1 00:00:00,400 --> 00:00:03,040 Bağışlayan və Mehriban Allahın adı ilə. 2 00:00:04,000 --> 00:00:13,840 و الحمدلله ربّ العالمين و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي‌القاسم المصطفي محمّد 3 00:00:14,560 --> 00:00:22,960 و آله الطّيّبين الطّاهرين المعصومين سيّما بقيّة الله في الارضين 4 00:00:27,200 --> 00:00:44,960 Bu gün dahi liderimiz İmam Xomeyninin anım mərasimi həmişəkindən fərqli şəkildə qeyd olunur. 5 00:00:49,520 --> 00:01:00,480 Mərasimin necə keçirilməsi önəmli deyil. Əsas və önəmli olan odur ki, dahi öndərimiz İmam Xomeyni haqqında danışacağıq, 6 00:01:02,480 --> 00:01:12,560 bu söhbətlərə isə ölkəmizin bu günü və sabahı üçün bizim ehtiyacımız var. 7 00:01:14,400 --> 00:01:31,040 İmamı fiziki olaraq itirdiyimiz gündən illər keçsə də, o bizim aramızda hələ də yaşayır, yaşamalıdır 8 00:01:31,600 --> 00:01:43,680 və biz onun varlığından, mənəviyyatından, məfkurəsindən və istiqamətləndirmələrindən faydalanmalıyıq. 9 00:01:46,400 --> 00:02:00,000 Bu gün mən dahi İmam Xomeyninin mühüm keyfiyyətlərindən biri haqda danışmaq istəyirəm; 10 00:02:01,280 --> 00:02:10,720 əlbəttə ki, o, çoxaspektli bir şəxsiyyətə, çoxsaylı güclü cəhətlərə malik olan bir insan idi.Dəyişikliklərə can atmaq və dəyişiklik yaratmaq İmamın ən qabarıq xüsusiyyətlərindən idi Bu gün mən dahi İmam Xomeyninin mühüm keyfiyyətlərindən biri haqda danışmaq istəyirəm; əlbəttə ki, o, çoxaspektli bir şəxsiyyətə, çoxsaylı güclü cəhətlərə malik olan bir insan idi. 11 00:02:12,560 --> 00:02:22,800 Bu gün haqqında bəhs edəcəyim xüsusiyyət isə dahi İmam Xomeyninin ən qabarıq və ən önəmli keyfiyyətlərindən biridir: 12 00:02:22,800 --> 00:02:36,240 İmamın dəyişikliklərə can atmaq və dəyişiklik yaratmağı bacarmaq xüsusiyyəti. 13 00:02:39,760 --> 00:02:47,040 İmam həm mənən daim dəyişikliklərə can atan bir insan idi, həm də dəyişiklik yaratmağı bacarırdı. 14 00:02:48,560 --> 00:02:59,840 Dəyişiklik yaratmaq baxımından da o öz rolunu yalnız bir müəllim, ustad, dərs deyən kimi oynamırdı. 15 00:03:00,160 --> 00:03:11,920 O, əməliyyatı daxildən idarə edən bir komandan, həqiqi mənada bir lider rolu oynayırdı. 16 00:03:17,440 --> 00:03:26,800 İmam öz zəmanəsində 17 00:03:27,280 --> 00:03:37,120 cürbəcür sahələrdə çoxsaylı dəyişikliklər yaratdı. Bu gün mən onlardan bir neçəsini qeyd edəcəyəm. 18 00:03:40,160 --> 00:03:50,000 Əvvəla, o böyük insanda dəyişikliklərə can atmaq ruhiyyəsi çoxdan var idi. 19 00:03:50,560 --> 00:04:04,160 Bu onda islami hərəkatın başlanğıcında – 1341-ci ildə yaranmış bir şey deyildi. O hələ gəncliyindən 20 00:04:04,960 --> 00:04:15,200 dəyişikliklər arzulayan biri olmuşdu. İmamın gənc ikən – ikən – təxminən 30 yaşlarında 21 00:04:15,920 --> 00:04:27,280 mərhum Vəziri Yəzdinin dəftərində yazdığı bir qeyd bunun bariz göstəricisidir. 22 00:04:27,280 --> 00:04:37,120 Mərhum Vəziri İmamın öz dəst-xəti ilə olan o yazını mənə göstərmişdi. Sonralar çap da olunub, çoxları o yazı ilə tanışdır. 23 00:04:37,600 --> 00:04:40,480 Həmin yazıda İmam Xomeyni 24 00:04:40,480 --> 00:04:45,520 camaatı qalxıb Allah yolunda iş görməyə dəvət edən şərif قُل إِنَّما أَعِظُکُم بِواحِدَةٍ أَن تَقوموا لِلَّهِ مَثنيٰ وَ فُراديٰ 25 00:04:46,880 --> 00:04:55,440 “Allah xatirinə (məni dinlədikdən sonra məclisimdən) iki-iki, bir-bir durun (durub gedin)...”(“Səba” surəsi, 46-cı ayə) – ayəsini qeyd edir. Onda belə bir ruhiyyə var idi. 26 00:04:57,040 --> 00:05:05,280 İmam bu ruhiyyəsini əmələ çevirdi və qeyd etdiyim kimi, böyük dəyişikliklərə imza atdı. 27 00:05:06,960 --> 00:05:14,560 İmam təkcə sözdə, göstərişlər verməklə yox, meydanda olub iş görməklə dəyişikliklər yaratdı. 28 00:05:15,920 --> 00:05:25,920 Qumda bir qrup gənc tələbənin ruhiyyəsində dəyişiklik yaratmağından tutmuş – 29 00:05:26,960 --> 00:05:40,400 bir azdan bu barədə də ətraflı danışacağıq – bütövlükdə İran xalqında genişmiqyaslı dəyişiklik yaratmağına qədər. 30 00:05:42,000 --> 00:05:54,400 Dediyim Qum məsələsi İmamın orada keçdiyi əxlaq dərslərindən ibarətdir. Hələ inqilabi hərəkat başlamazdan on illər əvvəl 31 00:05:54,720 --> 00:06:05,280 İmam illərlə Qumda fiqh, üsuliddin və fəlsəfə dərslərindən əlavə, əxlaq dərsi də demişdi, əxlaq mövzusunda söhbətlər aparmışdı. 32 00:06:05,680 --> 00:06:13,040 Əlbəttə, biz Quma gedəndə artıq o dərslər bir neçə il idi ki, dayandırılmışdı, keçilmirdi. 33 00:06:13,520 --> 00:06:23,760 Amma o əxlaq dərslərinin şahidi olanlar danışırdılar ki (İmam Xomeyni həftədə bir dəfə “Feyziyyə” mədrəsəsinə gedir, 34 00:06:23,760 --> 00:06:33,920 gənc din tələbələri toplaşıb onun söhbətlərini dinləyirdilər) o danışanda məclisi tamamilə dəyişir, iştirakçılar mənən tamamilə başqa vəziyyətə düşürmüş. 35 00:06:34,960 --> 00:06:43,440 Əlbəttə, fiqh və üsul dərslərində biz də bunun şahidi olmuşduq. 36 00:06:44,000 --> 00:06:56,240 Yəni o hətta fiqh və üsul dərslərində də yeri düşdükcə əxlaq mövzusunda haşiyə çıxanda tələbələr zar-zar ağlayırdılar. İmam əxlaqi söhbətlər edəndə tələbələr göz yaşı tökürdülər. 37 00:06:56,240 --> 00:07:04,480 Onun danışığı bu qədər təsirli idi və insanda inqilabi ruhiyyə yaradırdı. Bu elə peyğəmbərlərin metodudur. 38 00:07:05,280 --> 00:07:18,400 Bütün peyğəmbərlər də öz hərəkatlarına insanlarda ruhi-mənəvi inqilab yaratmaqla başlayıblar. 39 00:07:18,720 --> 00:07:29,040 Əmirəlmöminin: لِيَستَأدوهُم ميثاقَ فِطرَتِه وَ يُذَکِّروهُم مَنسيَّ نِعمَتِه ... وَ يُثيروا لَهُم دَفائِنَ العُقول 40 00:07:29,840 --> 00:07:32,640 – deyə buyurarkən elə bunu nəzərdə tutur. “يَستَأدوهُم ميثاقَ فِطرَتِه” – 41 00:07:33,040 --> 00:07:41,600 yəni onlarda olan gizli insan fitrətini oyadıb 42 00:07:42,400 --> 00:07:51,760 hərəkətə keçməyə, ətrafdakıların əməllərini, atdığı addımları istiqamətləndirməyə vadar edirdilər. 43 00:07:52,400 --> 00:08:01,920 İmam Xomeyni də bu cür, bu yerdən başlamışdı. Əlbəttə, mən qətiyyətlə iddia edə bilmərəm ki, 44 00:08:02,480 --> 00:08:08,800 İmam o məclisləri sonralar böyük siyasi hərəkata çevrilməsi üçün təşkil edirmiş; mən bunu bilmirəm. 45 00:08:09,600 --> 00:08:21,840 Lakin burası dəqiqdir ki, əxlaq dərsləri ilə, qəlbləri əvvəlcədən hazırlamaqla hərəkat yaratmaq, insan fitrətini, 46 00:08:22,320 --> 00:08:30,960 insanların mənəvi instinktlərini oyatmaq dahi İmam Xomeyninin metodu idi. 47 00:08:31,440 --> 00:08:38,880 O, buradan başlayıb bütöv bir xalq səviyyəsində genişmiqyaslı dəyişikliklər etdi. 48 00:08:39,680 --> 00:08:47,600 İstər inqilabi mübarizənin getdiyi dövrdə – bu dəyişikliyə bəzi misalları irəlidə qeyd edəcəyəm – 49 00:08:47,600 --> 00:08:57,840 istərsə də inqilabın qələbəsindən sonra o, İran xalqında sözün əsl mənasında bir dəyişiklik yaratdı. 50 00:08:58,400 --> 00:09:06,240 Bir şeyə diqqət edin: İmam Xomeyni dəyişikliyi bütövlükdə İran xalqından gözləyirdi. 51 00:09:06,240 --> 00:09:15,600 İmam öz hərəkatına başlamazdan əvvəl də mübarizələr aparılırdı, İranda siyasi mübarizələr var idi, artıq onilliklər boyu 52 00:09:16,080 --> 00:09:23,680 müxtəlif qruplar mübarizəyə cəhd göstərirdilər, lakin onların fəaliyyəti uzağı müəyyən sayda tələbəni əhatə edirdi. 53 00:09:24,080 --> 00:09:32,480 100-150 nəfər tələbəni təsir altına alıb hansısa mərasimə cəlb edə bilirdilər. 54 00:09:33,600 --> 00:09:46,000 İmamın işində isə söhbət məhdud bir qrupdan, müəyyən sayda adamdan, yaxud hansısa ictimai təbəqədən getmirdi. Söhbət İran xalqından gedirdi. 55 00:09:46,640 --> 00:09:55,760 Xalq bir okean kimidir. Okeanda tufan yaratmaq hər kəsin işi deyil. 56 00:09:56,480 --> 00:10:06,000 Kiçik bir hovuzu dalğalandırmaq mümkündür, okeanı dalğalandırmaq isə nəhəng bir işdir. 57 00:10:06,480 --> 00:10:12,080 Xalq bir okeandır və İmam bu işi gördü, bu okeanı təlatümə gətirdi, dəyişikliklər yaratdı. 58 00:10:12,480 --> 00:10:19,360 Dəyişikliklərdən biri də xalqın ruhiyyəsində oldu: xalqımız təslimçilik, boyun əymə psixologiyasından qurtuldu. 59 00:10:19,840 --> 00:10:26,400 Bizim gəncliyimizdə, bu hərəkatın başladığını xatırladığımız vaxtlarda 60 00:10:26,960 --> 00:10:36,320 İran xalqı öz müqəddəratı ilə bağlı önəmli məsələlərə qətiyyən müdaxilə etmirdi, 61 00:10:36,320 --> 00:10:43,200 xalq əyilmişdi, təslim olmuşdu, öz həyatına qarşı iradəsiz idi. 62 00:10:43,840 --> 00:10:55,040 Xalqımızın davranışında, xarakterində o dinamika, meydanda olub öz tələblərini, 63 00:10:55,600 --> 00:11:02,880 özü də böyük və mühüm tələbələrini irəli sürmək kimi bir cəhət əsla yox idi. Bunu İmam yaratdı. 64 00:11:03,200 --> 00:11:12,160 O, əyilən və təslimçi xalqı dəyişib tələbkar bir xalqa çevirdi. 65 00:11:12,480 --> 00:11:21,840 İmamın o alovlu və üsyankar nitqləri 66 00:11:22,240 --> 00:11:35,280 bu xalqı elə silkələdi ki, o, tələbkar bir xalqa çevrildi. Bunun bariz nümunəsi 1341-ci ildə baş verən olaylar 67 00:11:35,280 --> 00:11:45,120 (inqilabi hərəkat da elə həmin ildən start götürdü), müxtəlif şəhərlərdə baş verən və sonradan 15 xordad hadisəsi ilə nəticələnən kütləvi xalq mitinqləridir. 68 00:11:45,600 --> 00:11:51,120 Hakim rejim 15 xordadda törətdiyi o qırğına baxmayaraq, bu hərəkatı durdura bilmədi. 69 00:11:51,120 --> 00:11:57,280 Mübarizənin sonuna qədər mitinqlər yenə də keçirilməkdə davam edirdi. 70 00:11:57,680 --> 00:12:01,680 Bu, İmamın yaratdığı heyrətamiz bir dəyişiklik idi. 71 00:12:03,600 --> 00:12:11,440 Digər bir dəyişiklik xalqın özünə, öz toplumuna olan baxışında idi. 72 00:12:11,840 --> 00:12:20,000 O vaxta qədər İran xalqı özünü həqir görürdü. 73 00:12:20,320 --> 00:12:33,680 Yəni bu xalqın hansısa super-dövlətlərin, böyük güclərin iradəsinə üstün gələ biləcəyi qətiyyən heç kimin ağlına da gəlməzdi; 74 00:12:34,240 --> 00:12:47,920 özü də təkcə qlobal güclərin yox, hətta ölkə daxilindəki güclərin, hansısa qurumların, tutalım, polis 75 00:12:48,320 --> 00:13:02,320 və ya təhlükəsizlik strukturlarının rəsmilərinin iradəsinə. Əsla heç kimin ağlına belə gəlməzdi ki, İran xalqı ona qarşı pis və təhlükəli niyyətə sahib olanların iradəsinə qalib gələ bilər. 76 00:13:03,440 --> 00:13:15,920 Xalq özünü həqir, zəlil sayır, özündə güc və bacarıq hiss etmirdi. İmam bunu qürur və özünəinamla dəyişdi, 77 00:13:16,720 --> 00:13:25,120 diktaturanın hakimiyyətini təbii bir hal hesab edən xalqı dəyişib, 78 00:13:25,440 --> 00:13:33,840 (o vaxt bu cür idi; o vaxt biz elə bilirdik ki, hökumətin başında kim durursa, 79 00:13:34,240 --> 00:13:41,360 onun iradəsi mütləq hakimdir; bunu adi və təbii bir şey hesab edirdik). 80 00:13:41,360 --> 00:13:49,120 öz hakimiyyət quruluşunu özü müəyynləşdirən bir xalqa çevirdi. 81 00:13:49,600 --> 00:14:00,400 Xalqın inqilab zamanı irəli sürdüyü şüarlar əvvəl “İslam dövləti”, “İslam hökuməti”, daha sonra isə “İslam Respublikası” oldu. 82 00:14:00,720 --> 00:14:10,000 Müəyyənləşdirən, tələb edən xalq özü idi. Sonradan da müxtəlif seçkilərlə ölkə prezidentini, 83 00:14:10,400 --> 00:14:17,520 hökumətin müxtəlif sferalarında çalışacaq rəsmiləri xalq özü təyin etdi. 84 00:14:17,760 --> 00:14:29,440 Yəni xalqın şüurunda oturuşmuş özünü həqir görmə psixologiyası tamamilə dəyişilib milli qürur və özünəinamla əvəz olundu. 85 00:14:30,320 --> 00:14:42,080 Digər bir dəyişiklik xalqın əsas tələblərində baş verdi. Yəni əgər o zaman, 86 00:14:42,480 --> 00:14:50,240 tutalım, bir qrup adamın hökumətdən, yaxud o dövrün vəzifə sahiblərindən hansısa tələbi var idisə də, bu hansısa küçədə asfalt örtüyünün dəyişilməsindən 87 00:14:50,240 --> 00:14:59,920 və ya hansısa küçənin belə deyil, başqa bir formada salınmasından o tərəfə gedib çıxmırdı. Camaatın tələbləri bu səviyyədə idi. 88 00:15:00,640 --> 00:15:11,280 Bunu istiqlal, azadlıq kimi tələblərlə dəyişdilər; yəni böyük amallarla. Və ya “Nə Şərq, nə Qərb!” şüarı. Xalqın istək və tələblərində elə bir dəyişiklik yarandı ki, 89 00:15:11,760 --> 00:15:21,360 insanlarımız xırda, cılız, lokal xarakterli tələblər yox, belə önəmli, böyük, bəşəri və qlobal xarakterli ideyalar irəli sürməyə başladılar. 90 00:15:22,240 --> 00:15:27,920 İmam Xomeyninin yaratdığı digər bir dəyişiklik dinə olan yanaşmada idi. 91 00:15:28,320 --> 00:15:40,480 O vaxta qədər camaat dini yalnız şəxsi məsələlər, ibadət, uzağı şəxsi vəziyyət üçün bir vasitə kimi görürdü; 92 00:15:40,480 --> 00:15:50,720 yalnız namaz, oruc, maliyyə məsələləri ilə bağlı dini vəzifələr, nikah, talaq və sair üçün lazımlı hesab edirdilər. Vəssalam, bu qədər. 93 00:15:50,720 --> 00:15:58,400 Dinin rolunu, məsuliyyətini, missiyasını yalnız bu çərçivədə görürdülər. 94 00:15:58,400 --> 00:16:17,280 İmam Xomeyni din üçün başqa rol və missiyaların tərifini verdi; hökumət qurmaq, sivilizasiya yaratmaq, cəmiyyəti və insanı tərbiyə etmək və sair bu kimi missiyalar. Xalqın dinə yanaşması tamamilə dəyişdi. 95 00:16:18,000 --> 00:16:28,480 Digər bir dəyişiklik isə gələcəyə baxışda idi. İnqilabi hərəkatın başladığı, İmamın meydana ayaq basdığı dövrdə 96 00:16:28,960 --> 00:16:36,480 bəzi azsaylı partiya və fraksiyalar müəyyən şüarlar irəli sürdüklərinə baxmayaraq, 97 00:16:37,040 --> 00:16:44,480 xalq öz gələcəyini görmürdü. 98 00:16:44,480 --> 00:16:54,080 Yəni xalqın gözləri önündə bir üfüq, bir perspektiv yox idi. Bu vəziyyət yeni İslam sivilizasiyasının yaradılması hədəfi ilə əvəzləndi. 99 00:16:54,080 --> 00:17:01,520 Yəni bu gün İran xalqına baxdığınız zaman gördükləriniz məhz İmam Xomeyninin qüdrətli əli vasitəsilə ərsəyə gəlib. 100 00:17:01,520 --> 00:17:08,800 Bu gün xalqımız yeni İslam sivilizasiyası yaratmaq, 101 00:17:09,280 --> 00:17:19,120 nəhəng müsəlman birliyinə nail olmaq, İslam ümməti təşkil etmək amalı ilə yaşayır. Ümumilikdə xalqın, kütlənin yanaşması budur. 102 00:17:19,520 --> 00:17:28,320 Bir qədər dar ixtisas çərçivəsində daha bir dəyişiklik strateji əhəmiyyətli ideoloji əsaslarda baş verdi. 103 00:17:28,960 --> 00:17:35,600 Bunu İmam etdi. Bu, dar bir ixtisas çərçivəsidir, teoloji məsələdir, 104 00:17:36,240 --> 00:17:41,200 fiqh, üsul və sair bu kimi sahələrin mütəxəssislərinə aiddir. 105 00:17:41,760 --> 00:17:52,080 İmam fiqhi hökumət quruluşu sferasına gətirdi. Ona qədər fiqh bu sahədən uzaq idi. 106 00:17:52,080 --> 00:17:59,680 Əlbəttə, “vilayəti-fəqih” məsələsi əsrlər boyu fəqihlər arasında olmuşdu, 107 00:18:00,000 --> 00:18:06,640 lakin onun reallaşmasına ümid olmadığı üçün 108 00:18:06,640 --> 00:18:15,280 heç vaxt bu məsələnin xırdalıqlarına getməmişdilər. İmam bunu fiqhi məsələlər sırasına gətirdi. 109 00:18:15,760 --> 00:18:23,600 Bu məsələni Nəcəf Teoloji Mərkəzində qaldırıb müzakirəyə çıxardı. 110 00:18:23,920 --> 00:18:35,520 Bu sahənin mütəxəssisləri üçün kifayət qədər sanballı və diqqətəlayiq elmi fikirlər ortaya qoydu. 111 00:18:36,080 --> 00:18:46,000 Yaxud “dövlətin mənafeyi” məsələsini də fiqhə gətirən İmam Xomeyni oldu; hansı ki “dövlətin mənafeyi” elə hamının mənafeyidir, milli mənafedir, 112 00:18:46,480 --> 00:19:00,160 bundan başqa bir şey deyil. Fiqh və üsul elmlərində məşhur olan, lakin o vaxta qədər xırda, şəxsi məsələlərdə tətbiq olunan “təzahüm” və “əhəm-mühüm” məsələsi 113 00:19:00,160 --> 00:19:12,560 ümumi miqyas aldı. Bu gün ölkənin idarəçiliyində dövlətin mənafeyi “əhəm-mühüm” prinsipi əsasında götür-qoy edilir. 114 00:19:12,880 --> 00:19:21,520 Yəni İmam bu şeyləri fiqhə gətirməklə fiqh elmi üçün çox böyük fürsət yaratmış oldu, müxtəlif məsələlərdə fiqhin təsir dairəsini genişləndirdi. 115 00:19:22,160 --> 00:19:27,520 Zənnimcə, teoloji mərkəzlər İmamın bu xidmətinin qədrini bilməli, 116 00:19:27,760 --> 00:19:36,480 onu alqışlamalı və ondan yararlanmalıdırlar. 117 00:19:38,160 --> 00:19:45,520 Əlbəttə, İmamın fiqh sahəsində gördüyü bu iş tam olaraq metodoloji əsaslara söykənir və qanunidir. 118 00:19:45,520 --> 00:19:52,160 İmamın təbirincə desək, “cəvahir fiqhi”nə əsaslanır, yəni fiqhdə bidət deyil, 119 00:19:52,800 --> 00:20:00,560 fəqihlərin tətbiq etdiyi adi fiqhi standartlardan düzgün istifadə şəklidir. 120 00:20:01,680 --> 00:20:10,640 Dinə, dini məsələlərə yanaşmada baş vermiş dəyişikliyin daha bir nümunəsi 121 00:20:11,120 --> 00:20:18,160 məsələlərə yenilikçi baxışla yanaşı, ibadətdə tələbkarlıq idi. 122 00:20:18,160 --> 00:20:30,400 Yəni İmam Xomeyni yenilikçi bir fəqih, yenilikçi bir ruhani idi, məsələlərə novator gözü ilə baxırdı, amma eyni zamanda dindarlığa, ibadətə həddən artıq tələbkarlıqla yanaşırdı. 123 00:20:30,800 --> 00:20:41,600 O dövrdə maarifçilik sahəsində fəal olan, o mövzularda danışan bəzi ruhanilər var idi. 124 00:20:42,080 --> 00:20:51,040 Ruhani, alim, dinşünas idilər, lakin müəyyən şəraitin təsiri altında 125 00:20:51,360 --> 00:21:00,080 ibadətə, dindarlığa lazımi qədər diqqət yetirmirdilər. Şəxsi ibadətlərini demirəm, yox, o məsələlərdə diqqətli idilər, 126 00:21:00,560 --> 00:21:05,040 lakin təbliğatlarında dindarlıq, ibadət məsələsi üzərində bir o qədər də durmurdular. 127 00:21:05,440 --> 00:21:14,400 İmam Xomeyni isə fiqhi, dini məsələlərə o yenilikçi yanaşmasına paralel olaraq, 128 00:21:14,400 --> 00:21:23,440 dindarlığın, Allah qarşısında bəndəlik və təslimkarlığın üzərində də möhkəm dururdu; həm şəri hökmlərdə, həm də dini mərasimlərdə. 129 00:21:23,840 --> 00:21:32,080 Nümunə olaraq, İmamın əzadarlığa, əza məcislərinə qarşı göstərdiyi o böyük həssaslıq 130 00:21:32,080 --> 00:21:37,200 onun nə dərəcədə dindar və ibadətkar olduğunun göstəricisidir. 131 00:21:37,840 --> 00:21:50,080 İmam Xomeyninin yaratdığı dəyişikliklərdən biri də gənc nəslə yanaşmada baş vermiş dəyişiklik idi; gənclərə münasibətdə. 132 00:21:51,040 --> 00:21:59,280 İmam gənclərin düşüncəsinə və əməllərinə etimad göstərdi. Bu, sözün əsl mənasında bir dəyişiklik idi. 133 00:22:00,160 --> 00:22:09,680 Yəni misal üçün, İmam yeni formalaşdırılan Keşikçi Korpusda 20 yaşlarında olan gəncləri rəhbər vəzifələrə təyin etdi. 134 00:22:10,080 --> 00:22:21,440 Onlar hamısı maksimum 30 yaşı olan gənclər idi, Keşikci Korpusun, Ordunun müxtəlif birləşmələrinin başında duran yüksək rütbəli zabitlər hamısı elə idi. 135 00:22:22,000 --> 00:22:27,680 buna baxmayaraq onlara böyük işlər həvalə olunmuşdu. 136 00:22:27,680 --> 00:22:38,960 Eynilə digər sahələrdə də; ədliyyə məsələlərində, digər yerlərdə də İmam məqbul hesab etdiyi gənclərə həddən artıq böyük etimad göstərirdi. 137 00:22:39,280 --> 00:22:44,720 O, gənclərin düşüncəsinə və işinə inanıb işləri onlara tapşırırdı. 138 00:22:45,200 --> 00:22:52,800 Əlbəttə, eyni zamanda İmam gənc olmayan kadrları da inkar etmirdi. 139 00:22:52,800 --> 00:23:01,120 Bu gün biz kadrların gəncləşdirilməsi haqda çox danışırıq, bəziləri elə bilirlər ki, gəncləşdirmə siyasəti 140 00:23:01,520 --> 00:23:12,000 yaşlı kadrları tamamilə işdən uzaqlaşdırmaq deməkdir. Xeyr, İmam Xomeyni qətiyyən bu fikirdə deyildi. O, İslam dövləti üçün mühüm bir ehtiyat, bir sərvət kimi gənclərin gücünə inanır, 141 00:23:12,320 --> 00:23:18,320 bir sərvət kimi gənclərin gücünə inanır, amma bununla yanaşı yaşlı kadrlara da eyni dərəcədə etimad edirdi. 142 00:23:18,720 --> 00:23:27,520 Tutalım, İmam məni Tehranın imam-cüməsi təyin etdiyi zaman (hansı ki o vaxt mən hələ o qədər də yaşlı deyildim) 143 00:23:28,000 --> 00:23:36,640 Kirmanşaha 80 yaşlı mərhum cənab Şəhid Əşrəfini, digər yerlərdə mərhum Şəhid Dəstğeybi, 144 00:23:36,640 --> 00:23:49,760 yaxud digər mehrab şəhidlərini təyin etmişdi. Onlar hamısı 60-70 yaşlı adamlar idi. 145 00:23:50,240 --> 00:24:02,800 Və ya silahlı qüvvələrdə; məsələn, Keşikçi Korpusda, qeyd etdiyim kimi, gəncləri qoymuşdu, Orduda isə Şəhid Fəllahini, yaxud misal üçün, mərhum Zəhirnejadı; 146 00:24:03,200 --> 00:24:12,800 onlar 60 və ondan da yuxarı yaşlarda olan insanlar idi, İmam onlardan istifadə etdi. “İmam gənclərə arxalanırdı” deyiriksə, 147 00:24:12,800 --> 00:24:23,040 bu o demək deyil ki,gənc olmayan kadrları tamamilə meydandan kənarlaşdırmışdı. Yaxud o vaxt “İmdad” Komitəsinə yaşca o qədər də gənc olmayan mərhum cənab Əsgərövladını qoymuşdu. 148 00:24:23,360 --> 00:24:32,080 Odur ki “İmam Xomeyni gənclərə etimad göstərdi” dediyimiz zaman (elə bu gün də biz inanırıq ki, gənclərə etimad göstərmək, 149 00:24:32,480 --> 00:24:38,960 ölkənin inkişafında gənc kadrlardan istifadə etmək lazımdır; az sonra mən bu mövzuya yenə toxunacağam) 150 00:24:39,280 --> 00:24:45,680 bu o deməkdir ki, gənclər ölkə üçün bir ehtiyat, bir sərvətdir və bu sərvətdən istifadə etməliyik. 151 00:24:45,680 --> 00:24:55,920 O demək deyil ki, yaşı və təcrübəsi olanlar varsa – hansı ki onlar özləri də bir sərvətdir – onlardan istifadə edilməməlidir. 152 00:24:56,560 --> 00:25:07,520 Bəli, İmam Xomeyni bura qədər saydığım bütün bu dəyişiklikləri yaratdı, lakin onun yaratdığı digər mühüm dəyişiklik – və bəlkə də, sadaladıqlarımdan daha mühüm dəyişiklik – 153 00:25:07,920 --> 00:25:14,080 dünya dövlətlərinə və super-güclərə yanaşmada baş verən dəyişiklikdir. 154 00:25:14,480 --> 00:25:22,160 O vaxt heç kəs təsəvvür etməzdi ki, Amerikanın sözünün üstünə söz demək, 155 00:25:22,480 --> 00:25:31,760 Amerikanın iradəsinin əksinə nə isə bir iş görmək olar. İmam elə bir iş gördü ki, Amerikanın başında duranlar özləri: 156 00:25:33,440 --> 00:25:44,400 “Xomeyni bizi təhqir etdi”, – dedilər. Doğurdan da, elə belə idi. İmam Xomeyni, onun komandasında olan insanlar, İmamın tövsiyə və göstərişləri ilə hərəkət edən gənclər 157 00:25:44,800 --> 00:25:55,200 super-gücləri sözün əsl mənasında təhqir etdilər. Onların iradəsini qırıb meydandan kənarlaşdırdılar. 158 00:25:55,200 --> 00:26:02,240 İmam göstərdi ki, super-güclər zərbə ala bilər, məğlub edilə bilər. Elə zaman da bunu göstərdi. 159 00:26:02,640 --> 00:26:11,680 Keçmiş Sovet İttifaqının aqibəti o cür oldu, Amerikanın hazırkı vəziyyətini, orada baş verən olayları da özünüz görürsünüz! 160 00:26:12,080 --> 00:26:23,520 Belə bir şey heç vaxt təsəvvür edilə bilməzdi. İmam o vaxtdan bunu xalqın fikrinə və ürəyinə saldı ki, onların zərbə ala, məğlub edilə biləcəyini bilsinlər. 161 00:26:23,840 --> 00:26:33,280 Mühüm olan məqam budur ki, bütün bu dəyişiklikləri həyata keçirmiş, sözün əsl mənasında Dəyişikliklər Lideri olan İmam Xomeyni 162 00:26:33,760 --> 00:26:40,720 bunların hamısını Uca Yaradandan bilirdi. İmam bunları özünə yox, Allah-taalaya aid edirdi. 163 00:26:42,400 --> 00:26:54,480 “Səhifeyi-İmam”da var, açın baxın. İmam gənclərin ruhiyyəsində baş verən o dəyişikliyə 164 00:26:54,800 --> 00:27:04,640 öz çıxışlarında dönə-dönə diqqət çəkərək bundan son dərəcə heyrətləndiyini bildirir. 165 00:27:05,040 --> 00:27:12,320 Bu işi İmam özü görmüşdü, onun öz əməyinin bəhrəsi idi, amma o bunu Allahdan bilirdi. 166 00:27:12,320 --> 00:27:14,160 Və elə doğrudan da, Allahdandır. 167 00:27:14,640 --> 00:27:17,280 لا حول و لا قوّة الّا بالله العليّ العظيم 168 00:27:17,600 --> 00:27:28,800 İstənilən güc və hərəkət yalnız qüdrət və əzəmət sahibi olan Allahdandır. İmam ما رَمَيتَ اِذ رَمَيت “(Ya Peyğəmbərim! Düşmənlərin gözünə bir ovuc torpar) atdığın zaman sən atmadın, Allah atdı”. – ayəsinə, həqiqətən də, sözün əsl mənasında inanırdı. 169 00:27:29,200 --> 00:27:39,120 O, gənclərin hərəkatına, onların ruhiyyəsində baş verən dəyişikliyə çox böyük diqqət yetirirdi, o proseslər ona həddən artıq heyrətamiz gəlirdi. 170 00:27:39,520 --> 00:27:51,840 İmam bir yerdə qeyd edir ki, gənclərin ruhiyyəsində baş verən bu dəyişiklik şah diktaturası üzərində qazanılmış qələbədən də əhəmiyyətlidir. 171 00:27:52,480 --> 00:28:03,440 Çünki diktatura üzərində qazanılmış qələbə tağut üzərində qələbə idi, gənclərdə baş vermiş o dəyişiklik isə Şeytanın üzərində qələbə idi. Şeytan isə tağutdan da vacibdir. 172 00:28:03,760 --> 00:28:18,080 Yəni o bütün bu proseslərə bu gözlə baxır, bu hadisələrdən çox heyrətlənirdi. Qeyd etdiyim məsələ barədə bu qədər. 173 00:28:18,400 --> 00:28:25,680 Odur ki, qeyd etdiyim kimi, İmam Xomeyni Dəyişikliklər Lideri idi. 174 00:28:25,680 --> 00:28:34,160 Bu gün biz bu söhbəti yalnız İmamın şəxsiyyəti haqda daha geniş məlumat almaq üçün etmirik; 175 00:28:35,200 --> 00:28:42,080 əlbəttə, bu da öz yerində əhəmiyyətlidir, lakin bu söhbətlər dərs götürmək üçündür. İmamdan dərs götürməliyik. 176 00:28:43,600 --> 00:28:52,240 İstənilən canlı və dinamik cəmiyyətin dəyişikliklərə ehtiyacı var. Bu gün bizim müxtəlif sahələrdə dəyişikliklərə ehtiyacımız var. 177 00:28:52,720 --> 00:29:06,320 Əlbəttə, bunu da deyim ki, İmamın vəfatından sonra ölkəmiz və inqilabımız dəyişikliklər tendensiyasından uzaqlaşmayıb. 178 00:29:06,720 --> 00:29:14,240 Yəni Allaha həmd olsun ki, İran xalqı İmam Xomeyninin dəyişikliklər kursunu davam etdirərək irəli gedə bilib. 179 00:29:14,640 --> 00:29:24,800 Biz müxtəlif sahələrdə sözün əsl mənasında dəyişikliklərə nail olmuşuq, keçmişdə olduğumuzdan daha da güclü 180 00:29:25,280 --> 00:29:31,040 və müəyyən məqamlarda daha da fəal olmuşuq; bunlar var. 181 00:29:31,440 --> 00:29:36,320 Elə nail olduğumuz elmi inkişaf balaca bir şey deyil, çox önəmli bir uğurdur. 182 00:29:36,320 --> 00:29:43,760 O vaxtlar elmi inkişaf baxımından biz əsla diqqət çəkməyən, qeyd olunası heç bir nailiyyəti olmayan bir vəziyyətdə idik. 183 00:29:43,760 --> 00:29:49,760 Bu gün isə elmi hərəkatımıza, bu sahədə göstərdiyimiz səylərə görə dünyada ön sıralarda yer alırıq. 184 00:29:50,160 --> 00:30:03,600 Yaxud müdafiə imkanlarımız; bu gün bizim müdafiə imkanlarımız, həqiqətən də, çəkindirici səviyyədədir. 185 00:30:04,000 --> 00:30:15,600 Bu, ölkəmizin əldə etdiyi çox mühüm bir nailiyyətdir. Və ya siyasət meydanı; bu gün ölkəmiz dünya arenasında nüfuza sahibdir. 186 00:30:15,600 --> 00:30:28,000 Hazırda İslam Respublikası qlobal arenada qüdrətli və ehtişamlı bir simada çıxış edir. Bütün bunlar baş vermiş diqqətəlayiq dəyişikliklərdir. 187 00:30:28,240 --> 00:30:39,840 Bu 30 ildə ölkənin hərəkatı, İmamın yaratdığı, dəyişikliklərə əsaslanan inkişaf kursu durmadan irəli gedib. 188 00:30:40,080 --> 00:30:48,880 Bəzi sahələrdə hələ reallaşmasa belə, transformativ infrastrukturlar da ərsəyə gəlib. 189 00:30:49,200 --> 00:31:00,240 Bunlar var, lakin kifayət deyil. Dediyim odur ki, bəzi sahələrdə dəyişikliklər etməmişik, 190 00:31:00,800 --> 00:31:14,720 bəzi məqamlarda isə geriləməmiz olub. Bu çox təəssüfləndirici, arzuolunmaz, qəbuledilməz bir məsələdir və İslam İnqilabının təbiətinə ziddir. 191 00:31:14,720 --> 00:31:24,640 İnqilab ardıcıl innovasiyalar, dəyişikliklər və inkişaf sayəsində aktual qala bilər. 192 00:31:24,960 --> 00:31:34,320 Dəyişiklik” deyəndə daha aydın bir formada daha üstün bir hala düşmək nəzərdə tutulur; 193 00:31:34,800 --> 00:31:45,520 yəni bir sıçrayış, böyük bir hərəkat. Bizim müxtəlif sahələrdə buna ehtiyacımız var idi, bəzi sahələrdə isə buna nail olmaq imkanımız əsla yox idi. 194 00:31:46,080 --> 00:31:55,520 İnqilabın əksi irticadır. Dünyada baş vermiş inqilabların çoxu irticaya düçar olub. 195 00:31:55,920 --> 00:32:01,040 Yəni 5, 10, 15 il inqilabdan sonra 196 00:32:01,600 --> 00:32:11,360 əzmsizlikləri ucbatından irticaya məruz qalaraq geriləyiblər. Bax bu irtica inqilabın əksidir. 197 00:32:11,680 --> 00:32:20,080 Və hər ikisi – həm inqilabi irəliləyiş, həm də irtica anlamında geriləmə – insanların iradəsindən asılıdır. 198 00:32:20,360 --> 00:32:29,080 İnsanlar düzgün davransalar, düzgün istiqamətdə irəli gedəcəklər. Yanlış hərəkət etsələr, 199 00:32:29,240 --> 00:32:37,000 geriləyəcəklər. Quranda da bunların hər ikisinə işarə olunur. Mübarək “Rəd” surəsində buyurulur: 200 00:32:37,200 --> 00:32:41,400 “Hər hansı bir tayfa öz tövrünü (nəfsində olanları) dəyişmədikcə (pozmadıqca), Allah da onun tövrünü (onda olanları, onun əhvalını) dəyişməz”. 201 00:32:41,560 --> 00:32:46,200 Kontekstindən belə anlaşılır ki, bu ayə o müsbət cəhəti nəzərdə tutur; 202 00:32:46,480 --> 00:32:51,240 yəni siz özünüzdə müsbət dəyişikliklər yaratdığınız zaman 203 00:32:51,720 --> 00:33:01,600 Allah-taala da sizi müsbət hadisələr, müsbət reallıqlarla üzləşdirir. İkincisi isə “Ənfal” surəsindədir: 204 00:33:01,880 --> 00:33:09,040 “Bir tayfa özünə bəxş edilən neməti (naşükürlük üzündən küfrə) dəyişməyincə, Allah da ona əta etdiyi neməti dəyişən (pisliyə çevirən) deyildir”. 205 00:33:09,200 --> 00:33:19,480 Burada isə mənfi cəhət, geriləmə nəzərdə tutulur. Buyurulur ki, Allah-taala bir qövmə hansısa neməti verəndə 206 00:33:19,720 --> 00:33:26,920 və o qövm həmin nemətlə düzgün davranmayanda Uca Yaradan o neməti onlardan geri alır. “Kumeyl” duasında da oxuyuruq: 207 00:33:26,920 --> 00:33:30,920 – “İlahi, nemətləri dəyişən günahlarımızı bizə bağışla”. 208 00:33:31,280 --> 00:33:38,560 Nemətin bu şəkildə dəyişilməsi, yəni nemətin insandan alınması iradədən qaynaqlanan bir şeydir. 209 00:33:38,560 --> 00:33:46,080 Biz həddən artıq diqqətli və ehtiyatlı olmalıyıq ki, bu hala düşməyək. 210 00:33:46,520 --> 00:33:54,800 Deməli, bizim dövlətimizdə bu olub, İmam Xomeyninin vəfatından sonra bu dəyişikliklər hərəkatı gedib, 211 00:33:54,800 --> 00:34:04,600 lakin mənim fikrimcə, mövcud olan səviyyə kifayət deyil. 212 00:34:05,000 --> 00:34:16,440 Müxtəlif arqumentlər əsasında deyə bilərəm ki, biz daha sivil bir ölkə və dövlət olmaq baxımından müxtəlif sahələrdə dəyişikliklərə nail ola bilərik. 213 00:34:17,000 --> 00:34:28,320 Amma bəli, müəyyən məqamlar var, mövcuddur; yəni mənim özümdən, gənclərimizdən, xalqımızdan və ziyalılarımızdan gözləntim budur ki, 214 00:34:28,320 --> 00:34:33,680 ehtiyac duyulan müxtəlif sahələrdə dəyişikliklərin həyata keçirilməsi barədə daim düşünsünlər. 215 00:34:33,960 --> 00:34:39,120 Hansı sahələrdə dəyişikliklər həyata keçirilməlidir – bu, ayrıca bir söhbətin mövzusudur, 216 00:34:39,280 --> 00:34:45,400 az sonra bu məsələyə müəyyən qədər toxunacağam, lakin dəyişiklik məsələsinin özündə də bəzi məqamlar var. 217 00:34:46,600 --> 00:34:55,760 Əgər sözün əsl və düzgün mənasında dəyişikliklərin olmasını istəyiriksə, bu məqamlara diqqət yetirməliyik. 218 00:34:56,040 --> 00:35:03,120 Həmin məqamlardan biri budur ki, dəyişiklik istəmək, mütləq surətdə, mövcud vəziyyətə etiraz etmək yox, 219 00:35:04,120 --> 00:35:15,640 daim daha yaxşı olmağa can atmaqdır. Dəyişiklik istəmək bu deməkdir; 220 00:35:16,600 --> 00:35:23,480 yəni hazırda əlində olanlarla kifayətlənməmək. Dəyişikliklər bundan qaynaqlana bilər. 221 00:35:23,480 --> 00:35:29,200 Əlbəttə, bəzi hallarda dəyişikliklər mövcud vəziyyətə etirazdan da başlanğıc götürə bilər, amma həmişə belə olmur. 222 00:35:29,640 --> 00:35:38,320 Bir çox hallarda dəyişiklik o deməkdir ki, biz əlimizdə olanlarla kifayətlənmirik, 223 00:35:38,480 --> 00:35:44,240 bir pillə daha yuxarı, bir mərhələ daha irəli keçmək istəyirik. 224 00:35:44,600 --> 00:35:52,800 Dəyişiklik istəmək üçün mütləq haradasa uğursuzluq hiss etməyimiz lazım deyil. Xeyr, ola bilsin ki, bəzi hallarda heç uğursuzluq hiss etməyək. 225 00:35:53,160 --> 00:36:01,400 Mən bu söhbətdən hansı nəticəni çıxarmaq istəyirəm? Demək istədiyim odur ki, müsbət dəyişikliklər əldə etdiyimiz sferalarda belə – misal üçün, elm sahəsində – 226 00:36:02,080 --> 00:36:11,120 heç kəs: “Biz artıq dəyişikliyə nail olmuşuq, daha heç nəyə ehtiyacımız yoxdur”, – deməməlidir. Xeyr, biz əlimizdə olanlarla, 227 00:36:12,160 --> 00:36:22,960 gəldiyimiz səviyyə ilə qane olmamalı, yenə də dəyişikliklər istəməli, bunu lazım bilməli və daim buna can atmalıyıq. 