Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İqtisadiyyatın çiçəkləməsi üçün təşəbbüslər və sərmayələr səfərbər edilməlidir

İslam İnqilabının Ali Rəhbəri bu gün – yəni yeni ilin ilk günü günortadan sonra əhalinin müxtəlif təbəqələrindən olan insanlarla görüşdə qeyd etdi ki, məsul şəxslər xalqın əzimkarlıqları, sərmayələri və təşəbbüslərinin səfərbər edilməsi və iqtisadiyyat sahəsinə daxil etmək üçün plan işləyib hazırlayır və çox çalışırlar. Bu, 1403-cü ilin çox mühüm şüarı olan “Xalqın iştirakı ilə müşayiət edilən istehsal sıçrayışı” devizinin gerçəkləşməsi üçün lazımlı şərtidir. O, iqtisadi problemlərin yaxşılaşdırılmasının xalqın dini və dünyasındakı iqtisadi problemlərin yaxşılaşdırılmasına təsir edəcəyini vurğuladı: “Düşmən ölkədəki şəraiti, imkanları və inkişaf amillərini inkar etməklə xalqın qəlbindəki ümid işığının sönməsinə çalışır. Amma əhali, xüsusilə gənclər ixtilaflara yol vermədən, dayanmaqdan çalışmaqla gələcəyin işıqlı üfüqini izləyəcəklər”.

O, sionist rejimin Qəzza bataqlığında batmasına, xalqların sionistlərin cinayətlərinin əsas ortağı kimi Amerikaya qarşı günbəgün artmaqda olan nifrətlərinə işarə edərək dedi: “Son hadisələrdə Qərbə zülmətin hakim olduğu və müqavimət cəbhəsinin təşəkklünün haqlılığı sübuta yetdi. Xalqın zülmə qarşı olan bu cəbhəsi özünün gerçək güc və qüdrətini göstərdi. Allahın gücü və qüvvəsi sayəsində sionist rejimin böyük zülmünün kökünün kəsilməsi istiqaməti davam etdiriləcək”.

Həzrət Ayətullah Xamenei xalqı yenidən mübarək Novruz bayramı münasibətilə təbrik edərək təbiət baharı ilə mənəviyyat baharının yanaşı olmasının insanın cismi və ruhunun təravəti, dirçəlişi və çiçəklənməsinə zəmin yaratdığını dedi: “Ramazan ayının gücü ondadır ki, oruc, ibadətlər, təvəssül və minacatın mənəvi küləyi ilə qəflətdə olmayan insanı düzgünlük və bəndəlik yolunda şövq və fəaliyyətə cəzb edir”.

O, hər ilin şüarının seçilməsi və elan edilməsi marağının məsul şəxslərin mərkəzləşməsinin, səy və fəaliyyətinin, bu şüarların gerçəkləşməsi üçün ictimai rəyin məlumatlandırılması və tələbkarlığının strateji əhəmiyyətə malik olduğunu dedi.

İnqilabın Rəhbəri son bir neçə ilin şüarlarının iqtisadiyyat üzərində mərkəzləşməsinə işarə edərək dedi: “Keçən il “İnfilyasiyanın idarə edilməsi və istehsalın artırılması” şüarının gerçəkləşdirilməsi istiqamətində yaxşı işlər görüldü. Amma bizim istədiyimizdən nisbətən uzaqda qaldı. Belə ki, məsullar və sıravi fəallar ilin mühüm şüarının gerçəkləşdirilməsini özlərinə əsas vəzifə bilsinlər”.

İnqilabın Rəhbəri bu ilin “Xalqın iştirakı ilə müşayiət olunan istehsal sıçrayışı” adlandırılmasının üstün bir şüar olduğunu dedi: “Əgər məsul şəxslərin səy və proqramları ilə xalq iqtisadi fəaliyyətlər üçün səfərbər olarsa, “İstehsal sıçrayışı” adlı mühüm şüarın gerçəkləşməsi mümkün olacaq”.

