xatırlatmaq istərdim. 18 00:03:24,240 --> 00:03:37,600 Ən yeni tarixdə törədilmiş bəşəri cinayətlər arasında bu qədər genişhəcmli və aqressiv olan ikinci bir cinayət yoxdur. 19 00:03:39,280 --> 00:03:50,720 Bütöv bir ölkənin işğalı, əhalisinin öz ev-eşiyindən, ata-baba torpaqlarından həmişəlik qovulması – 20 00:03:51,600 --> 00:04:04,320 özü də ən faciəli qətl, cinayət və soyqırımları ilə müşayiət olunan bu tarixi zülmü onillər ərzində davam etdirməklə – 21 00:04:04,720 --> 00:04:12,400 həqiqətən də, insan övladının törədə biləcəyi şeytani əməl və vəhşiliklərin yeni bir rekordudur. 22 00:04:14,480 --> 00:04:24,480 Bu faciənin icraçısı və əsas günahkarı Qərb dövlətləri və onların şeytani siyasətləri idi. 23 00:04:26,000 --> 00:04:37,520 I Dünya müharibəsində qalib olmuş dövlətlər Paris Konfransında Qərbi Asiya regionunu, yəni Osmanlı dövlətinin 24 00:04:38,560 --> 00:04:47,280 Asiyadakı ərazilərini əsas müharibə qəniməti kimi öz aralarında bölüşdürdükləri gün 25 00:04:47,920 --> 00:05:00,640 bu regionun daxilində daimi ağalıqlarını qarant altına ala biləcək əmin-arxayın bir istinadgaha əvvəlkindən daha çox ehtiyac duymağa başladılar. 26 00:05:03,040 --> 00:05:15,440 Hələ ondan illər öncə İngiltərə “Balfur bəyannaməsi” planı ilə bunun üçün zəmin hazırlamış, yəhudi-plutokratların ideoloji dəstəyi sayəsində 27 00:05:15,840 --> 00:05:26,880 “sionizm” adlı bidəti aktivləşməyə hazır bir vəziyyətə gətirmişdi. (Paris Konfransından sonra isə onun üçün əməli zəmin hazırlanmağa başladı.) 28 00:05:28,080 --> 00:05:38,880 Elə o illərdən artıq ilkin hazırlıq tədbirləri görüldü və nəhayət II Dünya müharibəsindən sonra 29 00:05:38,880 --> 00:05:55,760 region dövlətlərinin məlumatsızlığından və problemlərin məngənəsində sıxılmasından istifadə edərək öz zərbələrini endirib qondarma, xalqı olmayan İsrail dövlətinin yaradıldığını elan etdilər. 30 00:05:57,360 --> 00:06:07,600 Bu zərbənin hədəfi ilk növbədə Fələstin xalqı, daha sonra isə bütün region xalqları idi. 31 00:06:09,280 --> 00:06:22,320 Regionda gedən sonrakı proseslərə nəzər salarkən aydın olur ki, qərblilərin və yəhudi maqnatların İsrail dövlətini yaratmaqda əsl 32 00:06:23,040 --> 00:06:33,920 və yaxınperspktivli hədəfi Qərbi Asiyada özlərinin daimi iştirak və nüfuzunun dayağını qurmaq, 33 00:06:34,320 --> 00:06:40,960 region ölkələri və dövlətləri üzərində öz diktə və ağalıqlarını daha əlçatan edə bilmək olmuşdur. 34 00:06:42,000 --> 00:06:56,160 Məhz buna görə də qondarma və qəsbkar rejimi ən müxtəlif hərbi və qeyri-hərbi güc vasitələri, hətta nüvə silahı ilə təchiz etmiş, 35 00:06:57,280 --> 00:07:07,680 bu məhvedici xərçəng şişini Nildən Fərata qədər geniş bir əraziyə yaymağı öz planlarına daxil etmişlər. 36 00:07:08,400 --> 00:07:20,480 Təəssüf ki, əksər ərəb dövlətləri ilk vaxtlar buna müqavimət göstərdiklərinə – və bəziləri bunu çox təqdirəlayiq formada etdiklərinə baxmayaraq, tədricən təslim oldular. 