228 00:36:23,560 --> 00:36:31,880 Hətta müəyyən qədər dəyişikliklərə nail olduğumuz sahələrdə belə. 229 00:36:32,360 --> 00:36:47,200 Odur ki dəyişiklik öz irəliləyişində daha da sürətli tempə, sıçrayışa can atmaq, irticadan, 230 00:36:48,040 --> 00:36:52,880 stereotiplərin üzərində israrla durmaqdan çəkinmək deməkdir. 231 00:36:53,560 --> 00:37:08,600 Dəyişikliyin mənası budur və bu hətta hər hansı bir etiraz olmadığı sferalara da aiddir. Dəyişiklik məsələsi ilə bağlı qeyd olunası məqamlardan biri budur. 232 00:37:08,800 --> 00:37:17,560 İkinci məqam budur ki, düzgün dəyişikliklərə nail olmaq üçün nəzəri-ideoloji əsaslara ehtiyac var. 233 00:37:18,360 --> 00:37:24,800 Yəni ideoloji əsası olmayan hər bir hərəkatı dəyişiklik kimi qəbul etmək olmaz. 234 00:37:25,080 --> 00:37:36,120 Bəzi yüngül və səthi hərəkatları dəyişiklik hesab etmək doğru deyil. Dəyişiklik üçün ideoloji əsaslar olmalıdır. 235 00:37:36,120 --> 00:37:44,200 Tutalım, bu gün dəyişikliklərin tələb olunduğu məsələlərdən biri ədalət mövzusudur. 236 00:37:44,760 --> 00:37:50,160 Biz ədalət mövzusunda dəyişikliyə nail olmalıyıq və bu dəyişiklik ideoloji əsasa söykənməlidir. 237 00:37:50,520 --> 00:38:00,520 Ədalət sahəsində möhkəm və tam formalaşmış nəzəri-ideoloji əsaslarımız olmalı və yalnız bundan sonra ədalət mövzusunda dəyişikliklər barədə düşünməliyik. 238 00:38:00,520 --> 00:38:08,720 Bu ideoloji dayaq vacib şərtlərdən biridir və bizim mənəvi sərvətimiz əsasında formalaşdırılmalıdır. 239 00:38:08,880 --> 00:38:16,400 Yəni biz bu sahədə öz mənəvi sərvətimizdən bəhrələnməliyik. Bu sərvət isə İslam dininin hökmlərindən, 240 00:38:16,760 --> 00:38:25,720 müəyyən etdiyi qayda-qanunlardan, Qurani-Kərimin ayələrindən və Əhli-Beytdən (ə) gələn hədislərdən ibarətdir. Bunlardan istifadə etməli 241 00:38:26,160 --> 00:38:28,320 və bunların əsasında dəyişikliklər yaratmalıyıq. 242 00:38:28,520 --> 00:38:43,640 İmam Xomeyninin həyata keçirdiyi bütün dəyişikliklər də elə islami hərəkata, İslam dininin epistemoloji əsaslarına dayanırdı. İmam bu çərçivədə hərəkət edirdi. 243 00:38:43,640 --> 00:38:57,160 Belə bir nəzəri-ideoloji dayaq olmadan insanın etdiyi dəyişikliklər yanlış olacaq, o, böyük ehtimalla, yersiz addımlar atacaq 244 00:38:57,840 --> 00:39:04,920 və sonra da gördüyü işlərin üzərində düzgün bir formada israr edib durmayacaq. Yəni etdiyi dəyişikliklərdə sabitqədəm olmayacaq. 245 00:39:05,120 --> 00:39:16,200 Yadıma düşür, elə bizim öz inqilabımızda bəzi insanlar var idi ki, şövqlü inqilabçı idilər, 246 00:39:16,480 --> 00:39:25,480 lakin ideoloji əsasları, imanları möhkəm olmadığına, sarsılmaz nəzəri əsaslara 247 00:39:25,680 --> 00:39:33,920 və məntiqi arqumentlərə söykənmədiyinə görə bir müddət sonra, 248 00:39:34,520 --> 00:39:45,160 tutalım, gənclik yaşlarını bir qədər geridə qoyduqdan sonra köhnəliyin qalığına çevrildilər. İslam İnqilabı isə köhnəliyin qalıqlarının ümumiyyətlə əleyhinə idi; 249 00:39:45,840 --> 00:39:54,520 yəni inqilab keçmişin qalığı və əyri yolların yolçusu olan bir qrup adamı meydandan kənarlaşdırmışdı. 250 00:39:54,960 --> 00:40:06,440 Dünənin gənc inqilabçılarından bəziləri də gənc yaşlarını geridə qoyub həyatın müxtəlif mərhələlərinə qədəm basdıqdan sonra, 251 00:40:06,680 --> 00:40:13,720 əslində, mahiyyətcə keçmişin həmin o qalıqlarına yaxınlaşmağa başladılar; indi bəziləri sadəcə yaxınlaşdılar, bəziləri tamamilə çevrilib o cür oldular. 252 00:40:13,720 --> 00:40:21,040 Mərhum Əmir Firuzkuhinin öz şeirlərindən birində dediyi kimi: 253 00:40:21,200 --> 00:40:30,360 Ömrümün gənclik illəri elmlə keçdi, qocalığım cəhalətlə, Ömür kitabımın fəsil və başlıqları dal-qabaqdır. 254 00:40:30,680 --> 00:40:32,920 Bəzi insanlar, doğrudan da, bu cürdür. 255 00:40:33,280 --> 00:40:45,120 Çox mühüm olan digər bir məqam isə budur ki, dəyişikliyi ideoloji transformasiya ilə qarışdırmaq olmaz. 256 00:40:45,880 --> 00:40:58,200 Pəhləvi hakimiyyətindən bir qədər əvvəl və sonra, daha kəskin formada isə elə Pəhləvi hakimiyyəti dövründə ölkədə “yenilənmə” adlı bir şey gündəmə gəldi. 257 00:40:58,640 --> 00:41:07,640 Bunu İran xalqının həyatında baş verən bir dəyişiklik hesab edirdilər. Amma bu, dəyişiklik deyildi, bu, İran xalqının transformasiyası idi, 258 00:41:08,120 --> 00:41:18,800 kimliyini və mahiyyətini ondan almaq idi. Yəni bu “yenilənmə” ilə, əslində, İran xalqı öz dini və milli kimliyini, 259 00:41:19,040 --> 00:41:24,320 dərin tarixi mahiyyətini əldən verdi. 260 00:41:24,520 --> 00:41:29,640 Pəhləvi dövründə baş verən bu “yenilənmə”də həm müəyyən qədər Rzaxanın, 261 00:41:30,080 --> 00:41:42,080 həm də o dövrdə Rzaxanı istiqamətləndirən, onu təşviq edən, ona kömək edən, onun əməllərini bu və ya digər şəkildə izah edib əsaslandırmağa çalışan qərbpərəst “ziyalı”ların vasitəsilə, 262 00:41:42,560 --> 00:41:53,880 əslində, İran xalqının kimliyi əlindən alındı. 263 00:41:54,040 --> 00:42:01,480 Yəni İran xalqı öz gerçək kimliyindən uzaqlaşdı. Bu, dəyişiklik deyil, transformasiyadır. 264 00:42:01,680 --> 00:42:06,440 Dəyişikliklər irəliyə istiqamətlənməlidir, bu isə geri getmək idi. 265 00:42:07,080 --> 00:42:14,160 Xalqlar öz kimliyini, öz mənəvi sərvətini əldən versələr, 266 00:42:14,720 --> 00:42:22,960 bu onlar üçün əslində mədəniyyət baxımından ölüm deməkdir. Bu, mədəniyyətin məhvidir 267 00:42:23,440 --> 00:42:32,360 və təəssüf ki, bir vaxtlar ölkəmizdə də bu baş vermişdi. 268 00:42:33,880 --> 00:42:42,600 Yəni elmi və sosial məsələlərdə, universitetlərdə iş o yerə çatmışdı ki, misal üçün, 269 00:42:42,840 --> 00:42:48,800 hansısa Qərb aliminin sözü həlledici hesab olunurdu. Nədənsə danışanda deyirdilər ki, filan Qərb alimi belə deyib. 270 00:42:49,000 --> 00:42:56,920 O belə deyibsə, artıq mövzu bağlanıb, daha nə isə deməyə ehtiyac yoxdur. Bu, təfəkkürün, düşüncənin yolunu bağlamaq deməkdir. 271 00:42:57,640 --> 00:43:06,440 İnsan başqalarını təqlid edirsə, 272 00:43:06,800 --> 00:43:14,680 humanitar və ya digər elmlərlə bağlı məsələlərdə Qərb alimlərinin sözünün qarşısında söz deməyə cürət etmirsə, bu o deməkdir ki, 273 00:43:15,040 --> 00:43:24,240 düşünməyi, fikirləşməyə cəhd göstərib nəticə çıxarmağı bir kənara qoyaraq yalnız təqlid etməlidir. Bu isə peyğəmbərlərin təliminin tam əksidir: 274 00:43:24,240 --> 00:43:26,960 يُثيروا لَهُم دَفائِنَ العُقول 275 00:43:27,320 --> 00:43:38,000 Peyğəmbərlər insanlarda olan o ağıl, təfəkkür dəfinələrini üzə çıxarmaq, aktivləşdirmək üçün göndərilib. Düşüncənin yolunu bu şəkildə bağlamaq isə 276 00:43:38,160 --> 00:43:43,520 peyğəmbərlərin bu missiyasının tam ziddinədir. Bu da bir məqam. 277 00:43:43,640 --> 00:43:54,120 Digər bir məqam budur ki, dəyişikliklər, sözsüz ki, birdəfəyə reallaşan bir şey deyil. Bəzən dəyişikliklər tədricən baş verir, səbirli olmaq lazımdır. 278 00:43:54,760 --> 00:44:04,560 Dəyişikliklərin hədəfləri düzgün müəyyən olunubsa, sözün həqiqi mənasında iş görülürsə, 279 00:44:05,280 --> 00:44:15,440 o hədəflərə gec çatsaq belə, eybi yoxdur. Əsas odur ki, daim hərəkətdə olub bu yolda irəli gedək. 280 00:44:15,920 --> 00:44:23,920 Səbirsizlik etmək lazım deyil. Hökmən birdəfəyə nə isə etmək lazım olduğunu güman etmək doğru deyil. 281 00:44:24,800 --> 00:44:40,240 Xaricdən asılı hökumətlərin bizə gətirdiyi o “yenilənmə”nin problemli cəhətlərindən biri də bu idi ki, o tendensiyanın bir lideri, yol göstərəni yox idi. Nöqsanlarından biri də bu idi. 282 00:44:40,480 --> 00:44:54,080 Tədricən həyata keçirilməsi nəzərdə tutulan dəyişikliklərin başında etibarlı bir lider durmalı, 283 00:44:54,720 --> 00:45:06,160 bu hərəkatı hər kəsin etimadını qazanmış, etibarlı əllər istiqamətləndirməlidir. 284 00:45:06,280 --> 00:45:12,120 Əks təqdirdə o dövrdə yaranmış vəziyyət ortaya çıxacaq. Bu da bir məqam. 285 00:45:12,640 --> 00:45:24,400 Digər bir məqam budur ki, dəyişikliklər hərəkatını silsilə şəklində görülən tələsik və səthi işlərlə qarışdırmaq olmaz. 286 00:45:24,720 --> 00:45:32,800 Lüzumsuz cəsarətlə tələsik görülən işlər dəyişiklik deyil. 287 00:45:33,320 --> 00:45:42,600 Bəzən kimlərsə hansısa bir işi görməyə həddən artıq həvəsli olur və sadəcə həvəsini yatırmaq üçün o işi görür. Belə şeylər dəyərli deyil. 288 00:45:42,960 --> 00:45:50,280 Dəyişikliklər dərin, fundamental işlərdir. 289 00:45:50,520 --> 00:45:55,800 Əlbəttə, sürət önəmlidir, lakin sürəti tələskənliklə qarışıq salmaq olmaz. 290 00:45:56,120 --> 00:46:06,840 Bəli, bizim, İran xalqının, gənclərimizin hədəfə almalı olduğu dəyişikliklərlə bağlı məqamlar bunlar idi. 291 00:46:07,280 --> 00:46:09,040 Bu məqamlara diqqət yetirmək lazımdır. 292 00:46:09,320 --> 00:46:16,080 Yaxşı, bəs hansı sahələrdə dəyişikliklər həyata keçirilməlidir? Qeyd etdiyim kimi, bu, başqa bir uzun söhbətin mövzusudur, 293 00:46:16,320 --> 00:46:25,240 hansı sahələrdə nöqsan və çatışmazlıqlarımız olduğunu müəyyən edib həmin sahələrdə sözün həqiqi mənasında dəyişikliklər həyata keçirməliyik. 294 00:46:25,240 --> 00:46:35,280 Lakin nümunə üçün bir neçəsini qeyd etmək olar: misal üçün, 295 00:46:35,600 --> 00:46:47,680 iqtisadiyyat sahəsində bizim edəcəyimiz dəyişiklik o ola bilər ki, ölkə iqtisadiyyatının neftdən asılılığına son qoyaq. Yəni neftsiz iqtisadiyyat yarada bilək. 296 00:46:47,800 --> 00:46:58,040 Bu, sözün həqiqi mənasında dəyişiklikdir. Və ya tutalım, dövlət büdcəsinin tənzimlənməsi sahəsində 297 00:46:58,480 --> 00:47:10,920 hökumət və parlament büdcəni elə formada tərtib edə bilər ki, sözün həqiqi mənasında mövzuya, problemlərin həllinə, dövlətin funksiyalarının həyata keçirilməsinə istiqamətlənsin. 298 00:47:11,200 --> 00:47:19,920 Necə deyərlər, əməli bir büdcə olsun. Əlbəttə, bir qayda olaraq dövlətlər hazırladıqları büdcə layihələrinin tam praktik, əməli bir layihə olduğunu iddia edirlər, amma belə deyil. 299 00:47:21,080 --> 00:47:32,440 Dövlət büdcəsi həqiqi mənada düzgün tərtib olunsa, bu, ölkə iqtisadiyyatında bir dəyişiklik yarada bilər. 300 00:47:32,880 --> 00:47:45,680 Və ya tutalım, təhsil sahəsində. Təhsildə bizim, doğrudan da, dəyişikliyə ehtiyacımız var. 301 00:47:45,880 --> 00:47:58,280 Biz ibtidai, orta və ali təhsil pillələrində öyrədilən bilikləri dərinləşdirməliyik. 302 00:47:58,440 --> 00:48:10,080 Bu biliklər əzbərçiliklə mənimsədilməməli, dərin və praktik olmalıdır. Dərslərdə və keçilən mövzularda faydalılıq prinsipi əsas götürülməlidir. 303 00:48:10,200 --> 00:48:21,760 Bizim orta məktəblərimizdə və universitetlərimizdə tədris olunan bəzi dərslər şagird və tələbələrə ömürlərinin axırına qədər lazım olmur. 304 00:48:22,680 --> 00:48:30,520 O sahədə ixtisaslaşmadıqlarına görə öyrəndikləri məlumatlar da bir o qədər işlərinə yaramır. 305 00:48:31,000 --> 00:48:37,880 Əldə etdikləri ümumi məlumatların heç faydası da olmur, vaxtlarını da alır. 306 00:48:38,480 --> 00:48:46,280 Yəni təhsil sahəsində sözün əsl mənasında dəyişikliyə nail olmaq istəyiriksə, 307 00:48:47,080 --> 00:48:56,640 ilk növbədə keçilən dərslər dərin, praktik və faydalı olmalıdır. Təhsil sistemi üçün hazırlanmış dəyişikliklər proqramı 308 00:48:56,920 --> 00:49:00,840 lazımınca icra olunsa, bu məsələnin müəyyən qismi reallaşmış olar. 309 00:49:00,840 --> 00:49:11,960 Və ya sosial problemlər sahəsində; məsələn: ədalətin təmin olunması, yaxud narkomaniya kimi problemlərin kökünün kəsilməsi. 310 00:49:12,720 --> 00:49:19,640 Bunlar, həqiqətən də, sosial problemlərdir, biz bunları həll etməliyik. Və ya ailə məsələləri sahəsində 311 00:49:20,320 --> 00:49:23,360 biz sözün həqiqi mənasında dəyişiklik etməliyik. 312 00:49:23,680 --> 00:49:37,680 Aldığımız dəqiq və etibarlı məlumatlara əsasən, hazırda ölkəmiz sürətlə ahıllaşmağa doğru gedir. Bu çox pis, dəhşətli bir xəbərdir. 313 00:49:38,600 --> 00:49:46,560 Bu o problemlərdəndir ki, günlərin bir günü təsirləri ortaya çıxanda artıq heç bir əlac etmək mümkün olmayacaq. 314 00:49:47,200 --> 00:49:53,800 Bu problemləri aradan qaldırmaq üçün qeyd etdiyim sahələrdə dəyişikliklər həyata keçirilməlidir. 315 00:49:54,120 --> 00:50:05,720 Dəyişiklik yaratmağın vacib şərtlərindən biri düşməndən və düşmənçiliklərdən qorxmamaqdır. Allah-taala öz peyğəmbərinə belə buyurur: 316 00:50:05,720 --> 00:50:08,360 “...adamlardan qorxurdun. Halbuki əslində sənin qorxmalı olduğuna ən çox layiq Allahdır”. 317 00:50:08,760 --> 00:50:20,680 – camaatdan qorxmamalısan, onun-bunun sözündən qorxmamalısan. Hər bir müsbət addımın, önəmli olan hər bir işin kimlərsə əleyhinə çıxa bilər. 318 00:50:20,920 --> 00:50:35,320 Əleyhinə olanlar müxaliflik edəcəklər. Bu gün virtual məkanın da mövcudluğunu nəzərə alsaq, bu müxaliflik əksər hallarda daha kəskin və ağrıdıcı formada olur. 319 00:50:35,840 --> 00:50:43,960 Önəmli, düzgün, hərtərəfli düşünülmüş bir addım atacaqsınızsa, belə şeyləri nəzərə almamalısınız. 320 00:50:44,360 --> 00:51:00,320 Xarici düşməni də nəzərə almaq lazım deyil. Ölkədə yaxşılığa doğru aparan istənilən hərəkatın qarşısında 321 00:51:00,760 --> 00:51:11,320 geniş bir düşmən cəbhəsi var. Onlar gecə-gündüz oturub həm nəzəri, həm də maddi cəhətdən zərbə vurmağın yolları barədə düşünürlər. 322 00:51:11,600 --> 00:51:19,400 Nəzəri cəhətdən zərbə vurmaqları belədir ki, ölkədə qəbul edilən mühüm, düzgün və məntiqli qərarları 323 00:51:19,760 --> 00:51:29,360 apardıqları genişmiqyaslı təbliğatla sual altına salmağa, sionistlərin əlindəki təbliğat imperiyası vasitəsilə vurub məhv etməyə çalışırlar. 324 00:51:29,360 --> 00:51:38,160 Lakin onlardan qorxmaq yox, hərəkət etmək lazımdır. Və zənnimcə, bunun yolu da gənc kadrları işə cəlb etməkdir. 325 00:51:38,600 --> 00:51:45,280 Qorxmadan, heç kimi və heç nəyi nəzərə almadan hərəkət edənlər gənclər olur. 326 00:51:45,480 --> 00:51:51,680 Əlbəttə, az öncə qeyd etdiyim kimi, burada gənc kadrların ideyaları, ruhiyyəsi, 327 00:51:52,200 --> 00:52:12,040 cəsarətli addımlar atmaq bacarığı əsas götürülür. Yoxsa biz gənc olmayan kadrların potensialından istifadəni inkar etmirik. 328 00:52:12,040 --> 00:52:20,760 Xoşbəxtlikdən, Allaha etimad etməyin nəticəsi hazırda müşahidə etdiyiniz kimi olur. 329 00:52:20,920 --> 00:52:32,760 Bizim qarşımızda duran düşmən cəbhəsinin bir hissəsini keçmiş Sovet İttifaqı təşkil edirdi ki, onun da hansı aqibəti yaşadığını gördünüz. Digər bir hissəsini hazırda Amerika təşkil edir ki, 330 00:52:32,840 --> 00:52:44,600 bu gün orada da vəziyyətin necə qarışıq və narahat olduğunu müşahidə edirsiniz. Bu gün Amerikanın müxtəlif ştat və şəhərlərində baş verənlər 331 00:52:44,840 --> 00:52:59,200 onların həmişə gizlətməyə çalışdığı reallığın təzahürüdür. Bunlar yeni bir şey deyil, köhnə reallıqların təzahürüdür. 332 00:53:00,160 --> 00:53:08,880 Sanki çalxalanan hovuzun dibindəki lil yuxarı qalxıb özünü göstərir. 333 00:53:09,240 --> 00:53:20,640 Hansısa polis zabiti qaradərili bir vətəndaşı yerə yıxıb dizi ilə boğazını sıxır, 334 00:53:20,760 --> 00:53:29,680 yalvarışlarına əhəmiyyət vermədən, soyuqqanlılıqla can verənə qədər onu bu vəziyyətdə saxlayır, 335 00:53:30,120 --> 00:53:40,960 polis həmkarları da kənardan dayanıb tamaşa edir və heç bir tədbir görmürlər – bu, Amerika cəmiyyəti üçün yeni bir şey deyil. Amerikalıların təbiəti budur. 336 00:53:41,360 --> 00:53:45,200 Amerikalılar bunu indiyə qədər bütün dünya ilə ediblər. 337 00:53:46,280 --> 00:53:51,280 Eyni işi Əfqanıstanın, İraqın, Suriyanın da başına gətiriblər. 338 00:53:51,480 --> 00:53:58,400 Dünya ölkələrinin çoxu ilə, əvvəllər Vyetnamla bu cür davranıblar. Amerikanın əxlaqı budur, 339 00:53:58,400 --> 00:54:03,840 Amerika hökumətinin təbiəti budur. Bu gün də bu formada özünü göstərir. 340 00:54:04,560 --> 00:54:12,800 Bu gün Amerikanın müxtəlif ştat və şəhərlərində camaat etiraz aksiyaları zamanı “Nəfəs almağımıza imkan verin!”, “Nəfəs ala bilmirik!” və sair bu kimi şüarlar səsləndirir. 341 00:54:13,200 --> 00:54:18,240 Bu gün Amerika xalqının şüarlarına çevrilmiş bu fikirlər, 342 00:54:18,440 --> 00:54:29,200 əslində, Amerikanın ölkələrinə zalımcasına müdaxilə edib zülm verdiyi bütün xalqların ürəyindən qopan sözlərdir. Belədir. 343 00:54:30,000 --> 00:54:42,360 Hər halda, Allahın kömək və dəstəyi ilə, amerikalılar öz davranışları ilə artıq rüsvay olublar. 344 00:54:42,520 --> 00:54:50,880 Koronavirus məsələsində idarəçilik formaları onları bütün dünyada rüsvay edib və bu rüsvayçılıq bu gün də davam etməkdədir. 345 00:54:51,880 --> 00:55:00,640 Onlarda yoluxma bir çox ölkələrdən daha gec başlamışdı, başqlarının təcrübəsindən istifadə edib 346 00:55:00,760 --> 00:55:09,680 lazımi hazırlıqları görə bilərdilər, amma Amerikadakı administrativ boşluqlar 347 00:55:09,680 --> 00:55:15,440 bu gün o ölkədə yoluxma sayının da, insan tələfatının da digər ölkələrdən qat-qat çox olmasına səbəb olub. 348 00:55:15,600 --> 00:55:20,040 İdarə edə bilmədilər, hazırda da idarə edə bilmirlər. 349 00:55:20,360 --> 00:55:31,960 Səbəbi hakim Amerika administrasiyasındakı çürüklükdür. Camaatı idarə etmə formaları, camaatla davranışları bu vəziyyətdədir. 350 00:55:32,120 --> 00:55:49,080 Dilləri də uzundur. Camatı öldürürlər, açıq-aşkar cinayətlər törədirlər, heç üzrxahlıq da etmirlər, 351 00:55:49,480 --> 00:56:01,720 hələ üstəlik dilləri də uzundur, insan haqlarından dəm vururlar! Yəqin, orada qətlə yetirilən o qaradərili kişi insan deyilmiş, heç bir hüququ da yox imiş. 352 00:56:01,720 --> 00:56:13,800 Hər halda, mənə belə gəlir ki, Amerika xalqı – mən bunu əvvəllər də bir dəfə demişdim, indi də deyirəm – öz hökumətlərinə görə xəcalət çəkir. 353 00:56:14,520 --> 00:56:22,840 Həqiqətən də, Amerika xalqı hazırkı ABŞ administrasiyasına görə xəcalət və başıaşağılıq hiss etməkdə haqlıdır. 354 00:56:22,840 --> 00:56:32,040 Düşünürəm ki, işi-gücü Amerikaya qahmar çıxmaq, Amerikanı ideal kimi təqdim etmək olan bəzi iranlılar da – 355 00:56:32,240 --> 00:56:42,720 istər ölkəmizin daxilində yaşayanlar olsun, istərsə də xaricdə yaşayanlar – hazırkı vəziyyətə görə daha başlarını yuxarı qaldıra bilmirlər. 356 00:56:43,080 --> 00:56:54,080 Ümidvaram, Allah-taala dünyanın vəziyyətini İran xalqının xeyrinə dəyişəcək, İslam Respublikasının iqtidarını günbəgün daha da artıracaq, 357 00:56:54,600 --> 00:57:06,800 İmam Xomeyninin və şəhidlərimizin, o cümlədən sonuncu əziz şəhidimiz olan Şəhid Süleymaninin ruhlarını Məhşərə öz övliyaları ilə birgə gətirəcək, inşallah. 358 00:57:07,000 --> 00:57:09,400 Allahın salamı, rəhmət və bərəkəti nəsibiniz olsun.