İqtisadiyyatın ölkənin əsas məsələlərindən biri olduğunu deyən İnqilabın Rəhbəri zəif nöqtələrə və mövcud iqtisadi problemlərə işarə edərək vurğuladı: “İqtisadi vəziyyətin yaxşılaşması ölkənin bütün məsələlərinə təsir göstərir”.

Həzrət Ayətullah Xamenei ABŞ və müttəfiqlərinin İran iqtisadiyyatını tənəzzülə uğratmaq və İran xalqını diz çökdürmək üçün dayanmadan ciddi cəhdlə çalışdıqlarını qeyd edərək dedi: “Allahın köməkliyi ilə bu məqsədlərinə çata bilməyiblər, bundan sonra da məsul şəxslərin və xalqın səyi, ciddiyyəti, əzmkarlığı və iradəsi sayəsində çata bilməyəcəklər”.

İnqilabın Rəhbəri iqtisadiyyatın çiçəklənməsinin ölkənin bütün iri və xırda çarxlarının hərəkəti ilə şərtləndiyini dedi: “Mövcud infrastrukturlardan istifadə, xalqın təşəbbüskarlığı, iqtisadi fəalların idarəetmə gücü, təhsilli gənclər, elm təməlli şirkətlər, heç şübhəsiz, ölkə iqtisadiyyatını hiss olunacaq şəkildə irəli aparacaq. Ölkənin yorulmaq bilmədən çalışan məsul şəxslərinin dayanmadan göstərdikləri səylər, sözügedən amillərin hərəkətə gətirilməsindəki bacarıqları bu böyük milli uğura zəmin yaradacaq”.

O, yeni ilin yeddinci inkişaf proqramının birinci icra ilinə təsadüf etməsinin məsul şəxslərin artmaqda olan səylərinin başqa bir amili olduğunu dedi: “Ümumi məqsədi iqtisadi inkişaf olan və ədalət prinsipinə əsaslanan yeddinci proqramın sonunda inflyasiya göstəricisi təkrəqəmli olmalı, büdcə strukturu düzəlməli, vergi sistemi dəyişməli, əsas məhsulların ən azı 90%-i ölkədə istehsal edilməli, iri həcmli milli layihələr həyata keçirilməlidir. Bu məqsədlərə nail olmaq xalqın istisadiyyat sahəsindəki iştirakı olmadan mümkün deyil. Buna görə də xalqın müxtəlif və fərqli-fərqli imkan və bacarıqlarından ağıllı, məntiqli və tam şəkildə isitfadə edilməlidir”.

İnqilabın Rəhbəri xalqın meydana çıxmağa daim hazır olması faktını yüksək qiymətləndirdi: “Müqəddəs Müdafiədə olduğu kimi xalq iqtisadiyyat sahəsində də səmərəli və gerçək şəkildə iştirak etməlidir”.

Həzrət Ayətullah Xamenei bəhmən ayında istehsal fəallarının nailiyyətlər sərgisindəki ziyarətinə işarə edərək dedi: “Nailiyyətlər çox yaxşı və heyrətamiz idi, xalqın, xüsusilə gənclərin iqtisadiyyat sahəsində yüksək potensiala, imkanlara və təşəbbüskarlığa malik olduğunu göstərirdi. Bu nailiyyətlər sübut etdi ki, sözügedən imkan və potensialdan iri sənaye sahələrində, su istehlakının optimallaşdırılması, neft sənayesi, kustar sənaye, nəqliyyat və s. sahələrdə istifadə etmək olar”.

Xarici və beynəlxalq iqtisadi dinamikanın davam etdirilməsinin də lazımlı və mühüm olduğunu vurğulayan Ali Rəhbər məsul şəxslərə səslənərək dedi: “Ayrı-ayrı dövlətlərlə əldə edilmiş razılaşmaların nəticələrinin bəlli olması və əməli şəkildə hiss edilməsi üçün onları milli və icra müqavilələrinə çevirmək lazımdır”.