37 00:07:20,880 --> 00:07:32,720 Xüsusilə də ABŞ problemin himayəçisi kimi ön plana keçdikdən sonra həm öz dini, siyasi və insanlıq borclarını, 38 00:07:33,200 --> 00:07:43,040 həm də bir ərəb kimi qeyrət və qürurlarını unudaraq aldadıcı ümidlərlə düşmənin məqsədlərinə xidmət etməyə başladılar. 39 00:07:44,000 --> 00:07:49,360 “Kemp-Devid” müqaviləsi bu acı reallığın açıq-aydın nümunəsidir. 40 00:07:50,720 --> 00:08:00,000 Mücahid dəstələr də ilk illər etdikləri bəzi fədakar mübarizələrdən sonra 41 00:08:00,720 --> 00:08:17,680 Fələstin idealının gerçəkləşməsi ilə sonuclana biləcək bu xətti buraxıb, tədricən uğursuz bir yola – işğalçı dövlət və onun himayədarları ilə danışıqlar yoluna yönəldildilər. 42 00:08:18,480 --> 00:08:31,600 Amerika və digər Qərb dövlətləri, habelə iradəsiz beynəlxalq təşkilatlarla danışıqlar Fələstinin acı və uğursuz təcrübəsidir. 43 00:08:32,480 --> 00:08:44,720 BMT-nin Baş Assambleyasında “zeytun budağı” nümayiş etdirməyin nəticəsi yalnız “Oslo” anlaşması kimi ziyanlı bir anlaşma ola bilərdi ki, 44 00:08:45,120 --> 00:08:51,520 onun da sonu Yasir Ərəfatın ibrətlik müqəddəratı oldu. 45 00:08:53,200 --> 00:09:01,040 İranda İslam İnqilabının günəşinin doğması ilə Fələstin uğrunda mübarizədə yeni bir səhifə açıldı. 46 00:09:01,600 --> 00:09:13,360 Elə ilk addımlardan, yəni şah dövründə İranı özlərinin təhlükəsiz bazası hesab edən sionistlərin ölkədən qovulmasından, 47 00:09:14,400 --> 00:09:24,560 İsrailin qeyri-rəsmi səfirliyinin yerləşdiyi binanın Fələstin nümayəndəliyinin ixtiyarına verilməsindən, neft nəqlinin kəsilməsindən tutmuş 48 00:09:25,360 --> 00:09:37,680 böyük miqyaslı işlərə, geniş siyasi fəaliyyətlərə qədər – bütün tədbirlər bütövlükdə regionda müqavimət cəbhəsinin meydana gəlməsinə səbəb oldu 49 00:09:38,560 --> 00:09:52,320 və ürəklərdə problemin həllinə bir ümid işardı. Müqavimət cəbhəsinin yaranması ilə İsrailin işi getdikcə çətinləşdi – 50 00:09:53,040 --> 00:10:08,080 və əlbəttə ki, gələcəkdə daha da çətinləşəcək, inşallah – lakin başda Amerika olmaqla onun himayəçilərinin də səyləri son dərəcə gərginləşdi. 51 00:10:09,040 --> 00:10:18,800 Livanda gənc, mömin və fədakar insanları özündə birləşdirən “Hizbullah” qüvvələrinin ortaya çıxması, Fələstinin öz sərhədləri içərisində 52 00:10:19,200 --> 00:10:27,760 “Həmas” və “İslami cihad” kimi stimullu müqavimət dəstələrinin təşkil olunması nəinki İsrailin başında duranları, 53 00:10:28,080 --> 00:10:35,120 həmçinin Amerikanı və Fələstinin Qərbdəki digər bədxahlarını da narahat edərək qorxutdu 54 00:10:35,840 --> 00:10:44,080 və regionun daxilindən, ərəb toplumunun öz içindən kömək almağı İsrail rejiminin nəzəri 55 00:10:44,080 --> 00:10:49,840 və maddi-texniki dəstəyi sayəsində onların planları sırasında ən başa keçirdi. 56 00:10:51,040 --> 00:11:01,040 Onların apardığı genişhəcmli işlərin nəticəsi bu gün bəsi ərəb dövlətlərinin başçılarının, həmçinin ərəb dünyasının bəzi xain mədəni 57 00:11:01,600 --> 00:11:09,760 və siyasi fəallarının danışığında və davranışında açıq-aşkar surətdə göz önündədir. 58 00:11:10,480 --> 00:11:18,960 Bu gün mübarizə müstəvisində hər iki tərəfdən növbənöv fəaliyyətlər müşahidə olunur. 59 00:11:19,760 --> 00:11:32,800 Bir fərqlə ki, müqavimət cəbhəsi günbəgün artan güc və ümidlə irəli gedir, 60 00:11:33,200 --> 00:11:46,240 əksinə, zülm, küfr və imperializm cəbhəsi isə günbəgün gücünü və ümidini daha da itirir. 61 00:11:46,960 --> 00:11:59,200 Bu iddianın sübutu isə budur ki, bir vaxtlar ildırım sürətli və sarsılmaz hesab olunan, 62 00:11:59,680 --> 00:12:07,040 üstünə hücum çəkən iki ölkənin böyük ordularını bir neçə gün ərzində durdurmağa qadir olan İsrail ordusu 63 00:12:07,520 --> 00:12:18,880 bu gün Livan və Qəzzadakı mübariz xalq qüvvələri qarşısında geri çəkilib məğlubiyyətini etiraf etməyə məcbur olur. 64 00:12:21,760 --> 00:12:31,760 Buna baxmayaraq, mübarizə meydanı yenə də son dərəcə təhlükəli, dəyişkən olaraq qalır və daim diqqət tələb edir. 65 00:12:33,840 --> 00:12:39,840 Bu mübarizənin predmeti kifayət qədər mühüm, taleyüklü və həyati bir məsələdir. 66 00:12:40,160 --> 00:12:51,520 Əsas hesablamalarda hər cür diqqətsizlik, səhlənkarlıq və xəta böyük ziyanlar vura bilər. 67 00:12:53,040 --> 00:13:01,360 Bütün bu məqamlara əsasən, Fələstin məsələsinə görə narahatlıq keçirən hər kəsə bir neçə tövsiyə etmək istəyirəm: 68 00:13:01,840 --> 00:13:14,080 Fələstin uğrunda mübarizə Allah yolunda cihad, İslam dinində vacib hesab olunan və bəyənilən bir əməldir. 69 00:13:14,480 --> 00:13:28,720 Belə bir mübarizədə qələbəyə zəmanət verilib, ona görə də bu meydanda mübarizə aparan bir insan hətta qətlə yetirilsə belə, – yəni iki uğurdan: qələbə və ya şəhadətdən birini əldə etmiş olur. 70 00:13:29,520 --> 00:13:43,600 Bundan başqa, Fələstin məsələsi həm də bir humanitar problemdir. Milyonlarla insanın öz yurd-yuvasından – 71 00:13:44,640 --> 00:13:59,440 özü də qətl və cinayətlərlə – didərgin salınması hər bir insanın vicdanını sızladar, üstəlik əgər təpərli və şücaətli bir insandırsa, onu mübarizəyə vadar edər. 72 00:14:00,000 --> 00:14:09,600 Deməli, problemi yalnız Fələstinlə və ya maksimum ərəb dünyası ilə məhdudlaşdırmaq açıq-aydın yanlışdır. 73 00:14:10,800 --> 00:14:24,640 Fələstin partiyalarının, yaxud bir neçə ərəb ölkəsi başçısının əldə etdiyi razılaşma ilə bu dini və insani məsələnin üstündən keçib getməyin mümkün ola biləcəyini güman edənlər 74 00:14:24,640 --> 00:14:33,040 məsələnin dərkində son dərəcə yanılır və onu təhrif etmək xəyanətini öz üzərinə götürmüş olurlar. 75 00:14:33,600 --> 00:14:49,280 Bu mübarizənin hədəfi Fələstin torpaqlarının bütünlüklə – İordan çayından Aralıq dənizinə qədər – azad edilməsi və bütün fələstinlilərin öz yurd-yuvalarına qaytarılmasıdır. 76 00:14:50,400 --> 00:15:03,440 Fələstin dövlətinin bu diyarın bir küncünə sıxışdırılması, özü də bunun ədəbsiz sionistlərin leksikonunda qeyd edilən 77 00:15:03,920 --> 00:15:10,720 təhqiramiz bir tərzdə edilməsi nə haqq-ədalət axtarışından, nə də reallığı görməkdən xəbər verir. 