Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Ali Baş Komandan SQ-in son hadisələrdəki fəaliyyətini yüksək qiymətləndirir

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) günorta Silahlı Qüvvələrin ali komandanlarından bir qrupu ilə görüşdə son hadisələrdə göstərdikləri uğurlu fəaliyyətlərinə görə onlara səmimi qəlbdən təşəkkür etdi: “Silahlı Qüvvələr Allahın lütfü ilə öz güc və bacarıqlarının gözəl simasını və İran xalqının tərif və təqdirəlayiq bir simasını nümayiş etdirdilər, İran xalqının beynəlxalq arenada güclü iradə sahibi olduğunu sübuta yetirdilər”.

Milli Ordu və İslam İnqilabı Keşikçilər Korpusunun yaranması günü münasibətilə təbriklərini bildirən Ali Baş Komandan vurğuladı ki, Silahlı Qüvvələrin imza atdığı son nailiyyətlər dünya əhalisi və beynəlxalq müşahidəçilərin gözündə İran İslam dövləti ilə bağlı əzəmət hissinin yaranmasına səbəb oldu: “Qarşı tərəfin əsas diqqət mərkəzində saxladığı atılmış raketlər və ya hədəfə dəymiş raketlərin sayı məsələsi ikinci dərəcəli məsələdir. Əsas məsələ İran xalqının və Silahlı Qüvvələrin beynəlxalq arenada malik olduğu güclü iradənin təzahürü və isbatıdır. Qarşı tərəfi narahat edən məsələ də məhz budur”.

İslam İnqilabının Rəhbəri Silahlı Qüvvələrin fəaliyyətlərindəki tədbirliliyi yüksək qiymətləndirərək dedi: “Müxtəlif hadisələrdə uğur xərclərlə müşayiət olunur. Əsas odur ki, tədbirli fəaliyyət sayəsində xərclər azaldılsın, nailiyyətlər artırılsın. Bu, Silahlı Qüvvələrin son hadisələrdə çox gözəl şəkildə həyata keçirdiyi bir işdir”.

Həzrət Ayətullah Xamenei SEPAH, ordu və polis qüvvələrinin səy və fəaliyyətlərini yüksək qiymətləndirərək Silahlı Qüvvələrə düşmən və düşməçiliklərlə mübarizənin davam etdirilməsində innovasiyalara əsaslanmağı tövsiyə etdi: “Bir an belə dayanmaq olmaz. Çünki dayanmaq geriləmək deməkdir. Buna görə də silahlar, taktikalar və düşmənin metodlarının öyrənilməsində innovasiyalardan isitfadə edilməsi daim prioritet olmalıdır”.

O vurğuladı ki, İran xalqının dünyanın gözündəki heysiyyəti yüksək olmalıdır: “İstedadları, bacarıqlı və yaradıcı qüvvələri tanımaqla yanaşı Allah-taalaya inancda da xoşgörülü olmaq, Ona təvəkkül etmək lazımdır. Bilin ki, Allahın möminləri müdafiə edəcəyi ilə bağlı vədi qəti və dəyişməzdir”.

İslam İnqilabının Rəhbəri bu görüşdə ordu, SEPAD və polis qüvvələrinin komandanları və şəxsi heyətlərinin ailələrinə xüsusilə təşəkkür etdi: “Zəhmətlərin əsas yükü Silahlı Qüvvələrin komandanları və şəxsi heyətinin çətinliklərə səbr edən həyat yoldaşları və ölvadlarının çiyinlərinə düşür”.

Bu görüşdə Silahlı Qüvvələrin baş qərargah rəisi general-mayor Baqiri 1402-ci ildə, habelə 1403-cü ilin ilk həftələrində baş vermiş böyük dəyişikliklərə, o cümlədən “əl-Əqsa fırtınası” və sionist rejimin tənbeh edilməsi məqsədilə həyata keçirilmiş “Doğru vəd” əməliyyatına işarə edərək Silahlı Qüvvələrin son hazırlıqları və imkanları barəsində qısa hesabat verdi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /