1 00:00:00,130 --> 00:00:02,530 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:03,130 --> 00:00:15,460 لحمد للّه ربّ العالمين و الصّلاة‌ و السّلام علي سيّدنا محمّد خاتم النّبيّين و اشرف الخلق اجمعين 3 00:00:17,130 --> 00:00:26,530 و علي آله الطّيّبين الطّاهرين و صحبه المنتجبين و من تبعهم باحسان الي يوم الدّين 4 00:00:27,600 --> 00:00:38,860 Fələstin məsələsi yenə də İslam ümmətinin ən mühüm və ən aktual ortaq problemi olaraq qalmaqdadır. 5 00:00:40,800 --> 00:00:53,330 Zalım və qəddar imperializm sisteminin siyasətləri bütöv bir xalqı 6 00:00:53,800 --> 00:01:05,860 öz vətənindən, yurd-yuvasından, əcdadlarının yaşadığı torpaqlardan məhrum edib və orada yad bir xalqı, terrorçu bir rejimi yerləşdirib. 7 00:01:06,460 --> 00:01:14,330 Sionist rejimin təsis edilməsinin puç məntiqindən daha zəif və əsassız bir məntiq ola bilməz. 8 00:01:15,130 --> 00:01:22,730 Özlərinin iddiasına görə, avropalılar II Dünya müharibəsində yəhudilərə zülm ediblər, 9 00:01:23,000 --> 00:01:34,600 odur ki Qərbi Asiyada bir xalqı didərgin salıb ölkəsində faciəli qırğınlar törətməklə bunun qisası alınmalıdır! 10 00:01:37,200 --> 00:01:48,130 Qərb dövlətlərinin sionist rejimi əllərindən gələni əsirgəmədən, dəli kimi himayə edərkən əsaslandıqları 11 00:01:48,600 --> 00:01:57,060 və bununla da insan haqları və demokratiya ilə bağlı bütün yalan iddialarını puça çıxardıqları məntiq budur. 12 00:01:57,460 --> 00:02:09,930 Və bu tragikomik olay artıq 70 ildən artıqdır ki, davam edir, vaxtaşırı ona yeni bir epizod əlavə olunur. 13 00:02:12,600 --> 00:02:21,660 Sionistlər işğal edilmiş Fələstini ilk gündən terror mərkəzinə çeviriblər. 14 00:02:22,200 --> 00:02:32,130 İsrail bir ölkə yox, Fələstin xalqının və digər müsəlman xalqların əleyhinə olan bir terror mərkəzidir. 15 00:02:33,060 --> 00:02:43,530 Bu qəddar rejimə qarşı aparılan mübarizə zülmə və terrorizmə qarşı aparılan mübarizədir və bu hamının öhdəsinə düşən bir vəzifədir. 16 00:02:44,860 --> 00:02:54,530 Diqqətəlayiq bir məqam odur ki, qəsbkar dövlət 1948-ci ildə təsis olunduğuna baxmayaraq, 17 00:02:55,130 --> 00:03:04,600 İslam regionunun bu həssas nöqtəsinə əl uzatmaq üçün hazırlıqlar hələ ondan illərlə öncə başlamışdı. 18 00:03:05,860 --> 00:03:17,130 Həmin illər Qərbin müsəlman ölkələrində sekulyarizmi, ifratçı və kor millətçilik ideyalarını aparıcı mövqeyə gətirmək, 19 00:03:17,600 --> 00:03:29,060 istibdadçı, Qərbə vurğun və ya onun əlaltısı olan dövlətləri hakimiyyətə gətirmək üçün fəal müdaxiləyə keçdiyi illərə təsadüf edir. 20 00:03:31,130 --> 00:03:39,460 O illərdə Türkiyə, İran, eləcə də Qərbi Asiyadan Şimali Afrikaya qədər ərəb ölkələrində baş vermiş hadisələri araşdıranda 21 00:03:39,860 --> 00:03:46,660 belə bir acı həqiqət ortaya çıxır ki, İslam ümmətinin zəifliyi, 22 00:03:47,130 --> 00:03:57,330 yaşanmış konfliktlər Fələstinin işğalı kimi bir faciə üçün zəmin yaratmış və imperializm dünyasının İslam ümmətinə bu zərbəni endirməsinə səbəb olmuşdur. 23 00:03:59,600 --> 00:04:12,200 İbrətamiz bir faktdır ki, o etapda hər iki qütb – həm kapitalizm, həm də kommunizm sionist Harunlarla əlbir oldu. 24 00:04:12,860 --> 00:04:23,930 Bu məkrli planın özünü hazırlayıb işə salan ingilislər idi, sionist sərmayədarlar pul və silah gücünə onu icra etməyi öhdələrinə götürdülər, 25 00:04:24,530 --> 00:04:37,130 qeyri-legitim dövlətin təsis edilməsini ilk olaraq rəsmən tanıyıb ora çoxlu sayda yəhudini göndərən isə keçmiş Sovetlər İttifaqı oldu. 26 00:04:38,600 --> 00:04:45,200 Qəsbkar rejim bir yandan İslam dünyasında hökm sürən o vəziyyətin, 27 00:04:45,530 --> 00:04:51,260 digər yandan isə Avropanın o məkrli planının, təcavüz və hücumlarının məhsulu idi. 28 00:04:53,260 --> 00:05:02,200 Bu gün isə artıq dünyada vəziyyət o vaxtkı kimi deyil. Biz bu həqiqəti daim nəzərdə tutmalıyıq. 29 00:05:02,800 --> 00:05:08,930 Bu gün güc balansı İslam dünyasının xeyrinə dəyişib. 30 00:05:10,330 --> 00:05:14,860 Avropa və Amerikada baş vermiş cürbəcür siyasi-ictimai olaylar 31 00:05:15,930 --> 00:05:26,330 qərblilərin struktur, idarəetmə və etik cəhətdən dərin problemlər yaşadığını dünya ictimaiyyətinin gözləri önünə sərdi. 32 00:05:28,260 --> 00:05:39,060 Amerikadakı seçki olayları, onların iddialı və təkəbbürlü prezidentlərinin bu sınaqdan çox rüsvayçı bir şəkildə çıxması, 33 00:05:40,460 --> 00:05:51,060 Amerika və Avropanın koronavirus pandemiyası ilə bir illlik mübarizədə üzləşdikləri uğursuzluqlar 34 00:05:52,460 --> 00:06:05,260 və bunun fonunda baş verən utancverici hadisələr, ən mühüm Avropa ölkələrində son zamanlar yaşanan ictimai-siyasi böhran –bütün bunlar Qərb qütbünün tənəzzülünün göstəriciləridir. 35 00:06:06,400 --> 00:06:17,460 Digər tərəfdən isə ən həssas müsəlman regionlarında müqavimət qüvvələrinin çoxalması, onların müdafiə və hücum qabiliyyətinin artması, 36 00:06:17,930 --> 00:06:23,330 müsəlman xalqlarında özünüdərk, stimul və ümidin yüksəlməsi, 37 00:06:23,660 --> 00:06:28,800 Quran və İslam şüarlarına getdikcə artan meyillənmə, elmi inkişaf, 38 00:06:29,200 --> 00:06:40,260 xalqlarda müşahidə olunan suverenlik istəyi və özünəinam daha yaxşı gələcəyi müjdə verən mübarək nişanələrdir. 39 00:06:41,400 --> 00:06:50,730 Bu mübarək gələcəkdə müsəlman ökələrinin birliyi ən başlıca, ən önəmli hədəf olmalıdır 40 00:06:50,730 --> 00:06:54,930 və bu hədəf bir o qədər də uzaq və əlçatmaz görünmür. 41 00:06:56,200 --> 00:07:05,460 Bu birliyin mehvəri isə bütöv ölkə mənasında Fələstin məsələsi və Qüdsi-şərifin müqəddəratı olmalıdır. 42 00:07:06,130 --> 00:07:13,600 Dahi İmam Xomeyninin (r.ə) nurlu qəlbini ramazan ayının son cümə gününü 43 00:07:13,600 --> 00:07:19,530 Qüds günü elan etməyə istiqamətləndirən də məhz bu həqiqət olmuşdur. 44 00:07:21,260 --> 00:07:32,400 Müsəlmanların Qüdsi-şərif mehvəri ətrafında bir araya gələrək güclərini birləşdirməsi sionist düşmənin və onun Amerika və Avropadakı himayədarlarının kabusudur. 45 00:07:33,600 --> 00:07:47,330 “Əsrin sazişi” adı verilmiş o uğursuz plan, ardınca bir neçə iradəsiz ərəb ölkəsi ilə işğalçı İsrail rejimi arasında əlaqələri normallaşdırmaq cəhdləri 46 00:07:47,660 --> 00:07:53,000 o kabusdan yaxa qurtarmaq üçün göstərilən rəzil səylər idi. 47 00:07:53,000 --> 00:07:58,260 Mən qətiyyətlə deyirəm: Bu səylər heç bir nəticə verməyəcək. 48 00:07:59,000 --> 00:08:07,730 Düşmən sionist rejimi artıq eniş xətti üzrə məhvə doğru getməyə başlayıb və bu proses dayanmayacaq. 49 00:08:08,460 --> 00:08:15,000 2 mühüm amil gələcək üçün taleyüklü rola malikdir: 50 00:08:15,530 --> 00:08:22,800 birincisi və daha önəmlisi, Fələstin torpaqları daxilində müqavimət davam etdirilməli, cihad və şəhadət xətti gücləndirilməlidir 51 00:08:23,730 --> 00:08:33,400 və ikincisi, bütün dünyada müsəlman dövlətləri və xalqları Fələstinin cihadını dəstəkləməlidir. 52 00:08:33,730 --> 00:08:41,860 Hamı – dövlət rəsmiləri, ziyalılar, din alimləri, müxtəlif partiyalar, qeyrətli gənclər 53 00:08:42,200 --> 00:08:51,800 və sair kəsimlər bu genişmiqyaslı hərəkatda öz yerini və rolunu müəyyən edərək iş görməlidir. 54 00:08:52,330 --> 00:08:59,330 Düşmənin məkrli planını puça çıxaran, Allah-taalanın 55 00:08:59,330 --> 00:09:04,730 “Yoxsa bir hiylə qurmaq istəyirlər? Amma kafirlər özləri o hiylənin qurbanı olacaqlar” , 56 00:09:05,060 --> 00:09:08,860 – vədinin axirəzzaman nümunəsini ortaya qoyan da məhz bu olacaq; 57 00:09:09,330 --> 00:09:14,600 “Allah Öz işində (əmrində) qalibdir (istədiyini edəndir), lakin insanların əksəriyyəti (bunu) bilməz!” 58 00:09:14,860 --> 00:09:26,200 Ərəb gənclərlə onların öz dilində bir qədər danışmaq istərdim.