78 00:15:12,080 --> 00:15:24,800 Reallıq budur ki, bu gün milyonlarla fələstinli bu böyük cihada əzm göstərəcək və əlbəttə ki, Allahın yardımına 79 00:15:25,280 --> 00:15:34,960 və son qələbəyə əmin olacaq dərəcədə yüksək təfəkkür, təcrübə və özünəinama yetişib. Hansı ki müqəddəs Qurani-Kərimdə buyurulur: 80 00:15:35,440 --> 00:15:42,160 “Allah Ona (öz dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir!” (“Həcc” surəsi, 40-cı ayə) 81 00:15:43,040 --> 00:15:52,800 Şübhəsiz, dünyanın hər yerində əksər müsəlmanlar onlarla həmdərd olacaq və öz köməyini əsirgəməyəcəklər, inşallah. 82 00:15:53,120 --> 00:16:07,280 Bu mübarizədə şəriətin qəbul etdiyi istənilən halal vasitədən, o cümlədən dünya ictimaiyyətinin dəstəyindən istifadə etməyə icazə verilsə də, 83 00:16:07,680 --> 00:16:20,880 mən altını cızaraq vurğulamaq istəyirəm ki, Qərb dövlətlərinə, həmçinin zahirən, yaxud mahiyyətcə onlardan asılı olan beynəlxalq təşkilatlara inanmaq olmaz. 84 00:16:22,480 --> 00:16:31,680 Onlar təsir gücünə malik olan istənilən islami təsisatın varlığına düşməndirlər. İnsanların və xalqların hüquqları onların vecinə deyil. 85 00:16:32,560 --> 00:16:38,960 İslam ümmətinə qarşı törədilən cinayətlərin, müsəlmanların aldığı zərbələrin icraçısı elə onlar özləridir. 86 00:16:39,760 --> 00:16:52,560 İndiyə qədər hansı beynəlxalq təşkilat və ya cinayətkar dövlət neçə-neçə müsəlman, yaxud ərəb ölkəsində törətdiyi terrora, 87 00:16:52,560 --> 00:16:59,840 soyqırımına, müharibəyə, bombardmana, süni qıtlığa görə cavabdehlik daşıyıb? 88 00:17:00,800 --> 00:17:11,920 Bu gün dünya yer kürəsində koronavirus qurbanlarının sayını bircə-bircə hesablayır, amma indiyə qədər heç kəs soruşmayıb və soruşmur ki, 89 00:17:12,320 --> 00:17:25,520 Amerika və Avropanın müharibə və konfliktləri körüklədiyi ölkələrdə şəhid edilmiş, əsir götürülmüş, həyatını itirmiş yüz minlərlə insanın qatili kimdir, bütün bunlara görə kim məsuliyyət daşıyır? 90 00:17:26,640 --> 00:17:39,040 Əfqanıstanda, Yəməndə, Liviyada, İraqda, Suriyada və digər ölkələrdə axıdılmış bu qədər nahaq qanlara görə məsuliyyət kimin üzərinə düşür? 91 00:17:40,320 --> 00:17:48,160 Fələstində törədilən cinayətlərdə, qarətlərdə, təxribat və zülümlərdə kim məsuliyyət daşıyır? 92 00:17:49,040 --> 00:17:56,960 Nəyə görə heç kim İslam dünyasındakı milyonlarla məzlum uşaq, qadın və kişinin hesabını aparmır? 93 00:17:57,440 --> 00:18:06,720 Nəyə görə heç kim qətli-am edilən müsəlmanlara başsağlığı vermir? Nəyə görə milyonlarla fələstinli 94 00:18:07,280 --> 00:18:18,720 70 il ev-eşiyindən uzaq düşüb sürgün həyatı yaşamalıdır? Və nəyə görə Qüdsi-Şərif – müsəlmanların ilk qibləsi təhqir olunmalıdır? 95 00:18:19,520 --> 00:18:30,880 Adını “Millətlər Təşkilatı” qoymuş o təşkilat öhdəsinə düşən vəzfələri yerinə yetirmir, insan haqları iddiasında olan qurumlarsa ölü vəziyyətdədir. 96 00:18:31,520 --> 00:18:40,880 “Qadın və uşaq hüquqlarının müdafiəsi” şüarı Fələstin və Yəmənin məzlum körpələrinə və qadınlarına şami olunmur. 97 00:18:41,840 --> 00:18:50,000 Zalım Qərb dövlətləri və onlardan asılı olan beynəlxalq təşkilatlar bu vəziyyətdədir. 98 00:18:50,640 --> 00:19:01,360 Onların sözü ilə oturub-duran bəzi region dövlətlərinin nə qədər rüsvayçı və həyasız olduqlarını da sözlə ifadə etmək çətindir. 99 00:19:02,480 --> 00:19:10,880 Odur ki qeyrətli və dindar müsəlman toplumları özlərinə, öz daxili gücünə arxalanmalı, 100 00:19:11,600 --> 00:19:20,960 qüdrətli əllərini işə salıb Allaha inam və təvəkküllə əngəlləri aşmalıdırlar. 101 00:19:21,280 --> 00:19:33,040 Bir mühüm məqam da var ki, İslam dünyasının üzdə olan siyasətçilərinin və hərbçilərinin diqqətindən yayınmamalıdır: 102 00:19:33,360 --> 00:19:40,880 Amerika və sionistlər qarşıdurmaları müqavimət cəbhəsinin arxasına daşımaq siyasəti güdürlər. 103 00:19:42,080 --> 00:19:49,280 Suriyada vətəndaş müharibəsinin alovlandırılması, Yəmənin blokadası və gecə-gündüz davam edən qırğınlar, 104 00:19:49,920 --> 00:19:59,280 İraqda törədilən terror və təxribat əməlləri, İŞİD-in ortaya atılması, habelə bəzi digər region ölkələrində baş verən analoji hadisələr 105 00:19:59,280 --> 00:20:09,520 hamısı müqavimət cəbhəsinin başını qatıb İsrailə şans yaratmaq məqsədilə qurulan hiylələrdir. 106 00:20:10,560 --> 00:20:21,360 Müsəlman ölkələrinin bəzi siyasətçiləri bilmədən, bəziləri isə bilə-bilə düşmənin bu hiylələrinə xidmət edirlər. 107 00:20:22,560 --> 00:20:35,360 Bu xəbis siyasətin icrasının qarşısını almağın əsas yolu bütün İslam dünyasında qeyrətli gənclərin öz iradə və tələblərini ciddi bir şəkildə ortaya qoymasıdır. 108 00:20:35,920 --> 00:20:48,000 Bütün müsəlman, xüsusilə də ərəb ölkələrində gənclər Böyük İmam Xomeyninin (r.ə) bu tövsiyəsini diqqətdən qaçırmamalıdırlar: 109 00:20:48,000 --> 00:20:56,640 “Amerikaya, – əlbəttə ki, həm də sionist düşmənə, – səsiniz yetdiyi qədər bağırın!” 110 00:20:57,520 --> 00:21:13,040 İsrailin regiondakı iştirakını adiləşdirmək siyasəti ABŞ-ın başlıca siyasətlərindən biridir. 111 00:21:13,840 --> 00:21:21,920 Regionda Amerikanın əlbuyruqçusu rolunu oynayan bəzi ərəb dövlətləri 112 00:21:22,880 --> 00:21:31,520 bu xüsusda İsraillə iqtisadi əlaqələr qurmaq və sair bu kimi ön hazırlıqlar görməyə başlayıblar, 113 00:21:32,640 --> 00:21:36,480 lakin bütün bu səylər tamamilə puç və nəticəsizdir. 114 00:21:36,960 --> 00:21:48,160 İsrail rejimi bu region üçün mütləq surətdə ziyanlı, öldürücü bir törəmədir və şübhə yox ki, bir gün kökündən kəsilib atılacaq, 115 00:21:49,360 --> 00:21:58,240 imperializmin bu siyasətinin dəyirmanına su tökənlərə qalan isə rüsvayçılıq və üzüqaralıq olacaq. 116 00:21:59,040 --> 00:22:09,280 Bəziləri bu çirkin davranışlarını: “İsrail bu regionda bir reallıqdır”, – deyə izah edib əsaslandırırlar, 117 00:22:09,840 --> 00:22:19,040 lakin bir şeyi unudurlar ki, ziyanlı və öldürücü reallıqlarla mübarizə aparıb onları kənarlaşdırmaq lazımdır. 