İnqilabın Rəhbəri müxtəlif sahələrdəki səmərəliliyin artırılması və başqalarının təcrübələrindən istifadə edilməsinin zərurliyini vurğulayaraq dedi: “Xalqın iştirakı ilə müşayiət olunan istehsal sıçrayışı birillik şüar deyil. Məsul şəxslər proqram işləyib hazırlamalı və xalqdan kömək alaraq cari ildə ilk addımı atmalıdırlar. Bu şüar zamanla təkmilləşəcək, inşallah”.

Həzrət Ayətullah Xamenei bəzi ürəyiyanan insanların xalqın iqtisadiyyat sahəsindəki iştirakı istiqamətində problemlərin yaranması, sui-isitfadələrə yol verilməsi ehtimalı ilə bağlı narahatlığının olduğuna işarə edərək dedi: “Keçən illər ərzində dövlətin imkanları və borclarından edilmiş sui-istifadələrə əsasən, bu narahatlıq yerindədir. Buna görə də sözgedən istiqamətdə qeyri-qanuni istifadələrə, qanun pozuntusuna, ayrıseçkiliyə yol verilməməsi üçün məsul şəxsər gözlərini tam açmalı və diqqətli olmalıdırlar”.

İnqilabın Rəhbəri çıxışının başqa bir yerində milli maraqların və ölkənin gələcəyinin işıqlı üfüqünün iman və ümiddən asılı olduğunu dedi: “Əgər qəlblərdəki ümid işığı sönsə, heç bir hərəkət baş verməyəcək”.

O, istedadlı gənclərin, iş görməyə hazır dayanmış xalqın, nadir təbii sərvətlərin və spesifik coğrafi mövqeyin ölkənin nailiyyətlərinin davamlılığı üçün böyük imkanlar olduğunu dedi: “İnkişafın davam etməsi hamımızın gələcəyə ümidvar olması ilə şərtlənir”.

Həzrət Ayətullah Xamenei ölkənin 22 bəhmən yürüşü və son seçkilərinin təhlükəsiz şəkildə keçirilməsi ilə təzahür edən misilsiz təhlükəsizlik, sənaye, sağlamlıq, kosmos, siyasət, xarici siyasət sahələrindəki elmi nailiyyətlərin xalqın izzət və iftixar hissinin güclənməsinə səbəb olan ümidverici amillərdən olduğunu dedi: “Ölkənin ayrı-ayrı elmi, dini, mədəni və incəsənət sahələrində minlərlə enerjili, motivasiyalı və həvəsli gənc kollektivlər işlə məşğuldur. Onlar cəmiyyətə fəallıq bəxş edirlər”.

Əzəmətli Ərbəin yürüşü, Qədir və Nimeyi-şəban bayramlarının formalaşmasının ümidverici və sevindirici hadisələr olduğunu deyən Ayətullah Xamenei diqqət cəlb edən gerçəklikləri göstərəcək təbliğat vasitələrində çatışmazlığın olmasından təəssüfləndiyini bildirdi: “Ümidverici cəhətlərin olmasına baxmayaraq, bəzi qafillər mənfi fikirlər yayaraq gənclərdəki ümid işığını inkar və məhv etməyə çalışırlar”.

İslam İnqilabının Rəhbəri bu tədbirlərin gənclərin qəlbindəki ümid işığını söndürmək üçün pusquda durduğunu dedi: “Qələm götürüb “gələcəyə ümidvar olmamaq lazımdır” yazmaq kimin xeyrinədir? Ümumiyyətlə, bu qədər ümidverici imkanlar, potensiallar və amillərin olması ilə nə üçün gələcəyə ümidvar olmaq olmaz?”

O qeyd etdi ki, zəif cəhətləri şişirtmək və nailiyyətləri inkar etmək üçün təbliğat və media hiylələrindən istifadə edilməsi bədxahların həmişəki addımlarındandır: “Düşmən uzun illərdir ki, bu işləri görür. Amma daxildə bu xəta və qəflətə düşmək olmaz”.

Həzrət Ayətullah Xamenei gənclərə düşmənin planından öndə olmağı israrla tövsiyə etdi: “Onlar sizi məyus etmək istəyir, nailiyyətlərlə bağlı xəbərlərin qulağınıza çatmasını istəmirlər. Amma siz düşmənlərin məyusedici səylərindən əvvəl ümid yaratmaq və inkişfa nail olmaq üçün çalışmalı, iş görməlisiniz”.

Milli vəhdət, qəlblər, əzmkarlıqlar və iradələrin birliyi İnqilabın Rəhbərinin milli maraqlar aspektindən israrla önə çəkdiyi amillərdən oldu. O, bu sahədə porblemlərin və geriliyin olduğunu təəssüf hissi ilə qeyd etdi: “Bu sahədə diqqətsizliyə yol vermiş, öz əlimizlə milli vəhdəti və sosial birliyi zədələmişik. Hər birimiz bu diqqətsizlikdə şərik olduğumuz kimi, hamılıqla da xalq və məsul şəxslərin milli vəhdəti və birliyini qoruyaraq, günbəgün gücləndirməliyik”.

Milli vəhdətin İslam İnqilabının birinci gündən qarşıya qoyduğu qəti siyasətlərdən olduğunu deyən İnqilabın Rəhbəri İmam Xomeyninin (r.ə) bu məsələ ilə bağlı israrına işarə edərək dedi: “İmam siyasi və cinah tipli məsələlərdə mübahisə edən adamlara xəbərdarlıq edirdi ki, var gücləri ilə ABŞ-ın başına qışqırsınlar”.

Həzrət Ayətullah Xamenei ölkədə fikir ayrılıqları, yanaşma və siyasi ixtilafların olmasının təbii olduğunu dedi: “Daxili rəqabətlər və siyasi ixtilaflar nifrət yaymağa, düşmənçilik yaradılmasına, təhqirlərə, tərəflərin bir-birini incitməsinə, bir-birinə iftira atmasına və yalan danışmasına səbəb olmamalıdır”.

O, gənclərə səslənərək dedi: “Çalışın cəmiyyətdə nifrət yayılmasın. Yanaşma fərqliliyinin olmasına baxmayaraq, cəmiyyətimizlə bağlı məsələlərdə, dövlətimiz və xalqımızın düşmənləri ilə mübarizədə birlikdə və qardaşcasına hərəkət edin”.

İnqilabın Rəhbəri çıxışının sonunda Fələstin və Qəzza probleminin bir neçə aspektdən ən mühüm beynəlxalq bir məsələ olduğunu vurğuladı.

O qeyd etdi ki, Qəzza hadisələri, insan hüquqlarından dəm vuran “sivil” dünyanın gözləri önündə 30 mindən çox qadın, uşaq, qoca və gəncin qətlə yetirilməsinin Qərb dünyasına zülm və zülmətin hakim olduğunu göstərir: “Amerikalılar və avropalılar işğalçı rejimin cinayətlərinin qarşısını almamaqla yanaşı, elə ilk gündən işğal altında olan ərazilərə səfərlər edərək öz dəstəklərini elan etdilər, cinayətlərin davam etdirilməsi üçün müxtəlif silahlar və yardımlar göndərdilər”. 

Həzrət Ayətullah Xamenei Qərbi Asiya regionunda müqavimət cəbhəsinin formalaşmasının qanuniliyinin sübutunu son bir neçə ayda Qəzzada baş verən digər hadisələrin nəticəsi hesab etdi: “Bu hadisələr göstərdi ki, müqavimət cəbhəsinin bu regiondakı varlığı ən həyati məsələlərdəndir. Sionist cinayətkarların 70 illik zülm və işğalına qarşı mübarizə aparmaq üçün oyaq vicdanlardan baş qaldırmış bu cəbhə günbəgün güclənməlidir”. 