118 00:22:19,680 --> 00:22:27,520 Bu gün koronavirus bir reallıqdır və bütün şüurlu insanlar ona qarşı mübarizə aparmağı vacib hesab edirlər. 119 00:22:28,080 --> 00:22:40,160 Köhnə bir virus olan sionizm virusu da, heç şübhəsiz, bundan belə varlığını davam etdirə bilməyəcək, gənclərin əzm, iman və qeyrəti sayəsində bu regionda onun kökü kəsiləcək. 120 00:22:41,280 --> 00:22:50,000 Mənim əsas tövsiyəm budur ki, mübarizə bundan sonra da davam etdirilsin, 121 00:22:50,400 --> 00:23:02,800 cihad təşkilatları daha da mütəşəkkil vəziyyətə gətirilsin, öz aralarında sıx əməkdaşlıq edərək cihad hərəkatını bütün Fələstin ərazisində genişləndirsinlər. 122 00:23:03,760 --> 00:23:16,080 Bu müqəddəs cihadda Fələstin xalqına hamı kömək etməlidir. Mübarizə aparan fələstinlilərə hər kəs möhkəm arxa-dayaq olub maddi dəstək verməlidir. 123 00:23:17,120 --> 00:23:25,680 Biz bu yolda əlimizdən gələni qürurla edəcəyik. 124 00:23:26,240 --> 00:23:38,000 Nə vaxtsa biz özümüz üçün müəyyən etdik ki, mübariz fələstinlilər dindar, qeyrətli və şücaətlidirlər və onların yeganə problemi əliboş olmaları, silah və hərbi texnikalarının olmamasıdır. 125 00:23:40,000 --> 00:23:49,520 Allahın kömək və hidayəti ilə, lazımi tədbirləri gördük, nəticədə Fələstində güclərin balansı dəyişdi 126 00:23:49,920 --> 00:23:59,600 və bu gün Qəzza sionist düşmənin hərbi hücumlarının qarşısında durub ona qalib gələ bilir. 127 00:24:00,640 --> 00:24:13,120 “İşğal olunmuş” adlandırılan ərazilərdə də belə bir balans dəyişikliyinin yaranması Fələstin problemini yekunlaşdıra bilər. 128 00:24:14,320 --> 00:24:26,880 Bu məsələdə Fələstin Muxtariyyətinin öhdəsinə böyük bir vəzifə düşür. Yırtıcı düşmənlə yalnız öz gücünü hiss etdirərək, iqtidar mövqeyindən danışmaq olar 129 00:24:28,000 --> 00:24:35,120 və Allaha şükürlər olsun ki, şücaətli və mübariz Fələstin xalqında bu iqtidarı ələ almaq üçün lazım olan zəmin hazırdır. 130 00:24:35,920 --> 00:24:41,280 Bu gün fələstin gəncləri öz heysiyyətini qorumaq şövqü ilə yanır. 131 00:24:41,680 --> 00:24:50,800 Fələstində “Həmas” və “İslami Cihad”, Livanda “Hizbullah” hansı yolu tutmağın doğru olduğunu hamıya sübut etdi. 132 00:24:51,600 --> 00:25:03,520 Dünya İsrail ordusunun Livan sərhədlərini pozub Beyruta qədər irəlilədiyi, 133 00:25:04,320 --> 00:25:13,120 Ariel Şaron adlı qatil cinayətkarın Səbra və Şətilada qan gölü yaratdığı günləri 134 00:25:14,240 --> 00:25:27,040 unutmayıb və unutmayacaq! Həmçinin dünya həmin o ordunun “Hizbullah”ın əzici zərbələri altında 135 00:25:27,520 --> 00:25:39,840 saysız-hesabsız itkilərlə məğlubiyyətini etiraf edərək Livan sərhədlərindən geri çəkilib atəşkəs üçün yalvarmağa məcbur qaldığı günü də unutmayıb və unutmayacaq! 136 00:25:40,960 --> 00:25:51,920 Əlidolu, güc və iqtidarı olmaq budur! 137 00:25:53,120 --> 00:26:06,960 Qoy Səddama kimyəvi silah satdığı üçün əbədi olaraq xəcalət çəkməli olan hansısa Avropa dövləti vüqarlı və mübariz “Hizbullah”ı qanunsuz bir qurum hesab etsin! 138 00:26:07,840 --> 00:26:13,600 Qanunsuz olan, İŞİD-i yaratmış Amerikadır, 139 00:26:14,240 --> 00:26:25,120 Səddama verdikləri kimyəvi maddələr ucbatından İranın Banəsində və İraqın Hələbçəsində minlərlə insanın ölümünə səbəb olmuş o Avropa dövlətləridir! 140 00:26:26,080 --> 00:26:36,960 Və son olaraq demək istəyirəm ki, Fələstin fələstinlilərindir və onların iradəsi əsasında idarə olunmalıdır. 141 00:26:37,600 --> 00:26:49,200 Bizim hələ 20 il bundan əvvəl təklif etdiyimiz kimi, Fələstində yaşayan bütün etnik qruplar və dini konfessiyalar arasında referendumun keçirilməsi layihəsi 142 00:26:49,520 --> 00:26:56,880 Fələstinin hazırkı və gələcək əzab-əziyyətlərindən yeganə çıxış yolu ola bilər. 143 00:26:57,360 --> 00:27:08,080 Bu layihə onu göstərir ki, Avropa dövlətlərinin öz ruporları vasitəsilə dünyaya car çəkdikləri anti-semitizm iddiaları tamamilə puç və əsassızdır. 144 00:27:08,720 --> 00:27:21,600 Bu layihəyə görə, müsəlman, yəhudi və xristian fələstinlilər hamısı birlikdə bir referenduma qatılıb Fələstinin siyasi quruluşunu müəyyən edəcəklər. 145 00:27:22,320 --> 00:27:26,640 Sionist rejim mütləq getməlidir 146 00:27:27,600 --> 00:27:33,920 və sionizmin özü yəhudiliyə tamamilə yad, bu dinə sonradan gətirilmiş bir bidətdir. 147 00:27:34,480 --> 00:27:46,640 Sonda Şeyx Əhməd Yasin, Fəthi Şəqqaqi, Seyid Abbas Musəvidən tutmuş 148 00:27:47,200 --> 00:27:56,720 İslamın böyük sərkərdəsi, müqavimətin unudulmaz siması Şəhid Qasim Süleymaniyə 149 00:27:57,360 --> 00:28:06,720 və böyük İraq mücahidi Şəhid Əbu Mehdi Mühəndisə qədər – bütün Qüds şəhidlərinin xatirəsini ehtiramla yad edir, 150 00:28:07,360 --> 00:28:17,680 şərəf və cihad yolunu üzümüzə açmış dahi liderimiz İmam Xomeyninin (r.ə) ruhuna rəhmət deyir, 151 00:28:18,080 --> 00:28:28,880 həmçinin bu yolda illərlə çalışıb-vuruşmuş mücahid qardaşımız Hüseyn Şeyxül-İslama da Allahdan rəhmət diləyirəm. 152 00:28:29,920 --> 00:28:42,720 Sonda məni eşidən və seyr edən hər kəsə bunu demək istəyirəm: bu il ilk Qüds günüdür ki, 153 00:28:44,000 --> 00:28:55,120 əzizimiz Qasim Süleymani bizimlə yoxdur. Qoy onun ruhunu şad etmək üçün hər kəs bir “Həmd” və bir “Qul huvəllah” oxusun. 154 00:28:55,600 --> 00:29:06,400 بِسْمِ اللَّهِ الرَّحمانِ الرَّحِيمِ ﴿۱﴾ اَلحَمدُ لِلّهِ رَبِّ العَالَمِينَ ﴿۲﴾ الرَّحمانِ الرَّحِيمِ ﴿۳﴾ مَالِکِ يَومِ الدِّينِ ﴿۴﴾ إِيَّاکَ نَعبُدُ وَ إِيَّاکَ نَستَعِينُ 155 00:29:06,400 --> 00:29:17,760 اِهدِنَا الصِّرَاطَ المُستَقِيمَ ﴿۶﴾ صِرَاطَ الَّذِينَ أَنعَمتَ عَلَيهِمْ غَيرِ الْمَغضُوبِ عَلَيهِمْ وَلَا الضَّالِّينَ 156 00:29:17,760 --> 00:29:28,800 بِسْمِ اللّهِ الرَّحمانِ الرَّحِيمِ قُل هُوَ اللَّهُ أَحَدٌ ﴿۱﴾ اللَّهُ الصَّمَدُ ﴿۲﴾ لَمْ يَلِدْ وَ لَمْ يُولَدْ ﴿۳﴾ وَ لَمْ يَکُنْ لَهُ کُفُوًا أَحَدٌ 157 00:29:29,120 --> 00:29:31,920 Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.