O, müqavimətin öz imkanlarını ortaya qoymasını hazırki Qəzza müharibəsinin başqa bir bəhrəsi olduğunu dedi: “Nə qərblilərin, nə də region dövlətlərinin müqavimət gücü və imkanlarından xəbəri var idi. Amma bu gün məzlum Qəzza əhalisinin səbrini, HƏMAS-dan tutmuş digər müqavimət qüvvələrinə qədər Fələstinin iradəsi və müqavimət istəyini, Livan, Yəmən və İraqdakı müqavimətin gücünü və iradəsini görmək məcburiyyətindədirlər”.

İnqilabın Rəhbəri qeyd etdi ki, müqavimətin gücünün aşkara çıxması amerikalıların region dövlətlərini ələ keçirməklə bağlı hesablamaları və planlarının alt-üst olmasına səbəb oldu: “Müqavimətin gücü onların hesablamalarını alt-üst etdi və göstərdi ki, amerikalılar nəinki region ölkələrinə ağalıq edə, heç regionda qala da bilməzlər və regionu tərk etmək məcburiyyətindədirlər”.

O, sionist rejimin qarışıq və böhranlı vəziyyətinin hər kəsə aydın olmasının Qəzza hadisəsinin başqa bir gerçəkliyi olduğunu dedi: “Bu hadisələr göstərdi ki, sionist rejim təkcə özünü qorumaqda böhran yaşamır, həm də böhrandan çıxmaqda böhran yaşayır. Çünki Qəzza müharibəsinə girməklə elə bir bataqlığa batdı ki, istər Qəzza müharibəsindən çıxsın, istərsə də çıxmasın, yenə də məlğubiyyətə uğrayıb”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu qəsbkar rejimin rəhbərliyi və məsul şəxsləri arasındakı dərin ixtilaf və qarşıdurmalar bu rejimi tənəzzülə daha da yaxınlaşdırır”.

O vurğuladı ki, ABŞ Qəzza hadisəsində ən pis mövqeyi seçdi: “İnsanların London və Parisin küçələrində, Amerikanın özündə Fələstinin xeyrinə aksiyalar keçirməsi, əslində, ABŞ-a nifrət elanıdır”.

İnqilabın Rəhbəri ABŞ-ın Qəzza hadisəsindəki səhv mövqeyi və hesablamasının onun dünyada nifrətlə qarşılanmasına, regionda isə ona qarşı olan nifrətin on dəfə artmasına səbəb olduğunu dedi. O, amerikalıların region məsələlərini düzgün başa düşməməsi və yanlış hesablamalar aparması ilə bağlı başqa bir nümunə qeyd etdi: “Mübariz və cəsur müqavimətçi qüvvələr Yəmən və İraqdan tutmuş Suriya və Livana qədər regionun harasında amerikalılara qarşı bir addım atırlarsa, amerikalılar həmin addımı İranın adına çıxırlar”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu, onu göstərir ki, amerikalılar region əhalisini, buranın cəsur, şücaətli, əzmkar və iradəli gənclərini tanımayıblar. Bu səhv hesablama da amerikalıları mütləq diz çökdürəcək”.

O vurğuladı ki, İran İslam Respublikası müqaviməti dəstəkləyir, təqdir edir, mümkün olduğu qədər ona arxa durur: “Əslində isə, qərar qəbul edib addım atan müqavimət qruplaşmaları özləridir. Haqq da onlarladır”. 

İnqilabın Rəhbəri vurğuladı ki, regionda mövcud olan böyük zülm, yəni sionist rejimin kökü kəsilməlidir: “Biz vicdanların səsindən qaynaqlanan bu islami və insani cihadda iştirak edən hər kəsin tərəfdarı, dəstəkçisi və köməkçisiyik. Allahın köməkliyi ilə bu məqsədə nail olacağıq”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /